AzTehsil.com


Xəbərlər / Ekspert
11 dekabr 2020
1 104


Nadir İsrafilov: "İndi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxır"



 

 Yəqin, bir çoxlarımız da bu qənaətdə olarıq ki, əgər belə demək olarsa, ekran-efir cihazından səslənən hər hansı bir fikir, göstərilən bir epizod, şahidi olduğumuz və ya müşahidə etdiyimiz hadisə, eşitdiyimiz hansısa əhvalat və ya oxuduğumuz bir məqalə insanların nəinki əxlaq və davranışlarına, eləcə də psixoloji durumuna, hətta bilavasitə səhhətinə belə təsir edir, onlarda müəyyən nostaljı hisslər oyadır.
 
Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar televiziya kanallarında elmimizin, mədəniyyətimizin, incəsənətimizin keçmişinə, tarixi ənənələrinə daha geniş yer ayrılması tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir.

 Tamaşaçı ruhuna daha yaxın olan "Keçmışə salam”, "Yada düşər xatirələr” və s. bu qəbildən olan verilişlər, retro kino filmlər, yaxın və keçmiş tariximizlə bağlı sənədli xronikalar izləyicilərin maraq və diqqətini daha çox cəlb edir, getdikcə özünə genış auditoriya toplayır.

Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur.

Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri bir çox mütəfəkkirlərimizin yaradıcılığında də də özünə geniş yer alıb. Məşhur bir aforizmdə deyildiyi kimi, yer üzündəki şərtlərin düzəlməsi, elmi kəşflərdən çox sınanılmış bir həyat nizamının reallaşmasına bağlıdır.

Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Heç də əbəs yerə deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda təhsil sahəsində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək vəzifəsi əsas məqsədlərdən biri hesab edilmiş və o da xüsusi olaraq vurğulanmışdı ki, "xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanını əldə etmişdir”.

Danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir. Bir də ki, bəzən nədənsə hər şeyin tez olmasını istəyirik, özümüzü də işə salırıq, ətrafımızdakıları da. Beləliklə bütün həyatımız bir növ yerli-yersiz əlavə problemlərlə  üzləşməklə keçir.

Bu günlərdə AzEdu.az saytında tanınmış jurnalist Niyazi Şərifsoyun "Valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir” sərlövhəli yazısını oxuduqdan sonra bir daha bu qənaətə gəldim ki, həqiqətən də müəllifin də qeyd etdiyi kimi dünyanın inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq,  heç bir təzyiq olmadan maddi dəstək göstərir. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə  könüldən can atırlar. 

Bəlkə, bir vaxtlar bizdə də belə olmayıb...? Bizlər də məktəbə məbəd kimi baxmamışıq...?

Axı, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri də məhz məktəb-ailə-cəmiyyət əməkdaşlığının səmərəli təşkili olub. Bir vaxtlar bununla bağlı xeyli sayda tədqiqat işləri aparılıb, dissertasiyalar yazılıb, "təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir” kimi şüarlar irəli sürülüb.

Ancaq, indi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Adicə məktəblinin qiymətinin öyrənilməsi, məktəblərə qəbul onlayn sistemlə həyata keçir. Ona görə də valideynlə müəllim arasında müəyyən uçurum yaranıb. Məsələn, biz uşaq olanda bizim üçün ən narahatedici an valideynimizin məktəbə çağırılması xəbər idi. Çəkinirdik ki, görəsən, bizim haqqımızda nə deyəcəklər? İndi o sistemi başqa bir sistem əvəzləyib.

"Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki,bu üçbucağın bütün mexanizmləri içlək vəziyyətə gətiriləndə  məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır.  Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir,  və burada hər şey düzgün idarəçilikdən asılıdır.

Heç də əbəs yerə deyil ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır.

Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki, bir ara birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu,  "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, "Müəllimlər günü”, "8 mart Beynəlxalq qadınlar bayramı” adı ilə pul yığımına başlanıldı” kimi yazı başlıqları manşetlərin bəzəyinə çevrildi, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü... 

 Bir vacib məqamı nəzərdən qaçırdıq ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən "Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir.”

Təhsil naziri Emin Əmrullayevin Təhsil Televiziyasına verdiyi müsahibəsində məktəblərdə əlavə pulların yığılması ilə bağlı fikirlərə münasibət bildirərkən də qeyd edildiyi kimi "Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Amma eyni zamanda valideynin məktəbə kömək etmə hüququ və səlahiyyəti var. Bu həmişə o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir”.

Bu baxımdan onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir. Jurnalist döstumuz çox önəmli bir qənətə gəlib ki, öncə valideyndə inam yaranmalıdır. Əgər valideyn hiss etsə ki, onun maddi və mənəvi dəstəyi həqiqətən də onun övladının təhsil aldığı məktəbin ehtiyaclarına sərf olunur, o bundan məmnun qalacaq və məktəbin  ab-havasına  daha fəal qoşulacaq. Belə məktəblərimiz və valideynlərimiz o qədər də az deyil.

Müasir kurikulumun tələbləri və xüsusilə də üzləşdiyimiz pandemiya şəraiti bizi məktəb-valideyn münasibətlərini yeni müstəviyə qaldırılması zərurəti ilə üz-üzə qoyub. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər, şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər.

Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq , bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır...



Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

"Hələ də təhsil almağı müəyyən sənədə yiyələnməkdə görürük…" -EKSPERT

"Hələ də təhsil almağı müəyyən sənədə yiyələnməkdə görürük…" -EKSPERT

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Bütün baş verənlərdə təkcə məktəb günahkardırmı…?

Bütün baş verənlərdə təkcə məktəb günahkardırmı…?

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq, istədikləri yerdə məktəb seçə bilərlər?

Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq, istədikləri yerdə məktəb seçə bilərlər?

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Məktəbin işinə kənardan müdaxilə və məktəb-media münasibəti

Məktəbin işinə kənardan müdaxilə və məktəb-media münasibəti

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Müəllim-şagird-valideyn münasibətlərinin mərkəzində

Müəllim-şagird-valideyn münasibətlərinin mərkəzində

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar