AzTehsil.com


Xəbərlər / Ziyalılar
06 oktyabr 2019
12 220


"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."



 

 
Son illər təhsil sahəsində aparılan islahatlar müsbət nəticələrini büruzə verməkdədir. Bu gün təhsilin ən müxtəlif pillələrində yeniləşmə, canlanma hiss olunur.
 
Xüsusilə də orta məktəblərdə aparılan dəyişikliklər təhsilin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, müəllimlərimizin öz işlərinə daha yaradıcı şəkildə yanaşmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə imkan yaradıb.
Valideynin uşaqla bağlı qayğıları, məsuliyyəti uşaq dünyaya gələndən sonra başlayır. Digər tələbatları ilə yanaşı, hələ lap kiçik yaşlarından onların öyrənmək, təhsil almaq məsələləri də gündəmdə olur. Övladlarının məktəb həyatına başlaması isə valideynin qayğısını daha da artırır. Valideynlər bütün bu çətinliklərin öhtəsindən gəlmək üçün uşaqlarının keçdikləri bütün proseslərə görə məsuliyyət hissi daşımalı və ən əsası onlara qarşı həssas olmalı, nəzarət funksiyasını yaddan çıxarmamalıdırlar. Psixoloqların fikrincə, valideyn uşaq öyrənərkən, həyatı kəşf edərkən, təhsil illərində daim öz öhdəliyini hiss etməli, bir növ övladına bilgili həyat dostu olmalıdır. Bəzən övladını məktəbə yola salan valideyn onunla bağlı bütün məsuliyyəti məktəbin daşımalı olduğunu düşünür. Xüsusilə son illərin təcrübəsi göstərir ki, müəllimlərlə valideynlərin müştərək işi, nəzarəti öz müsbət nəticəsini göstərir. Məsələn, orta məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarını göstərmək olar. Bu yolla valideynlər məktəbin və dolayısı ilə övladının problemlərindən xəbərdar olur, onların birgə həllinə çalışır. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparılır. Valideyn övladının məktəbdə qarşılaşdığı problemlərdən xəbərdar olur.
İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır.
Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmini, müstəqil işləmələrin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.
Təhsil islahatı dövlətin təhsil siyasətinin bir istiqamətidir. Cəmiyyətin mariflənməsi məsələsi də məktəbin və müəllimin fəalliyyətinin tərkib hissəsi və icra edəcəyi vacib işlərdən biri olmalıdır.
Respublikamızda fənn kurikulumlarının tətbiqi valideynlər üçün maraqlıdır. Məktəb və müəllimlə əməkdaşlıq onlara arzularını gerçəkləşdirməkdə yardım etmiş olur.
Təhsilin tələblərindən ən mühümü cəmiyyət üçün vətəndaş yetişdirməkdir. Bu baxımdan cəmiyyətin tələblərinə cavab verə biləcək vətəndaşın təkcə təhsili deyil, həm də düzgün tərbiyəsi müəllimin ən mühüm vəzifələrindən, məsuliyyətli işinin bir hissəsidir.
Müasir müəllim valideyn ilə məktəb arasında vahid tərbiyəvi mühit yaratmağı bacarmalıdır. Dünya təcrübəsi göstərir ki, müəllim təlimi uğurlu təşkil etmək üçün hər görüşdə valideynlərin rəyini öyrənməlidir. Bu məlumat bazası isə təlimin keyfiyyətinin yüksəlməsinə xidmət edər.
Aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, bu gün təhsilin məzmununda, onun təşkili məsələlərində və nəhayət, qiymətlənləndirmə sistemində baş verən dəyişikliklərlə bağlı valideyni maarifləndirməyi, onunla düzgün münasibət qurmağı bacaran müasir müəllim, əslində öz işinin uğrunu təmin etmiş olur. Bununla o, valideyni məharətlə tənqidçidən müttəfiqə çevirir, onun təcrübəsindən, dünyagörüşündən və bacarığından təlimdə müvəffəqiyyət əldə etmək üçün bəhrələnir.
Orta məktəblərin hamısında valideyn-müəllim münasibətləri eyni deyil və burada hər şey düzgün idarəçilikdən asılıdır. Məktəbdə problemin yaşanmaması onu idarə edən şəxsin peşəkarlığından, yanaşmasından asılıdır. Eyni zamanda müəyyən problemlər yaşayan şagirdlərin valideynləri müəllim və məktəb psixoloqlarına müraciət etməli və yalnız birgə əməkdaşlıq ortaya çıxan problemləri aradan qaldıra bilər.
Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini xüsusilə qeyd etmək vacibdir. Birinci tip amillərə - ata ilə ana, valideynlərlə uşaqlar, bacı ilə qardaş arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluşu ikinci tip amillər sırasına daxildir. İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyyə üsulları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz. Ailə münasibətləri hər şeydən əvvəl uşaqların emosiya və hisslərinə təsir göstərir. Yaş artdıqca uşaqlar həmin münasibətləri mənimsəyir, nəticədə bu zəmində də oğlan və qızların xarakter əlamətləri formalaşır. Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyirlər: "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Atalar sözünün hikməti aydındır. Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.
Müşahidələr göstərir ki, uşaqlar daha çox sərbəst olduqları- məktəbdən və ailədən kənar gəzib dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin,küçənin , yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşliq etdiyi uşaqların əxlaqı həddi-büluğa çatmamışlara güclü təsir edir. Digər uşaqlar onun ətrafında toplaşır, onlarla məsləhətləşirlər. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək sonra əməli tədbir görmək valideyn üçün zəruridir.
Tərbiyənin məqsədi müxtəlif formalarda - ideya-siyasi, əmək, əqli, mənəvi, estetik, ekoloji, hüquq və fiziki tərbiyə kimi həyata keçirilir. Bu sahədə ailənin öz imkanları, uşaq bağçalarının və məktəbin özünəməxsus xüsusiyyətləri vardır. Lakin buna baxmayaraq onlar vəhdət təşkil etməlidir. Valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O,cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin. Böyüməkdə olan nəslin tələbat-motivasiya sahəsinin, əxlaqi şüurun formalaşmasına xüsusi diqqət yetirilməlidir. Uşaqda özü haqqında aydın təsəvvür yaradılmalıdır. Belə ki, o, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdır.
Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim – şagird” münasibətlərinin qurulmasında nəzakətli olmalı, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır ki, müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarsın. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməlidir. Şagird nə qədər aktiv olsa da, yoldaşları ilə düzgün münasibət qurmasa da müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalı, onu düzgün şəkildə maarifləndirməlidir.
Düzgün qurulmuş müəllim – şagird münasibətləri şagirdlərin təlimə marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird-müəllim problemlərinin yaranmasına gətirib çıxarır.
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün aşağıdakı fikirləri qeyd etmək olar:
1.Müəllim yaxşı psixoloq olmağı bacarmalıdır. Təhsil mərkəzlərində psixoloji treninqlər keçirilməli, müəllimlər üçün tez-tez məşğələlər təşkil olunmalıdır.
2.Müəllimlər təkcə elmi cəhətdən deyil, etika, estetika baxımından da yüksək mədəniyyətə malik olmalıdır.
3.Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır. Çünki hər bir uşağın fərdi xarakterik xüsusiyyəti var və hər müəllim də ona uyğun davranmalıdır.
4.Müəllim valideynlə sıx əlaqədə olmalıdır ki, sinifdə baş verənlərdən hər zaman valideyn xəbərdar olsun. Çünki həm valideyn həm də müəllim uşağa eyni şəkildə təsir etməyi bacarmalıdır ki, uşaqda ikifikirlilik yaranmasın.
5.Uşaqlar da müəllimlərinə qarşı hörmətlə, etiqadla yanaşmalıdır. Qarşılıqlı şəkildə anlaşma yaratmağa çalşmalıdırlar. Çünki müəllimlər valideynlərimizdən sonra bizim əsas yol göstərənimizdir.
6.Müəllim-şagird arasında konflikt yarandıqda özümüzü müəllimin yerinə qoymalı, vəzifəsinin çətinliklərini dərk etməli və onun tək, şagirdlərin isə çox olduğunu unutmamalıyıq.
7.Şagirdlər müəllimi təkcə pedaqoq kimi görməməlidir. Müəllimi özlərinə dost bilməli, problemlərini, yoldaşları arasında olan konfiliktlərini onunla həll etməyə çalışmalıdırlar.
8.Məktəb həyatında müəllim-şagird arasında da konfikiktlər baş verir. Bu zaman şagirdlər etik qaydaları keçməmək şərti ilə öz fikirlərini müəllimlərinə deməli, əgər problem həll olunmazsa, məktəbin psixoloqu ilə məsləhətləşib, məsələni yoluna qoya bilərlər.
Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki, müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin vəhdəti ön planda olsun.

Tural Hüseynov
Biləsuvar rayonu, pedaqoq



Загрузка...
Həmçinin oxuyun:
Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.