Məktəbin işinə kənardan müdaxilə və məktəb-media münasibəti
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB hər hansı bir əsas olmasından asılı olmayaraq (əsas ola bilməz) şagirdə əl qaldırmağı uşağa qarşı zorakılıq kimi qəbul edir və buna qəti etirazını bildirir, müəllim adını daşıyan şəxsin bunu etməsi qəti yolverilməzdir və məsuliyyət yaradır.
Müəllimin uşağa təsir etməyinin 11-ə yaxin vasitəsi var və heç biri də əl qaldırmaq deyil. Uşaq şəxsiyyətdir. Müəllimin işi ona yonətim verməkdir. Özünə qarşı sevgi, hörmət qazanan müəllim heç bir zaman belə situasiyaya yol verməz. Pis uşaq yoxdur, pis tərbiyə var və müəllimin işi də bu tərbiyəni yaxşıya yönəltməkdir. Zorakılıq uşagin alt şüurunda zorakılıq formalaşdırır. Təlim-tərbiyə mürəkkəb fəaliyyətdir, onu aparmaq üçün sözün əsl mənasında peşəkar müəllim, mütəxəssis olmaq lazımdır. Bunu bacarmırıqsa, uşağa qarşı zorakılığı əsaslandırmayaq, bu ən asan işdir. Müəllim məhz müəllim adını ona görə daşıyır ki, ona etibar edilən şəxsiyyəti duzgun təlim-tərbiyə etməyi bacarsın. Müəllimin pedaqoji fəaliyyəti ona təqdim olunan bütün şagirdlərə aiddir. Müəllimin "gücü” də o dediyiniz şagirdi düzgün yola çəkmək, özünə hörmət qazandırmaqdır. Praktikada dəfələrlə bundan da ağır idarəolunmaz uşaqlara rast gəlinib, (hələ bu uşaq "tərbiyəli” görünür ki, müəllimə bu zorakılıqdan sonra belə əl qaldırmayıb, cavab qaytarmayıb, dözümsüzlük də edə bilərdi, hər uşaq belə hala sabit adekvat deyil) muəllimin işi də bu usaqlara düzgün yanaşmanı tətbiq etməkdir. Birdə ki, çətin tərbiyə olunan uşaqlarla hüquqi və psixoloji müstəvidə iş aparılmalıdır. Heç bir halda uşağa zorakılıq əsaslandırıla bilməz. Konstitusiya və Beynəlxalq Uşaq Konvensiyasi ilə uşaq hüquqları dövlət tərəfindən qorunur.
Əziz muəllimlər, bir-birinizlə həmrəylik gostəriləsi o qədər problemləriniz var ki, mən istəməzdim həmrəyliyiniz məhz "uşaga qarşı zorakılığı əsaslandırmaq” üzərində qurulsun. Uşağa qarşı zorakılıq istənilən halda yolverilməzdir.
AVMA İB məktəb işinə aid olmayan hər hansı bir məmurun məktəbin işinə müdaxilə etməsini, muəllimin və ya təhsil idarəedicisinin hüquqlarını pozmasını da qəti yolverilməz hesab edir və müəllim nüfuzunun cəmiyyət tərəfindən hamılıqla qorunmasına çağırır.
AVMA İB media orqanlarının məktəblə münasibətinin sivil dialoq, əməkdaşlıq və dəstək formasında olmasının tərəfdarıdır. Hər hansı neqativlər haqqında məlumat verilməmişdən öncə tərəflər dinlənilməli, hərtərəfli araşdırılmalı, məlumatın vermə mənbələri və obyektiv olub-olmadığı dəqiq faktlarla təsdiqlənməlidir. Bu addımlar atılmadıgı halda, informasiyanın ictimailəşdirmək, məktəb haqqında yalnız neqativ məlumatların ötürülməsi təhsilimizə və müəllim nüfuzuna yalnız zərbə vurur. Təhsildən yazan jurnalistin təhsildən anlayışı olmalı, ən azı jurnalist etikasını həmişə gözləməlidir. Məktəbə daxil olan hər kəs müqəddəs təhsil ocağına daxil olduğunun məsuliyyətini dərk etməlidir.
AVMA İB Mətbuat Şurasından və hüquq mühafizə orqanlarından məktəblərə hücum, görüş və maddi qarşılıq tələb edən bəzi reket sayt və KİV-lər barədə xususi araşdırma-monitorinqin aparılmasını, onlar haqqında xususi nəzarətlə ciddi ölçü götürməyi, cəmiyyəti bu viruslardan təmizləməyi xahiş edir.
Məktəb bir ailədir. Hər biri öz ailəsi haqqında xoş söz eşitmək istədiyi kimi, məktəbin də xoş sözə ehtiyacı var. Hər məktəbin muxtəlif problemləri olur. Bu problemlər məktəbdə təhsil iştirakçılarının birgə səyi nəticəsində həllini tapmalı, maraq güdən naşıların əlində istifadə alətinə çevrilməməlidir.
AVMA İB hamını məktəbi, müəllim nüfuzunu, uşaqların sağlamlığını və maraqlarını qorumağa, valideynlərlə əməkdaşlığa dəvət edir. Yalnız təhsilə həssas diqqət və qayğı onun inkisafina təminat verər.tehsilshurasi.az