AzTehsil.com


Xəbərlər / Müəllim
04 oktyabr 2021
2 340


Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA



Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

 

Sosial şəbəkələrdə bəzi valideynlər 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə pul yığıldığını iddia edirlər.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, şagirdin müəlliminə ən böyük hədiyyəsi səmimi ürək sözləri ola bilər:

"İlk növbədə müəllimlərimizi "Beynəlxalq Müəllimlər Günü” münasibət ilə təbrik edirik. O ki qaldı yığımlarla bağlı qeyri-qanuni tələblərə, bununla bağlı şikayətlər varsa, valideynlər Təhsil Nazirliyinin qaynar xəttinə anonim olmadan müraciət edə bilərlər".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir:

"Ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur".

Məsələyə təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlamasında bildirib ki, cəmiyyətdə ikrah doğuran bu proses əsasən valideynlər tərəfindən həyata keçirilir:

"Pul yığılması halları bütün bayramlardan öncə baş verir və maraqlıdır ki, həmin bayramların da obyekti əsasən xanım müəllimlər olur. Əvvəllər məktəblərdə əlamətdar günlərlə bağlı pulu direktor, direktor müavini, sinif rəhbəri və ya müəllimlər yığırdısa, indi bunu valideyn-müəllim assosiasiyaları edir. Əlbəttə ki, şagirdə elm öyrədənə təşəkkür etmək olar. Amma bu kütləvi şəkildə pul yığımı ilə həyata keçirilməməlidir.
Bayramlar münasibəti ilə artıq son illər məktəblərdə normal tədbirlər keçirilmir, ssenarilər yazılmır. Ssenari ancaq pul yığılmasıdır. Məsələn, Gürcüstanda heç bir əlamətdar gündə şagirdlərdən pul yığıla bilməz. Hətta valideynlər istəsələr belə bunu edə bilməzlər. Müəllimlərin özü buna imkan veməz. Bizdə isə bəzi müəllimlər əməkhaqqınının aşağı olmasını bəhanə edib, hər bayram günü gözlərini şagirdlərin əllərinə dikirlər. Pul verməyən şagirdə qarşı isə hətta psixoloji təzyiq göstərilir. Təəsüf ki, bu hallara yol verən müəllimlərimizin sayı heç də az deyil".

Ekspert orta ümumtəhsil məktəblərində yaradılan valideyn-müəllim assosiasiyalarının fəaliyyətinin düzgün tənzimlənmədiyini qeyd edib: "Bu cəmiyyətlər əslində müəllim və şagirdlər arasındakı münasibətlərin tənzimlənməsinə, təhsilin keyfiyyətinə xidmət etməlidir. Amma görürük ki, başqa məqsədlərə yönəlib. Xüsusən, müəllimin iştirak etmədiyi "WhatsApp” qruplarında valideynlər bayramlar, ad günləri və digər tədbirlərlə bağlı razılaşaraq, pul yığılmasını həyata keçirirlər. İlkin nəticədə yığılan pullar müəllimə çatır. Bu, bir növ pul yığımının məktəbin rəsmilərindən valideynlərə keçməsinə xidmət edən qrupdur".



Загрузка...
Həmçinin oxuyun:
BŞTİ məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

BŞTİ məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də  haqlıdırlar” - SORĞU

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də haqlıdırlar” - SORĞU

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Valideyn və şagirdlərin nəzərinə -Sabah altıgünlük məktəblərdə dərs olacaq

Valideyn və şagirdlərin nəzərinə -Sabah altıgünlük məktəblərdə dərs olacaq

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF