AzTehsil.com
RU


Xəbərlər / Müəllim
17 aprel 2019
2 788


“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də haqlıdırlar” - SORĞU



 

 
Bəzən, məktəblərdə yaşanan müxtəlif neqativ halların şahidi oluruq.

Bu kimi hadisələrdən bir qismi   media və sosial şəbəkələrdə bəzən həftələrlə, günlərlə müzakirə mövzu olub.

Cəmiyyəti heç zaman şəhər və bölgə bölgüsünə görə ayırmaq olmaz. Lakin kütləvi şəkildə yayılan bir fikir var: şəhər məktəblərində rastlanan neqativlər–xüsusən də qeyri-leqal yollarla şagirdlərdən müxtəlif bəhanələrlə pul toplamaq- rayondakı təhsil ocaqlarında yaşana bilməz. Yəni, cəmiyyətdə o fikir yaranır ki, bir kənd məktəbində heç vaxt şəhər məktəbindəki qədər pul yığıla bilməz.

AzEdu.az bu məsələ ilə  bağlı ucqar kəndlərdə dərs deyən müəllimlər arasında kiçik sorğu keçirib:

Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin Tarix-Coğrafiya müəllimi Posu Mansırlının sözlərinə görə,işlədiyi yerdə müəllimlərin şagirdlərdən pul yığmaq kimi  bir "adəti” yoxdur:

"Dərs dediyim tam orta məktəbdə müəllimlərin şagirdlərdən pul yığmasına rast gəlməmişəm. Onu da qeyd edim ki, digər qonşu məktəblərdə də bu kimi hallar müşahidə olunmur. Ümumiyyətlə, respublikamızın istər şəhər, istərsə də rayon məktəblərində müəllimlər şagirdlərdən pul yığmırlar. Müəllimlərin şagirdlərdən pul yığması istər qanuni, istərsə də dini cəhətdən qadağandır.  Yəni, heç bir müəllim şagirdlərdən pul yığıb, qanunsuzluq etməməlidir. Amma günümüzün reallığını nəzərə alsaq, müəllimlərin maaşı onların ehtiyaclarını ödəmək üçün kifayət etmir. Məhz ona görə də bəzi müəllimlər bu kimi proseslərə  əl atırlar. Yəqin ki, şagirdlərdən pul yığan müəllimlər səhv etdiklərininfərqindədirlər. Ümid edirəm ki, digər sahələrdə olduğu kimi, müəllimlərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün addım atılar. Maaşı artırıldıqdan sonra şagirdlərdən pul yığan "müəllimlər” də əməllərindən əl çəkərlər”.

Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin Coğrafiya müəllimi Tural Topçuyev isə  deyir ki, əgər hər hansı məktəbdə müəllimlər şagirdlərdən pul yığırsa, ilk növbədə onun səbəbinimüəyyənləşdirmək lazımdır:

"Gədəbəy rayonunda müəllimlərə olan münasibət tamamilə fərqlidir. Rayonumuzda müəllim cəmiyyətin aparıcı qüvvəsi hesab olunur. İşlədiyim müddətdə isə müəllimlərin  şagirdlərdən pul yığmalarına rast gəlməmişəm. Amma bəzi müəyyən məsələlər var ki, onları nəzərə alsaq, müəllimlərin bəlkə də  şagirdlərdən pul yığmaqda haqlı olduqlarını deyə bilərik. Lakin  orta məktəblərdə müəllimlərin şagirdlərdən pul yığması düzgün deyil. Əgər hər hansı məktəbdə  bu cür hallar baş  verirsə, ilk növbədə,onun səbəbinimüəyyənləşdirmək lazımdır”.

Salyan rayonu Yenikənd kənd tam orta məktəbinin Fiziki tərbiyə müəllimi Seymur İbrahimov şagirdlərdən pul yığılmasının düzgün hal olmadığını vurğulayıb:

"Müəllimlər şagirdlərdən pul yığmamalıdır. Ümumiyyətlə, dərs dediyim orta məktəbdə bu kimi proseslərə rast gəlməmişəm. Onu da qeyd edim ki, heç kimin hünəri çatmaz ki, məndən də nəyəsə görə pul alsın”.

Lerik rayonu Vistən kənd orta məktəbinin Riyaziyyat müəllimi  Rusif Məmmədovun sözlərinə görə, kənd məktəblərində ümumiyyətlə, şagirdlərdən pul yığılmır:

"Respublikanın şəhər məktəblərində işləmədiyim üçün o qədər də məlumatlı deyiləm. Amma  kənd məktəblərində şagird və ya müəllimlərdən pul yığılmır. Həmçinin, dərs dediyim Vistən kənd orta məktəbində də bu kimi hallara rast gəlməmişəm. Qonşu kənd məktəblərində  çalışan müəllim yoldaşlarımın dediyinə görə onlarda daşagirdlərdən pul yığılmır. Amma eşitmişik ki, şəhər məktəblərində bayram öncəsi valideynlər "Whatsapp” qrupu açıb, yazırlar ki,  pul yığaq. Amma kənd məktəblərində bu kimi proseslər müşahidə olunmur”.



Загрузка...
Həmçinin oxuyun:
Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Nazirlikdən summativlərə görə şagirdlərdən pulun yığılmasına REAKSİYA

Nazirlikdən summativlərə görə şagirdlərdən pulun yığılmasına REAKSİYA

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Müəllimlər  Milli  Məclisdə mükafatlandırılacaqlar

Müəllimlər Milli Məclisdə mükafatlandırılacaqlar

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Ağstafa rayonunda  kənd məktəblərində  açıq dərslər təşkil olunur

Ağstafa rayonunda kənd məktəblərində açıq dərslər təşkil olunur

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə  vəsiqə qazanıb

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Coğrafiya dərsliklərinin üz qabığındakı nöqsanlar – artıq şəkillər, proqramdankənar təsvir- Müəllimlərin narazılığı

Coğrafiya dərsliklərinin üz qabığındakı nöqsanlar – artıq şəkillər, proqramdankənar təsvir- Müəllimlərin narazılığı

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Kənd yerlərində dərs deyən müəllimlərin... -YENİ QƏRAR VİDEO

Kənd yerlərində dərs deyən müəllimlərin... -YENİ QƏRAR VİDEO

Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında”

Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında”

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!