Müəllimlər Milli Məclisdə mükafatlandırılacaqlar
Gənc müəllimlərin sosial media səhifəsi "Gənc müəllim” və AzEdu.az təhsil portalının təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi” müsabiqəsi yekunlaşıb.
Müsabiqə iki mərhələdə keçirilib. I mərhələdə ən çox dəstəklənən 10 müəllimin çəkdiyi video seçilərək, növbəti mərhələyə keçib.
İkinci mərhələdə isə həmin 10 müəllim arasındakı səs vermədən sonra birinci yeri Laçın rayonu Taxtakörpü kənd məktəbinin müəllimi Şəbnəm Cəbrayıl tutub.
İkinci və üçüncü yerləri isə İsmayıllı rayon İstisu kənd orta məktəbinin müəllimi Şahid Muradlı və Bakı şəhər 255 saylı tam orta məktəbin müəllimi İradə Zülfiqarova bölüşüblər.
Mükafatlandırma mərasimi isə bu gün saat 14.30-da Azərbaycan Respublikasının Milli Məclisində keçiriləcək.