Sədr müavini -Təhsillə bağlı müəyyən qrup inasanlarda elə təsəvvür yaranıb ki,...
Təhsillə əlaqədar maraqlı tərəflər İctimai Şuraya son ümid yeri kimi baxıblar...
Müsahibənin davamı
Çoxlarının İctimai Şura haqqında fikirləri birmənalı deyil. Bu barədə nə deyə bilərsiz?
Birmənalı şəkildə razılaşıram. Reklamçılıqla məşğul olmadıq. Gördüyümüz işlərin böyük əksəriyyəti lazımi səviyyədə ictimailəşdirilmədi. İlk günlərdə yaradılan “Facebook“ səhifəmiz nəzarətsizlik üzündən dağıldı və ya dağıdıldı. Əvəzində “Təhsil Nazirliyi yanında İctimai Şura” adlı saxta profillər dövriyyəyə buraxıldı. Həmin profillərdə təhsildən başqa nələrə desən rast gəlmək olardı. Halbuki, Şuranın ayrıca saytını hazırlamaq da olardı. KİV-lərdə və sosial mediada təhsilin aktual roblemlərinə münasibət bildirməkdə, görülən işlərin hesabat xarakterli yığcam icmalını ictimailəşdirməkdə Şura üzvlərinin aktivliyi elə də hiss olunmadı, Sanki, 11 nəfər üzvdən ibarət Şura, 3-4 nəfərin çiyin yükünə hesablanmışdı. Bununla belə ümumilikdə götürdükdə, üzərimizə düşən vəzifələrin - ictimai iştirakçılığın ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, sosioloji sorğuların keçirilməsi və digər bu kimi vəzifələrin yerinə yetirilməsində Şuranın fəaliyyətini danmaq ədalətsizlik olardı. Bütün gördüyümüz işlər - dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi, hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi yolu ilə həyata keçirilib. Məsələni bir qədər də konkretləşdirsək, demək olar ki, təhsilimizin aktual problemləri ilə bağlı elə bir məsələ olmayıb ki, Şurada müzakirə olunmasın, buna münasibət bildirilməsin və bunlara dair konkret təkliflər hazırlanıb əlaqədar qurumlara təqdim olunmasın. Ən başlıcası isə təhsillə əlaqədar maraqlı tərəflər İctimai Şuraya son ümid yeri kimi baxırdı...
Sözünüzdən belə çıxmır mı ki, İctimai Şura ümidləri doğrultmadı...?
Şura ümidləri doğrultmadı demək, bir qədər ədalətsizlik olardı. Hər bir istər, dövlət qurumu olsun, istərsə də ictimai təsisat olsun, Qanunvericilik və öz Əsasnamə tələbləri çərçivəsində səlahiyyətləri var. Səlahiyyət həddini aşmağın nə demək olduğunun izahına ehtiyac yoxdur. Təhsillə bağlı müəyyən qrup inasanlarda elə təsəvvür yaranıb ki, Şuraya müraciət etməklə onların istənilən istək və tələbi dərhal həllini tapacaq. Lakin, reallıqda isə elə məsələlər var ki, bunların həllində hətta təhsilin ali idarəedici orqanı olan Təhsil Nazirliyi belə açizdir. Bu mənada şikayətləri təmin olunmayan bəzilərində Şuraya qarşı müəyyən inamsızlıq yarandı ki, bu da təbiidir. Bir də ki, Şuranın vəzifəsi hansısa problemi həll etmək deyil, oroblemi əlaqədar qurumlar qarşısənda qaldırmaqdır və onu da qeyd edim ki, qaldırdığımız onlarla problemə Təhsil Nazirliyi anlaşıqla yanaşıb, və Qanunvericilik çərmivəsində həllini təmin edib.
Fəaliyyətiniz dövründə keçirdiyiniz görüş və tədbirlərdən bir neçəsini sadalamağınız maraqlı olardı...
Belə görüş və tədbirlərimiz çox olub və bir müshibənin reqlamentinə sıxmaz. Sadcə, yadımda qalan bir neçəsinı əlavə şərh vermədən sadalaya bilərəm. Məsələn, Biləsuvar və Masallı rayonlarının ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq ; Qubaya təşkil olunan mediatur çərçivəsində rayonda yeni tədris ilindən pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüş, onların dərs prosesinin izlənilməsi ; Lənkəran şəhər təhsil şöbəsində təhsil ictimaiyyətinin nümayəndələri ilə görüş, bir neçə şəhər və kənd məktəbində təlim-tərbiyyə prosesi və infrastrukturla tanışlıq ; Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti və tələbələrlə görüş, ali təhsil müəssisələrinə qəbul şərtləri, magistraturaya qəbul imtahanında ediləcək dəyişikliklər, universitetlərdə elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər barədə fikir mübadiləsi ; Azərbaycan Texniki Universiteti ilə birgə “Ali təhsil müəssisələrində beynəlxalq rəqabətliliyin artırılması” mövzusunda ictimai müzakirə ; Təhsil İnstitutu və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə “PİSA qiymətləndirilməsində Azərbaycanın mövqeyi: ümumi təhsil pilləsində oxu, riyaziyyat və təbiət elmləri fənlərinin tədrisinin vəziyyəti" mövzusunda dinləmə ; Bakı Dövlət Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahan sessiyasının müşahidə edilməsi ; İctimai Şuranın ofisində Təhsil nazirinin müavinləri, Nazirin müşaviri, Nazirliyin şöbə müdirləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələrinin iştirakı ilə ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirə ; Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant dərslərin izlənməsi, distant dərslərin keçirildiyi auditoriyalarla tanışlıq ; Təhsil İnstitutunda İctimai şura ilə Təhsil institutu arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və bütövlükdə təhsilin inkişafına yönələn mövzular və təhsilin aktual problemləri ilə bağlı müzakirə ; Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) mövcud şəraitdə tədris prosesinin təşkili, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, distant təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan dəyirmi masa ; Təhsil Nazirliyi yanında İctimai Şura və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün təhsildə nə dəyişməlidir?” mövzusunda polemika ; Şura üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi arasında görüşdə Agentliyin fəaliyyəti və onun fəaliyyəti ilə bağlı ictimaiyyətin rəylərini öyrənilməsi ; İmtahanların format və məzmununda zəruri hesab edilən təkmilləşdirmələrin DİM, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə birgə müzakirənin təşkili və s. və i.a
Bundan əlavə “Yeni tədris ili, yeni qaydalar”,“Müəllimlərin peşəkar inkişafı”, “Təhsildə Yeni Çağırışlar”,“Təhsilə yeni baxış” ,“Təhsil strayegiyası: yeni yanaşmalar”, “XXI əsrin universitet modeli”, "Təhsilin məzmunu zaman kontekstində" və digər bu kimi mövzularda onlayn müzakirələr keçirib, Bilavasitə Nazirin və diqər əlaqədar idarə və müəssisə rəhbərlərinin iştirakı ilə müəllimlərin işə qəbuılu (MİQ), işğaldan azad olunmuş rayonlarda təhsil infrastrukturunun yaradılması, pandemiyanın fəsadları və profilaktik tədbirlər və bir çox digər məsələlər ətrafında məsafədən görüşlər təşkil olunub. Keçirilən tədbir və görüşlərdə irəli sürülən və İctimai Şura tərəfindən ümumiləşdirilən onlarla təklif Təhsil Nazirliyi tərəfindən nəzərə alınıb. (Ardı var...)