Xəbərlər / Müəllim
22 oktyabr 2021
2 012


Sədr müavini: İctimai Şuranın məqsədi təhsilin inkişafına yeni töhfələr verəcəyi gözləntilərindən ibarət olub.

Sədr müavini: İctimai Şuranın məqsədi təhsilin inkişafına  yeni töhfələr verəcəyi gözləntilərindən ibarət olub.

 

Hər şeydən əvvəl xatırlatmaq yerinə düşər ki, "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Yəni, ictimai şura – bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur.

Bu baxımdan, Ölkə başçısının İctimai iştirakçılıq haqqında sərəncamına əsasən Milli Məclis tərəfindən qəbul olunan qanunun tələblərindən irəli gələn vəzifələrin həllində fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması, Nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədilə Təhsil nazirinin 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılan İctimai Şuranın məqsədi təhsilin inkişafına  yeni töhfələr verəcəyi gözləntilərindən ibarət olub.

İctimai Şuraya namizədlik və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə 125-dən çox müraciət daxil olmuş. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınmışdı. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılaraq, İctimai Şuraya namizədlərdən çoxsaylı müraciətlərin olmasına baxmayaraq, onların arasından gizli  səsvermə yolu ilə 11 nəfərə etimad göstərilmiş, ilk iclasda qurumun sədri, sədr müavini, məsul katibi seçilmiş, üzvlərin görəcəyi işlər, toplantıların reqlamenti müzakirə və qəbul olunmuşdu. Bu, Azərbaycanda təhsil sistemində yaradılan ilk İctimai Şuradır.

Bu, iki il ərzində təmsil olunduğum İctima Şura cəmiyyətə açıq olub,  maraqlı tərəflərlə dialoqa hazır olduğunu nümayiş etdirib. Əsasnaməmiz təsdiq olunub, Fəaliyyət planımız hazırlanıb,  müvəqqəti və daimi komissiyalrımız müəyyənləşib.  KİV əməkdaşları və sosial media nümayəndələri ilə görüşlər keçirilib. Geniş içtimaiyyət fəaliyyətimizin konkret istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə edib. Bir sözlə, reqlamentə əsasən məqsədimiz vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili,maraqlı tərəflərin  fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarət olub.

Üzərimizə düşən vəzifələri ictimai iştirakçılığın ictimai şura; ictimai müzakirə; ictimai dinləmə; ictimai rəyin öyrənilməsi; hüquqi aktların layihələrinin ictimai müzakirəsi; yazılı məsləhətləşmə formalarından istifadə etmək yolu ilə həyata keçirməkdə görmüş,  Dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi, hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi yolu ilə həyata keçirmişik.

Təhsil Naziri, nazirliyin müvafiq idarə və strukturlarını rəhbər işçiləri ilə onlarla canlı və videokonfrans formatında görüşlərimiz olub. Keçirilən görüşlərdə müəllimlərin işə qəbulu,  diaqnostik qiymətləndirmə, yerlərdə dərs bölgüsünün qanunvericilik çərçivəsində həlli, ehtiyat dərsliklər,  xarici diplomların tanınması,  məktəblərdə psixoloji xidmətin təşkili,  kadr məsələləri, pandemiya ilə əlaqədar təhdrisin təşkili və təhsil ictimaiyyətini maraqlandıran bir sıra digər ümdə məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.Onlarla ümumiləşdirilmiş təkliflərimiz Təhsil Nazirliyi tərəfindən nəzərə alınıb.

Əlbəttə, bəşəri bəlaya çevrilən  Koronavirus pandemiyası bir çox sahələrə olduğu kimi, İctimai Şuranın fəaliyyətinə də təsirsiz ötüşməyib. Pandemiya səbəbindən qabaqçadan planlaşdırılan bir çox kütləvi xarakterli tədbirlərin həyata keçirilməsinin reallaşdırılması mümkün olmayıb. Həm də, ilk təcrübə olduğundan fəaliyyətimizdə müəyyən boşluqların olması səmimi etiraf olunmalıdır. Ümid edək ki, bu ayın sonunda başa çatacaq namizədlərin qeydə alınmasından sonra seçiləcək yeni heyyət həmin boşluqların aradan qaldırılması üçün əzm və iradə nümayiş etdirəcəklər.

Nadir İsrafilov,

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

İctimai Şuraya seçkilərin tarixi

İctimai Şuraya seçkilərin tarixi

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə

İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu davam edir

İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu davam edir

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib