Xəbərlər / Ekspert / Müəllim
27 oktyabr 2021
771


Nadir İsrafilov: Nazirlik və maraqlı tərəflər arasında körpü yaratmaq funksiyasını yerinə yetirmişik.


Daha çox səmərəli və faydalı işlər görmək olardı, təəssüf ki,...

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin sənədlərinin qəbulu müddəti sabah başa çatır. Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd Nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda, təhsil sahəsində maraqlı olan tərəflərlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

AzEdu.az Şuranın ilk olaraq yarandığı müddət ərzində sədr müavini olmuş, tanınmış təhsil eksperti Nadir İsrafilovla müsahibəni təqdim edir:

-Nadir müəllim İctimai Şuraların yaradılması zərurəti haqqında ümumi şəkildə nə deyə bilərsiz?

-Konkret olaraq onu deyə bilərəm ki, İctimai Şuraların yaradılması “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını nəzərdə tutur. Yəni, İctimai şura – bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur.

Təmsil olunduğum İctimai Şura Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədilə Təhsil nazirinin 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb və öz fəaliyyətini müvafiq qurum tərəfindən təsdiq olunmuş Əsasnamə və Fəaliyyət planı əsasında qurmağa çalışıb.

-Bir sədr müavini olaraq 2 illik fəaliyyətinizi necə qiymətləndirərdiniz?

-Bu yaxınlarda mənə bir sorğu anketi ünvanlanmışdı. Sonradan öyrəndim ki, bu məzmunda anket bir çox digər əlaqədar yoldaşlara da göndərilibmiş. Sən demə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir magistri Şuranın fəaliyyəti barədə tədqiqat aparırmış. Anket üzrə sorğunu keçirməkdə məqsəd isə ümumiləşdirilmiş fikirlər əsasında  İctimai Şuranın fəaliyyətini dəyərləndirmək, gələcəkdə onun işinin keyfiyyət səviyyəsini yüksəltmək üçün tövsiyələr hazırlamaq imiş. Nə deyirəm, çox təqdirəlayiq işdir. Şuranın fəaliyyəti ilə bağlı 5 müxtəlif məzmunlu sualdan ibarət anketə “tam qane edir”, “qismən qane edir”, “tərəddüd edirəm”  cavablarından birini təsdiq etməliydin. Mən tərəddüd etmədən “qismən qane edir” cavabını işarələdim.

-Niyə məhz “qismən qane edir” cavabı…?

-“Tam qane edir” cavabını təsdiqləsəydim, bu bir az təvazökarlıqdan kənar olacaqdı, baxmayaraq ki, şəxsən mən özüm Şuranın nüfuz və hörmət  qazanması üçün bütün mümkün mənəvi və fiziki potensialımı ortalığa qoydum. İctimai Şurada nə edə biləcəkdimsə onu da imkanım daxilində etdim. Təəssüf yaradan məqam isə ondan ibarət oldu ki, Şura üzvlərindən heç də hamısı Şuranın fəaliyyətinə lazımi diqqət məsuliyyət nümayiş etdirmədilər. Bütün yük əsasən 5-3 nəfərin üzərinə düşmüş oldu. Qalan 5-6 nəfər isə öz vəzifələrini yalnız Şura iclaslarında və bir sıra rəsmi tədbirlərdə iştirak etməkdə gördülər, o da ki, necə deyərlər ala-yarımçıq. Bir də ki, İctimai şuranın fəaliyyətinə pandemiya da təsirsiz ötüşmədi. Həm də bu sahə ilk təcrübə olduğundan müəyyən boşluqların yaranması qaçılmaz oldu. Bir sözlə desək, daha çox səmərəli və faydalı işlər görmək olardı, təəssüf ki, bir sıra bizdən asılı olmayan obyektiv və subyektiv səbəblər Əsasnamə tələbləri və Fəaliyyət planı üzrə nəzərdə tutulmuş vəzifələrin gerçəkləşdirilməsində bir növ başlıca maneə rolunu oynamış oldu.

-Hər halda yəqin ki, təhsilimizə fayda gətirə biləcək müəyyən işlər də görməmiş deyilsiz?

-Şübhəsiz.. Hər şeydən əvvəl maraqlı tərəflər üçün bir növ əlçatanlıq institutu formalaşdırmış olduq. Nazirliyə əli çatmayan yüzlərlə vətəndaşı qəbul edib, dinləmişik, səlahiyyətimiz çərçivəsində onlara istiqmət vermiş, ərizə və şikayətlərinə baxılmaq üçün Nazirliyin müvafiq şöbələrinə göndərmişik. Başqa sözlə desək Nazirlik və maraqlı tərəflər arasında körpü yaratmaq funksiyasını yerinə yetirmişik. Bu, iki il ərzində təmsil olunduğum İctima Şura cəmiyyətə açıq olub, istənilən marağı olan tərəflə dialoqa hazır olduğunu nümayiş etdirib. KİV əməkdaşları və sosial media nümayəndələri, geniş içtimaiyyət fəaliyyətimizin konkret istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə edib.  Məqsədimiz vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, səmərəli qarşılıqlı fəaliyyətin təşkili,  fəaliyyətimizdə aşkarlığın və şəffaflığın təmin olunması, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarət olub.

-Şuraya vətəndaşlar tərəfindən daxil olan şikayətlərin nə məzmunda olduğu maraqlıdır...

-Müxtəlif məzmunlu şikayətlər olub.  Bunların içərisində haqlıları da olub, haqsızları da. Çox halda haqsız şikayətlərə də baxmaq və haqsızlığını əsaslandırıb, şikayətçini razı salmaq lazım gəlib. Əsas şikayətlər isə xatırladığım qədər, xarici dövlətlərdə təhsil alanların diplomlarının tanınması, şagirdlərin yerdəyişməsi zamanı qarşılaşdıqları çətinliklər, müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı yaranan problemlər, müəllimlərin işə qəbulu zamanı yaranan narazılıqlar, dərs bölgüsü zamanı yaranmış problemlər, direktorların işə qəbulu ilə bağlı yaranan problemlər, şagirdlərin məktəbə qəbulu ilə bağlı şikayətlər, təhsil haqqlarının ödənilməsi ilə əlaqədar yaranmış problemlər və s. Şura daxil olmuş bütün şikayətləri Şura iclaslarinda geniş müzakirə etmiş, aidiyyatı üzrə nazirliyə ünvanlamış və nazirliyin müdaxiləsi ilə bir çox şikayətlərin həlli təmin olmuşdur.

Davamı var...

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə

İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu davam edir

İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu davam edir

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Sədr müavini: İctimai Şuranın məqsədi təhsilin inkişafına  yeni töhfələr verəcəyi gözləntilərindən ibarət olub.

Sədr müavini: İctimai Şuranın məqsədi təhsilin inkişafına yeni töhfələr verəcəyi gözləntilərindən ibarət olub.

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər