AzTehsil.com


Xəbərlər / Müəllim
22 aprel 2021
1 121


Deputat Ceyhun Məmmədov:Məqsəd distant təhsil sisteminin Azərbaycanda qurulması ilə bağlıdır.



 

AzTehsil.com  Deputat, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun AzNews.az analitik-informasiya portalına verdiyi müsahibəni təqdim edir.

– Cənab Məmmədov, Azərbaycanda "Ali təhsil haqqqında” qanun layihəsi hazırlanıb. Yeni qanunun təhsil sistemimizə hansı müsbət təsirləri olacaq?

– Azərbaycan cəmiyyətində artıq xeyli müddətdir ki, belə bir qanunun qəbul edilməsi zərurəti ilə bağlı müzakirələr gedirdi. Yeni ali təhsil qanununun qəbul olunması vacibdir. Bu qanunda çox sayda yeni və əhəmiyyətli məqamlar əksini tapıb. Məsələn, tələbələrə kreditlərin verilməsi uzun müddətdir ki, cəmiyyəti, xüsusən də maddi vəziyyəti aşağı olan ailələri maraqlandırırdı. Davamlı olaraq narahatlıq ifadə edilirdi. Hazırkı qanunda bu, öz əksini tapıb. Qanunda həmçinin universitetlərin idarəçiliyi, təhsilin elektronlaşdırılması, ikili diplomların tanınması, distant təhsillə bağlı məsələlər də var. Nəzərə çatdırım ki, bu gün təhsilimizdə həllini gözləyən bir çox vacib məsələlər sözügedən qanunda öz əksini tapacaq.

– Qeyd etdiniz ki, yeni təhsil qanununda distant təhsillə bağlı yeniliklər olacaq. Söhbət hansı yeniliklərdən gedir?

– Bilirik ki, pandemiya dövründə distant təhsilin zəruriliyi ortaya çıxdı. "Ali təhsil haqqında” yeni qanunda bununla bağlı xüsusi maddələr var. Məqsəd distant təhsil sisteminin Azərbaycanda qurulması ilə bağlıdır. Təhsil sisteminin prioritetlərindən biri təhsilin müasir tələblərə uyğunlaşdırılmasıdır. Yəni, təhsil distant təhsilin, distant təhsil isə ümumi təhsilin tələblərinə uyğunlaşdırmaqdan söhbət gedir. Bu, həm də distant təhsilin hüquqi əsasını formaşlaşdırmış olur. Bu da onu göstərir ki, sözügedən qanun müasir təhsildə gedən tendensiyalara cavab verir .

– Distant təhsildən söz düşmüşkən, bilirsiniz ki, onlayn təhsilin keyfiyyəti tələbələri, ümumilikdə hamını elə də qane etmir. Hazırda Azərbaycanda onlayn təhsil Sizcə nə qədər uğurludur?

– İndiki vəziyyətdə distant təhsil fors- major haldır. Yəni istər bizim, istərsə də dünyanın təhsil sisteminin gözlənilmədən üzləşdiyi situasiyadır. Dünyanın heç bir təhsil sistemi pandemiyaya hazır deyildi. Buna baxmayaraq, hesab edirəm ki, tez bir zamanda distant təhsili ölkəmizdə qura bildik. Ümumən götürsək, dərsləri distant, virtual və televiziya vasitəsilə həyata keçirməyə başladıq. Onu da qeyd edim ki, təhsilin distant mərhələsində təkcə texniki problemlər deyil, tələbələrimizdən asılı olan məsələlər də var.

– Nə kimi məsələlər?

– Dərsdə dəvamiyyətlə əlaqəli problemlər var. Bundan əlavə, zamanla belə dərslərə adaptasiya ilə bağlı çətinliklər ortaya çıxıb. İnternetin verilməsi, texniki təchizatlarla (kompüter, planşet) bağlı problemlər də mövcud olub. Bunlara baxmayaraq, bildirim ki, ölkə olaraq distant təhsili orta səviyyədə təşkil edə bildik. Dünya ölkələri bununla bağlı çox ciddi problemlərlə üzləşdilər, amma Azərbaycan bu mərhələni müqayisədə uğurla keçə bildi. Hesab edirəm ki, işimizi məhsuldar qura bildik. Düşünürəm ki, Təhsil nazirliyi qısa vaxt ərzində adekvat addımlar həyata keçirdi.

– Sizin də xatırlatdığınız kimi, qanun layihəsinin "Ali təhsilin iqtisadiyyatı” fəslində təhsil kreditlərinə dair ayrıca maddənin yer alması tələbələr üçün xüsusi önəm daşıyır. Sizcə, tələbələrin maddi ehtiyaclarının "qanuniləşməsi” praktiki baxımdan reallaşacaqmı?

– Təhsil kreditləri dünyanın bir çox ölkələrində tətbiq olunur. Maddi imkanı aşağı olan gənclərimiz banklar vasitəsilə kreditlər götürərək öz təhsillərini davam edəcəklər. Təhsilini bitirdikdən sonra kreditləri ödəməyə başlayacaqlar. Təhsil qanununda bütün detallar əksini tapıb. Qanunda belə məsələlərin əksini tapmasına səbəb gənclərimizin təhsil haqqını ödəməkdə çətinlik çəkməsi idi. Ona görə qanunla onlara təhsil aldıqları müddətdə kreditlər götürməsinə şərait yaradılır.

– Qanunda belə bir müddəanın olması, sırf maddi imkanı aşağı ailələr üçün nəzərdə tutulub, ya ailəsinin maddi vəziyyətindən asılı olmayaraq hər kəs bu hüquqdan istifadə edə bilər?

– Adətən, təhsil krediti almaq üçün ailəsinin maddi vəziyyəti aşağı olanlar müraciət edirlər. Yəni, ailə büdcəsinin aşağı olması kreditə ehtiyac yaradan əsas amildir. Bununla belə, qanunda nəzərdə tutulmayıb ki, ancaq imkanı aşağı olanlar kreditlərdən yararlana bilələr. Kredit verilməzdən əvvəl bəzi məsələlər diqqətlə araşdırılacaq, tələbəyə bu araşdırmaya uyğun kredit veriləcək. Yəni, təhsil kreditinin başqa məqsədlərlə istifadəsinin qarşısı alınacaq.

– Kreditlər hər tədris ili üçün ayrılıqda veriləcək, ya müəyyən il üçün nəzərdə tutulub?

– Qanunda bəzi mexanizmlərin üzərində yenidən işləniləcək. Tələbənin təhsil aldığı dörd il müddətində təhsil haqqını kredit vasitəsilə ödənməsindən söhbət gedir. Burada təhsil haqqı ilə bərabər, onun qidalanma, nəqliyyat xərci , kirayə haqqı və s. nəzərdə tutulub.

– Veriləcək kreditdən yararlanmaq üçün tələbə ilk olaraq hara müraciət etməlidir?

– Bu işdə əsas rolu Təhsil Nazirliyi oynayır. Yəni, qanunun icrası və bu kimi məsələlərə nəzarət funksyası sözügedən nazirliyə aiddir. Kreditlərin verilməsi həmçinin universitet və cavabdeh qurumlar tərəfindən tənzimlənəcək. Prosedur olaraq hər şeyi isə Təhsil nazirliyi həll edəcək.

– Təhsil kreditlərinin verilməsi qaydalarına tələbənin illik təhsil haqqı, nəqliyyat xərci, kirayə haqqı və s. daxildir. Necə düşünürsünüz, bir tələbənin bir illik ehtiyacları neçəyə başa gələcək?

– Bunu indidən demək çətindir. Bir çox məsələlər var ki, araşdırılıb yenidən baxılacaq, lazım olan məbləğ hesablanacaq. Bir tələbənin bir illik xərci və təhsil haqqı üçün bütün məqamlar araşdırılıb, ona uyğun qərar qəbul olunacaq.

– Azərbaycan təhsilində bundan əvvəlki layihələrdə belə, yaxud da oxşar tendensiyalara rast gəlinibmi?

– Əvvələr Azərbaycanda Tələbə Kredit Təşkilatı adlı sistem vardı. Bu sistem vasitəsilə müəyyən kreditlər ayrılırdı. Yaxud da tələbə ailələri bu və ya digər formada banklardan istehlak kreditlər götürərək təhsil haqlarını ödəyirdilər. Yeni qanun layihəsi isə tələbələr üçün daha geniş imkanlar açır. Tələbəyə kreditini götürüb, təhsilini davam etdirməsi üçün şərait yaradılır. İşlədiyi müddətdə isə götürdüyü məbləği geri qaytarmaq imkanı olur. Fikirləşirəm ki, yeni qanun təhsil sistemimizə ciddi töhfə verəcək. Təhsil kreditlərinin verilməsində bəzi tələblər üçün güzəştlər də nəzərdə tutulub. Bu o deməkdir ki, ölkəmizdə bir çox sahələrdə davamlı olaraq bəzi meyarlar nəzərə alınır. Söhbət o şəxslərdən gedir ki, onlar təhsildə uğur qazanıblar. Bu cür tələbələrə xüsusi şəraitin yaradılması nəzərdə tutulub. Təhsildə yüksək göstəriciləri olan, biliyi ilə seçilən tələbələr var. Beynəlxalq olimpiadada, müsabiqədə, yarışlarda ilk üç yerdən birini qazanan, davamlı olaraq "əla” qiymət alan, ümumi uğur qazanmış tələbələrə həmin kreditlər əvəzsiz verilə bilər.

– "Əvəzsiz” deyilərkən, nə nəzərdə tutulur?

– Kreditlərin qaytarılmaması, bəzi güzəştlərin olması nəzərdə tutulur. Yəqin ki, yaxınlarda bununla bağlı ictimaiyyətimizə tam açıqlama veriləcək. Kreditlərin verilməsində bu cür tələbələrin bacarıqları nəzərə alınacaq.

– Sizcə, təxminən hər il nə qədər tələbə kreditlərdən yararlanacaq?

– Övladları universitetlərə qəbul olunarkən valideynlər təhsil haqlarını ödəmək üçün müxtəlif mənbələrə müraciət edirdilər. Bəziləri banklardan yüksək faiz götürməklə, bəziləri sələm və yaxud borc götürməklə ödəniş aparırdılar. Bundan sonra mövcud qanun elə ailələrə böyük imkan verəcək. Rəqəmlə bağlı nəsə demək çətindir, amma deyə bilərəm ki, belə tələbələrin sayı az olmayacaq.

Şəlalə BABAYEVA,



Загрузка...
Həmçinin oxuyun:
"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Emin Əmrullayev: “Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur”

Emin Əmrullayev: “Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur”

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Famil Səfərov: “İstedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanəti təmin olunmalıdır”

Famil Səfərov: “İstedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanəti təmin olunmalıdır”

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

Qənirə Paşayeva imkansız tələbələrin müdafiəsinə qalxdı

Qənirə Paşayeva imkansız tələbələrin müdafiəsinə qalxdı

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

“Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir.

“Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir.

Nadir İsrafilov: İşğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik.

Nadir İsrafilov: İşğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik.

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı

Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov