AzTehsil.com


Xəbərlər / Ekspert
16 fevral 2021
999


Nadir İsrafilov: İşğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik.



Nadir İsrafilov: İşğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik.

 

"Hesab edirəm ki, bu gün bizim üçün əsas olan odur ki, cəmiyyət anlayış göstərərək, yeni şəraiti və yeni qaydaları obyektiv qiymətləndirsin, yaranmış çətinliklərlə təkcə bizim deyil, dünyanın bütün ölkələrinin üzləşdiyini dərk etsinlər. Ölkə başçısı da "pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, bu bir il ərzində prosesi nəzarətdə saxlamağı bacardı. Beynəlxalq təşkilatlar, ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir” vurğulayıb”.


Bu sözləri təhsil eksperti, pedaqoq Nadir İsrafilov pandemiya şəraitində olarkən universitetlərdə təhsil ödənişləri ilə bağlı yaranan problemlərdən   danışarkən qeyd edib.


Ekspertin sözlərinə görə, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlət və əlaqədar qurumlar tərəfindən mümkün imkanlardan maksimum dərəcədə istifadə olunmaqdadır:


"Bu gün biz təhsilin mövcud durumu ilə bağlı məsafəli və ya ənənəvi təhsilin keyfiyyətini müqayisə və mübahisələndirmək əvəzinə, daha çox işğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik. Bir vacib məqamı da nəzərə almalıyıq ki, distant təhsil məqsəd deyil, vasitədir.  Nazirin də səmimi etiraf etdiyi kimi "Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur.

O ki, qaldı, universitetlərdə dərslərin distant (online) olmasına baxmayaraq, tələbələr əyani qaydada olduğu kimi təhsil haqqını eyni ilə ödəməsinə, onu da nəzərdən qaçırmamalıyıq ki, bu heç də bütün hallarda belə deyil. Ən başlıcası isə, yaranmış vəziyyətlə əlaqədar bütün atılan addımlar əsasən maraqlı tərəflərin – təhsil prosesi iştirakçılarının mənafeyinin mümkün dərəcədə nəzərə alınmasına yönəldilib. Təkcə onu demək kifayətdir ki, Prezidentin müvafiq sərəncamı ilə 11 500 tələbəyə sosial yardım göstərilib”.


Təhsil eksperti qeyd edib ki, tələbələrin müxtəlif kateqoriyalarına müəyyən güzəştlər edilir:


"Xatırladım ki, Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda keçirdiyi brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə danışarkən təhsil haqları sahəsində problem olduğunu etiraf etdi və bildirdi ki, bu məsələ universitetlərlə əlaqələndirilərək, fərdi qaydada həll olunmalıdır. Nazirin sözlərinə görə, hökumət və parlament arasında təhsilə verilən kreditlər barədə razılaşma planları var. Bunun üçün 80 milyon manat ayrılması planlaşdırılır. Bundan əlavə,  aztəminatlı vətəndaşlara, eləcə də yüksək akademik nəticələri olan tələbələrə təhsil üçün faizsiz kredit verilməsi nəzərdə tutulur ki, bununla da dövlət aztəminatlı ailələrin üzvlərinə və xüsusən də istedadlı insanlara ali təhsil almaq imkanı yaradır.

Əlbəttə,  bəzi tələbələr arasında təhsil haqqını ödəməkdə çətinlik çəkənlər də az deyil. Nəzərə alsaq ki, ölkəmizdə 52 universitetdə 182 min tələbə təhsil alır. Onlardan 67 min tələbə dövlət sifarişli əsaslarla, 120 minə yaxın tələbə isə ödənişli əsaslarla təhsilini davam etdirir. Bu gün ali təhsil alan 100 tələbədən 56-sı dövlət hesabına oxuyur. Hazırda I kursda oxuyan tələbələrin 60 faizindən çoxunun təhsil haqqını dövlət ödəyir.  Ayrı-ayrı universitetlərdə tələbələrin müxtəlif kateqoriyalarına imkan daxilində müəyyən güzəştlər edilir”.

N.İsrafilov açıqlamasında "Ali təhsil haqqında” qanun layihəsinə də toxunub:

"Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri əsasında yaradılan və fasiləsiz təhsili təşviq edən "Maarifçi” Tələbə Kredit Fondu bir sosial layihə kimi tələbələrin ölkəmiz üçün faydalı mütəxəssisə çevrilməsini hədəfə almaqla, onları təhsil prosesindən yayındıra biləcək qayğıları azaltmağı qarşısına məqsəd qoyub. "Ali təhsil haqqında” qanun layihəsində təhsil kreditləri ilə bağlı məsələlər nəzərdə tutulub.

Son illərdə dövlət sifarişli yerlərlə bağlı müsbət dinamikanın müşahidə edilməsini də buraya aid etmək olar. Bütün görülən və görüləcək işlərdə məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində  maksimum əhatəni təmin etməkdir. Sadəcə, müəyyən universitetlər tələbələrə münasibətdə imkanları daxilində öz humanist yanaşmalarında müəyyən korrektələr apara bilərlər”.



Загрузка...
Həmçinin oxuyun:
Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

“Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir.

“Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ

Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA

Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Emin Əmrullayev: “Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur”

Emin Əmrullayev: “Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur”

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Deputat “Yaradıcılıgı evdə öyrən”in istedadlılarını mukafatlandırdı

Deputat “Yaradıcılıgı evdə öyrən”in istedadlılarını mukafatlandırdı

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ