AzTehsil.com


Xəbərlər
29 yanvar 2021
1 161


Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...



 

"Ənənəvi  təhsilin hibrid  formada  bərpasının  əsas  amillərindən  biri  kimi  distant  təhsilin  ənənəvi  təhsili  tam  əvəz  edə  bilməməsini  qeyd  edə  bilərik.”

Bunu  Milli  Məclisin  Elm və Təhsil  komitəsinin  deputatı  Ceyhun  Məmmədov  bildirib.

 


Deputat  qeyd  edib  ki,  əslində, burada  bir  neçə  amil  var:

"Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. İnternet və digər texnologiya vasitələri ilə bağlı  bölgələrdə bir sıra problemlər olur, bu səbəblə  də şagirdlərin distant dərslərdə iştirakında müəyyən çətinlik yaranır. Ümumiyyətlə pandemiya təhsil müəssisələrin fəaliyyətinə çox ciddi şəkildə təsir  göstərdi.Hesab edirəm ki, distant təhsilin ənənəvi təhsili tam əvəz edə bilməməsi və bir sıra müxtəlif səbəbləri nəzərə almaqla ənənəvi təhsilə hibrid  formada keçid nəzərdə tutulur.”

Müəyyən  mənada  bu  "sosial  sifariş”  kimi  nəzərə  çatır

Burada  həm də  müəyyən  qədər  cəmiyyətin  də  rolu  var. Məsələn, Rusiya  və  Türkiyədə  də  hazırda  bu  proseslər  gedir, o  ölkələrdə  də  təhsil  müəssisələrinin  bərpası  ilə  bağlı  müəyyən  addımlar  atıldı. Bu  mövzu  Azərbaycan  cəmiyyətində  də  tez-tez  müzakirə  olunur. Müəyyən  mənada  bu  "sosial  sifariş” kimi  də  nəzərə  çatır  ki, həm  təhsilalanlar, həm  də  təhsilverənlər  ənənəvi  təhsilin  bərpa  olunmasını  istəyirdilər  və  bu  özünü  göstərir.

Ənənəvi  təhsilə  keçidi  bərpa  etmək  üçün  sadəcə  bir  yolumuz  var  idi

Eyni  zamanda  ənənəvi  təhsildən  əlavə  distant  təhsil  idarəçiliklə  bağlı  məsələlərdə  müəyyən  problemlər, çətinliklər  yaradır.  Bu  baxımdan  ənənəvi  təhsilə  keçid  arzu olunandır. Ancaq  burada  biz  əvvəlki  təcrübəni  unutmamalıyıq. Ənənəvi  təhsilə  keçidi  bərpa  etmək  üçün  sadəcə  bir  yolumuz  vardı, bu  da  yoluxmanın  azalması  və  prosesin  səngiməsi  idi.  Ancaq  müəyyən  reallıqlar  və  cəmiyyətin  narahatlığını  nəzərə  alaraq  bu  keçid  həyata  keçirilir.

Heç nəyə  baxmayaraq  ehtiyatı əldən  verməməliyik

Sanki  cəmiyyətdə  müəyyən  rahatlıq  var  ki,  artıq  pandemiya  arxada  qalır, vaksinlər  gəldi. Amma  bunu  demək  hələ  ki, tezdir. Biz  heç  nəyə  baxmayaraq  ehtiyatımızı  əldən  verməməliyik.  Bəzən  valideynlərin  də  övladları  ilə  birlikdə  məktəblərin  qarşısında  toplaşdığının  şahidi  oluruq. Ancaq  nəzərə  almaq  lazımdır  ki,  təhlükə  tam  sovuşmayıb, biz  ehtiyatı  əldən  verməməliyik, çalışıb  özümüzü  və  övladlarımızı  bu  təhlükədən  qorumalıyıq.

Təhsil  Nazirliyi  yanında  İctimai  Şuranın  sədr  müavini  Nadir  İsrafilov   mövzuya  fərqli  istiqamətdən  yanaşıb.

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

 


O, bildirib  ki, təhsilin  qismən  bərpa  edilməsi, hələ  heç  də  bu  prosesin  uzun və  ya qısa  müddətli  olacağı  mənasına  gəlmir:

"Situasiyanın  mənfi, yaxud  müsbət istiqmətdə  davam edəcəyi bizim iradəmizdən  asılı  deyil. Belə halda  vəziyyəti  arzu  və  istəklərimiz deyil, pandemiyanın  inkişaf  dinamikası  diktə  edir. Hər  halda, dərslərin başlanmasının  ilk  iki həftəsi məsələyə müəyyən aydınlıq  gətirə  bilər. Yəni, proseslərin gedişi ilə əlaqədar sərt karantin rejiminin yenidən tətbiqi və ya reimin daha da yumşaldılması  ən  yaxşı  halda  müddətin  uzadılması, ən pis halda isə əyani dərslərin təxirə salınması  ilə nəticələnməsindən  asılı olaraq vəziyyət  yenidən qiymətləndirilə  bilər. Buna görə də, təhsilin bərpasından sonra  nə kimi hallarla qarşılaşacağımız barədə subyektiv mülahizələr irəli sürməklə hadisələri qabaqlamaq, maraqlı  tərəflər  arasında çaşğınlıq yaratmaqdan  başqa bir şey deyil.”

Valideynlər  arasında  vəziyyətlə  bağlı  təhsil  qurumlarını  günahlandıranlar  da  var

Bu  vəziyyətdə  bir  qism  valideynlərin  onlayn  dərslərdən  narazılığı, digər tərəfdən  övladlarının  virusa  yoluxa  biləcəyindən  narahatlıq  hissi  keçirmələri də başa düşüləndir. Yaranmış  vəziyyətə  görə  təhsil  qurumlarını  günahlandıranlar  da  var.  Bununla belə onların da  bilməsi  və  nəzərə alması vacibdir  ki, belə məsələlərin  nə  yolla  və  hansı  formada  həlli  təkcə nazirliyin  mövqeyindən asılı deyil. Nazirlər Kabinetinin  bu  məsələ  ilə bağlı xüsusi qərarı  mövcuddur  və  həmin qaydaları  Nazirlər  Kabinetinin  yanında  Fövqəladə komissiya  müəyyən  edir.

Ənənəvi  təhsilin  bərpası  bütün  cəmiyyətimizi  maraqlandırır

Hər şeyi zaman göstərəcək. Hazırkı  rəqəmlərdən də bunu açıq şəkildə görmək mümkündür baxmayaraq  ki, məktəblərin və digər təhsil müəssisələrinin ənənəvi formada davam etməsi  təkcə  təhsil  sektorundakı  insanları - məktəbliləri, tələbələri və onların valideynlərini deyil, bütün cəmiyyətimizi maraqlandırır. Bu  yaxşı  haldır, lakin bir məqamı da nəzərə almalıyıq ki, bu situasiyada vəziyyəti dəyərləndirmək heç də hər hansı bir ehtimal və gözləntiyə deyil, real vəziyyətə bağlıdır. Bu mənada görülən işlərə kölgə salmaq ədalətli mövqe sayıla bilməz.

Qərarların  qəbul  edilməsi  zamanı  ümumi  ictimai  rəy  nəzərə  alınır

Ən  başlıcası  odur  ki, pandemiyanın  yaratdığı  məhdudiyyətlərə  və çətinliklərə baxmayaraq  təhsilimizin  ayaq  üstə  saxlanılması  üçün  mövcud olan  bütün  imkan  və  vasitələrdən  istifadə olunub  və  olunmaqdadır. Qərarların  qəbul  olunması  zamanı  aşkarlıq  və  şəffaflıq  təmin olunur, əlaqədar qurumlarla  müvafiq  məsləhətləşmələr  aparılır, ümumi  ictimai  rəy nəzərə alınır, müəyyən  məsələlərə yanaşmada  könüllülük  prinsipinə yol verilir. Ən  başlıcası  isə, yaranmış  vəziyyətlə  əlaqədar  bütün atılan addımlar əsasən  müəllimlərin, şagirdlərin, tələbələrin  və  valideynlərin  maraq və mənafelərinin  imkan  daxilində  nəzərə  alınmasına  yönəldilib.

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az  deyil

Təhsilin  mövcud  durumu  ilə  bağlı  hər  hansı  bir  fikir  səsləndirərkən, bir vacib  məqamı  da  unutmayaq  ki, qalibiyyətlə  başa  çatdırdığımız  Vətən müharibəsində  digər  sahələrdə  olduğu  kimi  təhsilimiz  də  erməni vandalizminin  vəhşiliklərinə  məruz  qalıb  və  bu  ziyan  heç  də  pandemiyanın törətdiyi  fəsadlardan  az  deyil. Mindən  artıq  məktəblərimiz  demək  olar  ki, təhsil  mühitindən  məhrum  edilib, xeyli sayda  şəhid  olan  müəllim  və şagirdlərimiz  var. Təhsil  naziri  Emin  Əmrullayev  Beynəlxalq  Təhsil  Günü  münasibətilə  şəxsi  "Twitter"  hesabındakı  paylaşımında qlobal  təhsilin  yalnız COVID-19  pandemiyasından  əziyyət  çəkdiyi  halda, eyni  vaxtda  həm  də Ermənistanın  hücumlarına  məruz  qalmış  Azərbaycanın  təhsil  sisteminə dəymiş  ziyanla  bağlı  statistik  məlumat  təqdim  edib.

Daha  çox  işğaldan  azad  olunan  bölgələrdə  təhsilin  dirçəldilməsi  barədə  düşünməliyik

Qənaətim  odur  ki, bu  gün  biz  təhsilin  mövcud  durumu  ilə  bağlı  məsafəli və  ya  ənənəvi  təhsilin  keyfiyyətini  müqayisə  və  mübahisələndirmək əvəzinə, daha çox işğaldan azad olunan və cəbhəyanı  bölgələrdə təhsilin bərpası  və  dirçəldilməsi barədə düşünməliyik. Təhsil  dövlətimiz  üçün  hər zaman prioritet sahə olub. Ümid  edirik  ki, təhsilimizin  üzləşdiyi  problemlər mərhələli  şəkildə  öz  həllini  tapacaq.

Hesab  edirəm  ki, "Hibrid”  təhsil  vəziyyətdən  asılı  olaraq  istifadə  edilməyə  davam  edəcək

Artıq, başlanmasına  saylı  günlər  qalan  II  yarimilin  hansı  formada  davam edəcəyindən  asılı olmayaraq, hesab  edirəm  ki, özündə  klassik  və  yeni texnologiyaları  birləşdirən  alternativ  təhsil - "Hibrid” adlandırdığımız təhsil–vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması  üçün yeni, qabaqcıl texnologiyaların  köhnə, sınanılmış  metodlar ilə birləşməsindən  ibarət  bir təhsil forması  kimi  istifadə olunmaqda davam edəcək. Bir də ki, distant təhsil bizim Təhsil Qanunvericiliyimiz  ilə nəzərdə tutulduğundan, distant təhsillə bağlı vahid standartların hazırlanması vacibliyi yaranıb. Bu, eyni zamanda bizim yeni çağırışlara hazır olmağımız baxımından da zəruridir.

Qeyd  edək  ki,  verilən  qərara  əsasən, fevralın  1-dən  etibarən  məktəblərdə  ənənəvi  təhsil  hibrid  formada  bərpa  ediləcək.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “Ölkədəki vəziyyət yenidən qiymətləndirilə bilər…”

Nadir İsrafilov: “Ölkədəki vəziyyət yenidən qiymətləndirilə bilər…”

Nadir İsrafilov : "Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq "

Nadir İsrafilov : "Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq "

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

Emin Əmrullayevdən ənənəvi tədrisə keçidlə bağlı VACİB AÇIQLAMA

Emin Əmrullayevdən ənənəvi tədrisə keçidlə bağlı VACİB AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur

Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”