Xəbərlər / Ekspert
21 avqust 2020
1 819


Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

 

 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası " və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfrans keçirib.
 

 

Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, 21-ci Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edib, xeyli sayda maraqlı tərəflərin nümayəndələri konfransın gedişini izləyib.

Müzakirələr zamanı təhsil prosesinin səmərəli təşkilinə dair müxtəlif xarakterli rəy və təkliflər səsləndirilib. Kimi mövcud vəziyyətlə əlaqədar distant təhsilin, kimi ənənəvı təhsil formasının tətbiqi ilə bağlı mülahizələrini bildirib, Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinlikləri dilə gətirib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın və "21-ci Əsr Təhsil Mərkəzi İctimai Birliyi”nin sədr müavini kimi gəldiyim qənaət ondan ibarətdir ki, bu kimi tədbirlər ümumi ictimai rəyin öyrənilməsi və yekun qərarın çıxarılması üçün davamlı olaraq keçirilməlidir, nə qədər ki, dərs ilinin başlanmasına hələ ki, bir aya yaxın müddət var.
 
Hələ avqustun ilk günlərində İctimai Şura üzvləri ilə Nazirin onlayn görüşündə verdiyimiz təkliflər, Nazirin ölkənin müxtəlif regionlarından olan bir qrup valideyn, şagird və müəllimin iştirakı ilə keçirdiyi videokonfrans, tədris ilinə hazırlıqla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin nazirlə fikir mübadiləsi və digər bu qəbildən olan tədbirlər bir daha göstərir ki, ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsiplərinin bərqərar olunmasında rolu və əhəmiyyəti danılmazdır və şübhəsiz ki, bu rəy və təkliflər ümumi nəticəyə gəlməkdə və yekun qərar çıxarmaqda öz rolunu oynayacaqdır.

Bununla belə yeni dərs ilinin konkret olaraq ənənəvi və əksinə məsafəli formada başlanmasını israr edənlər də var. Hesab edirəm ki, belə ciddi məsələdə subyektiv iradə nümayiş etdirmək yanlışlığa yol açır. Tədris ilinin hansı formada başlanacağı ilə bağlı bəri başdan münəccimlik etmək anlamına gəlir və geniş ictimaiyyət arasında çaşqınlıq yaradır.

Distant təhsil ali məktəblərimiz üçün nə qədər məqbul sayılsa belə, orta ümumtəhsi məktəbləri üçün xoşagəlməz fəsadlar yarada bilər, məktəb mühitinin deqradasiyasına yol açar. Məktəb mühitindən uzun müddətlı ayrılıq nəticəsində şagirdlərin yenidən məktəbə çəlb olunmasında müəyyən problemlər yaşanar.

Buna görə də zənnimcə, vəziyyətdən asılı olaraq ən pis halda "hibrid” adlanan ( məsafədən və üz-üzə) qarışıq formanın tətbiq edilməsi daha real görünür. Hər halda bu istiqamətdə işlər gedir və yekun qərar ictimaiyyətə təqdim olunur. Forma öz yerində məzmun isə bir mənalıdır – mümkün epidemioloji şərtlər və tələblər gözlənilməklə məktəblər açılmalıdır. Bu təkcə mənim subyektiv fikrim deyil, əksəriyyət çoxluğun arzu və istəyidir. İstəsək də, istəməsək də hələ ki, zamana bağlıyıq...

Bir də ki, epidemioloji vəziyyət imkan versə, ənənəvi dərsə başlasaq belə pandemiyadan asılı olmayaraq "Virtual məktəb" layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi, interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından zəruri olacaq. Çünki, virtullıq zamanın tələbidir, teledəslərlə bağlı hələ sovet dönəmindən kifayət qədər təcrübəmiz olub, distant təhsil isə təhsil qanunvericiliyimizdə öz əksini tapıb.

Nadir İsrafilov 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq

Şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib