AzTehsil.com


Xəbərlər / Ekspert
21 yanvar 2021
1 197


Nadir İsrafilov : "Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq "



Nadir İsrafilov : "Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq "

 

Dərslərin hansı formada başlayacağı ilə bağlı mətbuata verdiyim "Gözləntilərimiz hər hansı bir proqnozdan deyil, rəsmi məlumatlardan qaynaqlanmalıdır” açıqlaması ilə bağlı müsahibəmdə bir mənalı şəkildə bildirmişəm ki, insan iradəsindən, onun arzu və istəyindən asılı olmayan hər hansı bir məsələ barədə proqnoz verməkdən uzağam, baxmayaraq ki, bir çoxları hadisələri qabaqlayaraq, bunu həvəslə edirlər və bunun da nəticəsi kimi cəmiyyətdə müəyyən çaşqınlıq yaranır.
 
Halbuki, tədrislə bağlı hər hansı bir qərar olarsa, bu ilk növbədə Təhsil nazirliyinin resurslarında paylaşılacağı barədə dəfələrlə məlumat verilib. Buna görə də hesab edirəm ki, bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq.

Onu da əlavə etmişəm ki, o ki, qaldı hamını maraqlandıran məktəblərin açılıb – açılmaması ilə bağlı qərara, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında da qeyd edildiyi kimi, Təhsil Nazirliyi yanvarın 22- nə planlaşdırdığı brifinqdə bu və bu kimi digər məsələlərə aydınlıq gətirəcək, Nazir bununla bağlı müvafiq qərarları açıqlayacaq.

O ki, qaldı nənim subyektiv mövqeyimə, brifinqdən gözləntilər çoxdur. Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması, və bu qərara əsasən bir sıra ictimai-iaşə obyektivlərinin fəaliyyətinə icazə verilməsini, ən başlıcası isə, Respublikamızda koronavirus əleyhinə vaksinasiyaya başlanmasına qərar verildiyini nəzərə alaraq, yaxın vaxtlarda təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması istisna olunmur. Əlbəttə, sanitar-epidemioloji şərtlərə ciddi əməl olunmaqla.

Maraqlıdır ki, rus və azərbaycan dilli 20-dən artıq sayt, portal və digər sosil media vasitələrinin böyük əksəriyyətində  geniş məzmunlu mətndən məhz "Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”, ”Не исключено, что школьники начнут учиться в традиционном режиме” kimi başlıqlara üstünlük verməsi bir daha onu göstərir ki, məktəblərin və digər təhsil müəssisələrinin tezliklə açılması məsələsi təkcə təhsil sektorundakı insanları, məktəbliləri, tələbələri və onların valideynlərini deyil, bütün cəmiyyətimizi maraqlandırır. Bu yaxşı haldır, lakin  "fəaliyyətə başlaması istisna olunmur” ifadəsi heç də məktəblərin arzuladığımız zamanda açılacağı anlamına gəlməməlidir.

Nazirin də son olaraq bildirdiyi kimi, bununla bağlı qərar qəbul ediləcək: "Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək".

Deməyim odur ki, bu gün biz hər hansı bir ehtimala və gözləntilərə deyil, real vəziyyətə əsaslanaraq hərəkət etməliyik. Necə deyərlər, "Zamanı qabaqlamaq olmaz, çünki, o bizdən daha sürətlidir.”

Nadir İsrafilov
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini 



Загрузка...
Həmçinin oxuyun:
Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nazirdən dərslərin başlanması ilə bağlı AÇIQLAMA

Nazirdən dərslərin başlanması ilə bağlı AÇIQLAMA

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Məktəblərin açılması ilə bağlı qərar açıqlanacaq

Məktəblərin açılması ilə bağlı qərar açıqlanacaq

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Azərbaycanda dərslərin  başlayacağı  tarix dəqiqləşib- RƏSMİ

Azərbaycanda dərslərin başlayacağı tarix dəqiqləşib- RƏSMİ

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Bu hallarda məktəblər yenidən bağlanacaq - XƏBƏRDARLIQ

Bu hallarda məktəblər yenidən bağlanacaq - XƏBƏRDARLIQ