AzTehsil.com


Xəbərlər / Ekspert
19 yanvar 2021
3 219


Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"



Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

 

Belə bir deyim var: "Zamanın, kimə dost, kimə düşmən olacağı bəlli olmaz.” Bu mənada, xüsusilə də insan iradəsindən, onun arzu və istəyindən asılı olmayan hər hansı bir məsələ barədə proqnoz verməkdən uzağam, baxmayaraq ki, bir çoxları hadisələri qabaqlayaraq, bunu həvəslə edirlər və bunun da nəticəsi kimi cəmiyyətdə müəyyən çaşqınlıq yaranır.
 
Halbuki, tədrislə bağlı hər hansı bir qərar olarsa, bu ilk növbədə Təhsil nazirliyinin resurslarında paylaşılacağı barədə dəfələrlə məlumat verilib. Buna görə də hesab edirəm ki, gözləntilərimiz hər hansı bir proqnozdan deyil, rəsmi məlumatlardan qaynaqlanmalıdır.

O ki, qaldı hamını maraqlandıran məktəblərin açılıb - açılmaması ilə bağlı qərara, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında qeyd edildiyi kimi, Təhsil Nazirliyi mətbuat konfransı keçirərək bununla bağlı müvafiq qərarları açıqlayacaq, Azerbaycanda sərt karantin rejimi ilə bagli müyyən yumsalmalar fonunda təhsillə baglı hansı qərarların qəbul ediləcəyi isə yəqin ki, Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə təşkil olunacaq, yanvarın 22-nə planlaşdırılan brifinqdə ətraflı məlumat veriləcək, qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər və s. barədə sual doğuran məsələlərə aydınlıq gətiriləcək, pandemiya ilə bağlı mövcud vəziyyət və zəruri ehtiyaclar nəzərə alınmaqla həlli vacib məsələlər diqqət mərkəzində olacaq.

Hələ ki, distant təhsilin təskili ve gedisatı barədə hər hansı bir fikir söyləyərkən, onu təhsilin ənənəvı forması ilə müqayisə etmək və gözlətilərimizi keyfiyyət baxımında mübahisələndirməyi heç də düzgün hesab etmirəm. Hər şeydən əvvəl ona görə ki, buna nə dərəcədə hazır olub-olmamağımızdan asılı olmayaraq, distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması kimi Təhsil Qanunvericiliyimizdə öz əksini tapıb. Baxmayaraq ki, təhsil müəssisələrinin nə vaxt açılacağı və tədris prosesinin hansı formada davam etdiriləcəyi artıq bu gün deyil, uzun müddətdir ki, təkcə təhsil ictimaiyyətini deyil, bütün cəmiyyət üzvlərini düşündürür.

Yəqin çoxları bilməmiş deyil ki, təhsilin distant forması əsasən müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaratmaq funksiyasını yerinə yetirsə də, bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirmək, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirmək imkanlarına malikdir.

Başqa sözlə Nazirin də bir müddət əvvəl vurğuladığı kimi "Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur” və "Təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir.” Baxmayaraq ki, ənənəvi tədrisin olmaması, şagirdlərə müəllimlərə, bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən müəyyən təsirlər göstərib, təhsil sferasında kifayət qədər problemlər yaradıb, bununla belə təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən mümkün olan bütün lazımi tədbirlər həyata keçirilib, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün bütün mövcud imkanlardan istifadə olunub və olunmaqdadır.

Əlbəttə, gündəlikdə duran vacib məsələlərdən biri də birinci yarım ilin yekunları, yeni şəraitə və yeni qaydalara uyğunlaşmaq baxımından həlli zəruri olan vəzifələrə yönəlik məsələdir. Hesab edirəm ki, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma hələ bir müddət davam edəcək. Nazirin də qeyd etdiyi kimi "Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik”.

Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək. Məlum olduğu kimi artıq, ali məktəblərdə payız semestrinin imtahan sessiyasının ilk həftəsi başlayıb və distant formada davam edir. İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri də var. Qiymətləndirmə mexanizmnin də onlayn müstəvisində həll edilməsi zərurəti ilə əlaqədar, ümumtəhsil məktəblərində təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi məqsədilə şagird nailiyyətlərinin mill qiymətləndirilməsi də keçirilib.

Brifinqdən gözləntilər çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatina əsasən bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərarını və bu qərara əsasən bir sıra ictimai-iaşə obyektivlərinin fəaliyyətinə icazə verilməsini və ən başlıcası isə, Respublikamızda koronavirus əleyhinə vaksinasiyaya başlanmasına qərar verildiyini nəzərə alaraq, yaxın vaxtlarda təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması istisna olunmur. Əlbəttə, sanitar-epidemioloji şərtlərə ciddi əməl olunmaqla.

Bir də ki, II yarımildə tədrisə hansı formada başlanacağından asılı olmayaraq, özündə klassik və yeni texnologiyaları birləşdirən alternativ təhsil - "Hibrid” adlandırdığımız təhsil – vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda davam edəcək. Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq.

Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Valideynlərin distant təhsil  üsyanı.  Ekspertin münasibəti...

Valideynlərin distant təhsil üsyanı. Ekspertin münasibəti...

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”