AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
31 dekabr 2020
1 417


Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”



Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

 

"2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sozlərinə görə bütün dünyanı çənginə alan bəşəri epidemiyanın fəsadları digər sosial-iqtisadı sahələrdə olduğu kimi təhsildən də yan keçməyib. Bu baxımdan da 2020-2021-ci tədris ilində yeni şəraitə və yeni qaydalara uyğunlaşmaq əsas götürülərək təhsillə bağlı demək olar ki, bütün məsələlər və hədəflər əsasən məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, pandemiya ilə bağlı mövcud vəziyyət və zəruri ehtiyaclar nəzərə alınmaqla bir sıra digər həlli vacib məsələlərin icrasına yönəldilib.

Ölkədə pandemiya ilə əlaqədar olaraq məktəblərdə tədrisin fərqli formada keçirilməsi məqsədəuğun hesab edilib. Təhsil nazirinin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmri əsas götürülərək, qeyri-standart vəziyyət nəzərə alınmaqla, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunub. Nzirin də qeyd etdiyi kimi "Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik”.
 
Başqa sözlə "Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur” və "Təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir.” Nəzərə alsaq ki, hazırda ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın da magistr var, deməli hardasa 2 milyona yaxın əhali təhsil iştirakçısıdır. ki, bu da o qədər də kiçik rəqəm deyil. Baxmayaraq ki, ənənəvi tədrisin olmaması, şagirdlərə müəllimlərə, bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsirlər göstərib, təhsil sferasında müəyyən  problemlər yaradıb, bununla belət təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən mümkün olan bütün lazımi tədbirlər həyata keçirilib, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün bütün mövcud imkanlardan istifadə olunub və olunmaqdadır.

Təkcə bəzi məqamları xatırlatsaq görərik ki, ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb”in əhatə dairəsi necə genişlənməkdədir. Bu . platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126, həftə ərzində platformada keçirilmiş dərslərin sayı  6 164 209 təşkil edib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı” verilişinin yeni tədris ilində 6000-ci buraxılışı efirə gedib.  "Koronavirus” pandemiyası dövründə tədris prosesinin effektivliyinin artırılması məqsədilə peşə təhsili pilləsi üzrə telekanallar, həmçinin müxtəlif platformalar vasitəsilə 200-dən artıq videodərs yayımlanıb. 

Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində "Virtual məktəb” layihəsi çərçivəsində 25 min müəllim üçün onlayn təlimlər təşkil edilib.  "Virtual məktəb”ə yeni "Birgəlik rejimi” əlavə olunub. Bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib. Şagirdləri arasında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib.

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və "Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib. Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb. "Microsoft Teams” platformasının Azərbaycan dilinə tərcüməsi həyata keçirilib. Bölgələrdə intenet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber optik intenet çəkilməsi planda var. Noutbukların satınalınması üzrə elan etdiyi açıq tenderə yekun vurulub. Təhsil Nazirliyi özəl qurumları mümkün dəstəyi göstərməyə dəvət etmişi nəticəsində Nazirliyin dəstək çağırışlarına qoşulan "Azercell” şirkəti pandemiya dönəmində "Microsoft Teams” platforması vasitəsilə distant təhsil alan şagird və tələbələr üçün, eləcə də distant iş rejimində çalışan müəllimlər üçün güzəştli internet paketi təqdim edib.

Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 25 min nəfərə yaxın qrup və dərnək üzvü, 1500-dən çox müəllim iştirak edib. 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib ki, onlardan da 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Əlbəttə bütün görülən işləri sadalamaq məqsədindən uzağam. Əsas odur ki, geniş ictimaiyyət anlayış göstərərək yaranməş vəziyyəti düzgün başa düşür və obyektiv qiymətləndirir. Bir də ki, bu dövrdə təhsilimiz digər bir sınağa da sinə gərdi. Müəllim üç cəbhədə mübarizə apadı - həm vətənpərvər gənclər yetişdirmək, həm koronavirusla  əsgər kimi döyüşmək, həm də vətənin müdafiəsində  iştirak edmək missiyasını yerinə yetirdi . Baxmayaraq ki, pandemiya ilə yanaşı müharibə şəraiti də müəyyən əlavə problemlər yaratdı, bununla belə şərəfli peşə sahibləri də  Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstək göstərdilər. O da qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların sırasında təhsil işçiləri də az deyildi.   Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaət göstərərək mənfur düşmənə qarşı vuruşmuşlar.

Pandemiya və müharibə təhsil sferası üçün də bir çağırış oldu. "2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”



Загрузка...
Həmçinin oxuyun:
"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Valideynlərin distant təhsil  üsyanı.  Ekspertin münasibəti...

Valideynlərin distant təhsil üsyanı. Ekspertin münasibəti...

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Ali təhsil müəssisələri üçün məsafədən tədris imkanları genişləndirilib

Ali təhsil müəssisələri üçün məsafədən tədris imkanları genişləndirilib

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

BDU-da 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından yararlanır

BDU-da 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından yararlanır

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Milyonçu “Virtual məktəb”li

Milyonçu “Virtual məktəb”li

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi