Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
01 may 2020
1 402


15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

 

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən aprelin 1-dən başlayaraq onlayn formatda təşkil olunan dərslərdə iştirak edən qrup və dərnək üzvlərinin sayı 15 minə yaxın olub.

Dərslərə "Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 15 Uşaq-Gənclər İdman-Şahmat məktəbi üzrə 23 idman növündə 8 minə yaxın məktəbli, 796 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, "Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhər İdman Liseyi üzrə 13 idman növündə 2 minə yaxın məktəbli, 156 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 103 müxtəlif dərnək üzrə 4 mindən artıq şagird, 294 dərnək rəhbəri cəlb edilib.

Ümumilikdə 15 minə yaxın şagirdin, 1200-dən artıq pedaqoji heyətin iştirak etdiyi məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd ölkə başçısının "Biz birlikdə güclüyük!” şüarına dəstək göstərilməsi, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir.

Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər 27 idman növü üzrə uşaqların fiziki sağlamlığının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar.

Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi "Mədəniyyət”  kanalında yayımlanan "Dərs vaxtı" və şənbə günü yayımlanan "Dərsdən sonra” verilişlərində məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Boks üzrə respublika birinciliyi

Boks üzrə respublika birinciliyi

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri Avropa çempionatında uğur əldə edib

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri Avropa çempionatında uğur əldə edib

Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub

Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub

Məktəblilərin Bakı şəhər birinciliyi

Məktəblilərin Bakı şəhər birinciliyi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb