Xəbərlər
04 aprel 2020

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

 

Aprelin 5-də Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək. 5-30 aprel tarixlərini əhatə edən müsabiqənin Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçirilməsi nəzərdə tutulur.

Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının "Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

3 mərhələdən ibarət müsabiqə üç yaş qrupu üzrə (5-7, 8-10 və 11-14 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Müsabiqəyə təqdim edilən iş A-4 formatında müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənə bilər. Rəsmin aşağı sağ küncündə müəllifin adı və soyadı, yaşı, əsərin adı, eyni zamanda təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı yazılmalıdır.

Rəsm işləri müsabiqə iştirakçıları (valideyn və ya qanuni nümayəndə) tərəfindən +994 50 277 35 55 mobil nömrəsində qeydə alınmış "Whatsapp" sosial şəbəkəsi vasitəsilə (şəkil formatında) və [email protected] elektron ünvana aprelin 26-dək göndərilə bilər. Rəsm işlərinin aydın görünüşdə olması nəzərə alınmalıdır.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdəndir.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaqlar. edu.gov.az 




Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”

Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək

Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək

Macarıstanda təhsil alan gəncin “Azərbaycan evi”ndə rəsm sərgisi

Macarıstanda təhsil alan gəncin “Azərbaycan evi”ndə rəsm sərgisi

Gənc rəssamlar təltif edilib

Gənc rəssamlar təltif edilib

“Plastiksiz həyat uşaqların gözü ilə”

“Plastiksiz həyat uşaqların gözü ilə”

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

Dərnək üzvləri üçün ustad dərsləri

Dərnək üzvləri üçün ustad dərsləri

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Bakıda uşaqlar üçün rəsm müsabiqəsi elan edilib

Bakıda uşaqlar üçün rəsm müsabiqəsi elan edilib

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

Bakının 15 məktəbinə qrant verilib

Bakının 15 məktəbinə qrant verilib

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında müsabiqə keçiriləcək

Goranboy rayon Uşaq Gənclər İnkişaf Mərkəzində

Goranboy rayon Uşaq Gənclər İnkişaf Mərkəzində "Bayraq günü" ilə bağlı müsabiqə keçirilib

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

“Xocalı faciəsi şagirdlərin gözü ilə”  rəsm müsabiqəsi yekunlaşıb

“Xocalı faciəsi şagirdlərin gözü ilə” rəsm müsabiqəsi yekunlaşıb

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.