AzTehsil.com


Xəbərlər
22 yanvar 2018
2 392


“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb



"Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb.


Aztəhsil.com xəbər verir ki, bu barədə "report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 


Qeydiyyatın nəticələrinə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 129 şagirdi 92 layihə ilə müsabiqəyə qatılmaq üçün www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn formada qeydiyyatdan keçib.

 

Elmi Ekspertiza Komitəsinin qərarına əsasən, onlardan 37 layihənin müəllifi olan 59 məktəbli müsabiqədə iştirak etmək hüququ qazanıb. Ölkənin digər ümumi təhsil məktəbləri üzrə isə 399 şagird 244 layihə ilə qeydiyyatdan keçib. Onlardan 113 layihə müəllifi olan 200 məktəbli müsabiqəyə buraxılıb.


Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, müsabiqə 14-16 fevral tarixlərində təşkil olunacaq.


Müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdən ibarətdir.


"Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.


Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.


Onu da qeyd edək ki, "Sabahın alimləri” Respublika Müsabiqəsi 2012-ci ildən keçirilir.




Загрузка...
Həmçinin oxuyun:
Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Bakının 15 məktəbinə qrant verilib

Bakının 15 məktəbinə qrant verilib

Kimya fənnindən respublika birincisi olan Göygöl məktəblisi

Kimya fənnindən respublika birincisi olan Göygöl məktəblisi

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

Tələbələrə adlı təqaüdlər təqdim olunub

Tələbələrə adlı təqaüdlər təqdim olunub

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb