Tələbələrə adlı təqaüdlər təqdim olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim xüsusi əhəmiyyət verdiyini xatırladıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
S.Mehbalıyev qeyd edib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə "əla” və "yaxşı” qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.
S.Mehbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, uğurlar arzulayıb.
Sonra 61 tələbəyə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib.