AzTehsil.com


Xəbərlər
18 dekabr 2019
1 681


Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi



Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

 

Dekabrın 18-də 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş məktəbdənkənar təhsil sahəsində çalışan işçilərin və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman-şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə qazanmış idmançı və məşqçi-müəllimlərinin təltifolunma mərasimi keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Nazir müavini bildirib ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği və sağlamlığın möhkəmləndirilməsi, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olub. Firudin Qurbanovun sözlərinə görə, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişafının təmini üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə idman məktəblərinin fəaliyyətinin səmərəli qurulması Təhsil Nazirliyinin əsas vəzifələrindəndir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin ölkəmizin idman həyatında xüsusi rolunun danılmaz olduğunu deyən nazir müavini bildirib ki, həmin müəssisələr uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, idman növləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Nazir müavini çıxışında "Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrinin 2019-cu ildə beynəlxalq yarışlarda qazandığı uğurları xüsusi qeyd edib. Firudin Qurbanov deyib ki, hazırda nazirlik sistemində 76 uşaq-gənclər idman və şahmat məktəbləri fəaliyyət göstərir ki, burada təxminən 60 mindən çox uşaq və gənc idmanın 29 növü ilə məşğul olur.

Nazir müavini çıxışının sonunda təltifolunan şəxslərin hər birini təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, idman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıb.

Sonda 2019-cu ildə yüksək nəticə qazanmış 60 idmançı və yüksək nəticəli idmançıların hazırlanmasında səmərəli fəaliyyətinə görə  44 məşqçi-müəllim, idman tədbirlərinin təşkilində səmərəli fəaliyyətinə görə  4 məşqçi-müəllim və bədən tərbiyəsi və idmanın təbliğ edilməsində səmərəli fəaliyyətinə görə 6 media işçisi təltif olunub. Təltiflər Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və  Zemfira Meftahətdinova tərəfindən təqdim olunub.
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi davam edir

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi davam edir

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

Respublika Şahmat Festivalı keçirilir

Respublika Şahmat Festivalı keçirilir

Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub

Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Qılıncoynatma üzrə açıq birincilik

Qılıncoynatma üzrə açıq birincilik

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq