AzTehsil.com


Xəbərlər / Şagird
01 iyun 2020
1 602


Milyonçu “Virtual məktəb”li



Milyonçu “Virtual məktəb”li

 

Təhsil Nazirliyi tərəfindən start verilən "Virtual məktəb”in 1 000 000-cu istifadəçisi uğurla qeydiyyatdan keçib. Bu istifadəçi Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Hikmət Quluzadədir.

Bu günə "Virtual məktəb” layihəsi ölkə üzrə 935 min şagird və 89 min müəllimi əhatə edir. Portal vasitəsilə bu günə kimi 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib.

Qeyd edək ki, aprelin 2-dən istifadəyə verilən "Virtual məktəb” portalının məqsədi Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə ərazisinə yayımlanan teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanları təqdim etməkdir. Hər gün imkanları genişləndirilən portalda video və audio dərslər keçirilir, teledərslərin izlənilir, Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir, yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, valideynlərlə iclaslar keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir. Hər həftəsonu portalda canlı görüşlər təşkil olunur ki, bu görüşlərdə müəllimlər tərəfindən keçirilən uğurlu dərs nümunələri təqdim edilir və portalın tədris imkanları müzakirə edilir. Həmçinin mütəmadi olaraq məktəb direktorları və müavinləri ilə görüşlər təşkil olunur, layihənin tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları müzakirə edilir.

Portaldan səmərəli istifadəni təmin etmək məqsədilə bu günədək 16 minə yaxın müəllim üçün Təhsil Nazirliyi tərəfindən onlayn təlimlər keçirilib. Hazırda şagirdlər üçün robot texnologiyaları, proqramlaşdırma və mühəndislik mövzuları üzrə onlayn kurslara start verilib. Artıq yeddinci həftədir ki, şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq məqsədi ilə "Virtual əlaçı” bilik yarışması keçirilir və portalda təqdim edilmiş test tapşırıqlarına ən tez və düzgün cavab vermiş ilk 10 şagird həftənin qalibləri elan olunur.



Загрузка...
Həmçinin oxuyun:
Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

VI “Virtual əlaçı” bilik yarışmasına start verilir

VI “Virtual əlaçı” bilik yarışmasına start verilir

IV “Virtual əlaçı” bilik yarışmasına start verilir

IV “Virtual əlaçı” bilik yarışmasına start verilir

VII "Virtual əlaçı" bilik yarışmasına start verilir

VII "Virtual əlaçı" bilik yarışmasına start verilir

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

V "Virtual əlaçı" bilik yarışmasına start verilir

V "Virtual əlaçı" bilik yarışmasına start verilir

III "Virtual əlaçı" bilik yarışmasına start verilir

III "Virtual əlaçı" bilik yarışmasına start verilir

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək

“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Bölgələrdə müəllimlər “Virtual məktəb” layihəsinə cəlb edilir - VİDEO

Bölgələrdə müəllimlər “Virtual məktəb” layihəsinə cəlb edilir - VİDEO

“Virtual məktəb” layihəsinə qatılan müəllimləri yenilik gözləyir

“Virtual məktəb” layihəsinə qatılan müəllimləri yenilik gözləyir

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi təkmilləşdirildi

Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi təkmilləşdirildi

Təhsil Nazirliyindən virtual dərslərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən virtual dərslərlə bağlı AÇIQLAMA

III  "Virtual əlaçı" bilik yarışmasının nəticələri

III "Virtual əlaçı" bilik yarışmasının nəticələri

IV "Virtual əlaçı" bilik yarışmasının nəticələri

IV "Virtual əlaçı" bilik yarışmasının nəticələri

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?