AzTehsil.com


Xəbərlər
24 yanvar 2019
2 503


“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK



 

Milli Məclisin Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı yanvarın 24-də ilk iclası keçirilib. 

AzEdu-un məlumatına görə, komitə sədri İsa Həbibbəyli bildirib ki, "Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu nəzərdə tutulur. 

"Yaxşı olardı ki, yaz sessiyası dövründə ali təhsillə bağlı qanun layihəsinin ilkin sxemini, müddəalarını formalaşdıraq. Eyni zamanda, yay ərzində onun üzərində işlərimizi davam etdirək, kimlərin təklifləri olsa, hamısını yaradacağımız İşçi Qrupuna versin. Çünki biz bunu sentyabr ayına, payız sessiyasına planlaşdırırq. Yəni, onu sentyabr ayında ilkin variantda komitə səviyyəsində müzakirə edib, payız sessiyasına tövsiyə etməyi düşünürük. Ona görə də aprel ayından hazırlıqlara başlamalıyıq”-deyə İ. Həbibbəyli sözlərinə əlavə edib. 

Sonra "Ümumi təhsil haqqında” qanun layihəsindən danışan komitə sədri bildirib ki, sənəd hələ birinci oxunuşda müzakirə olunarkən, millət vəkilləri tərəfindən təklif olunurdu ki, sənəddəki "tədrisi dili” məsələsinə yenidən baxılsın: 

"Belə təkliflər verilirdi. Ancaq qeyd edim ki, təhsillə bağlı çərçivə qanunumuzda da "tədris dili” sözü özünün əksini tapıb. Dünya qanunverciliyində də məhz belədir. "Tədris dili” tədris prosesinin dildir. Burada tərbiyədən, başqa məsələlərdən söhbət getmir. Ona görə də bunu qanun layihəsində saxlamağı məqsədəmüvafiq bildik”.

Deputat deyib ki, o, icbari təhsilin saxlanılmasının və peşə təhsili sisteminin genişləndirilməsinin tərəfdarıdır: 

"Ona görə qanun layihəsindəki müddəanın məhz belə qalmasını məqsədəuyğun saydıq. Bu gün onu da deyim ki, Azərbaycanda peşə təhsili sahəsində böyük irəliləyiş var. Peşə təhsilinə, peşə ixtisalarına böyük maraq və həvəs hiss olunur. Çünki bu gün peşə sənəti sahiblərinə, mütəxəssislərə böyük ehtiyac var. Odur ki, həm peşə təhsili ilə bağlı qanun, həm də müzakirə etdiyimiz sənəd bu məsələdə özünün böyük töhfələrini verə bilər və verəcək”. 

Xarici dillərdə oxuyan, oxumaq istəyən Azərbaycan vətəndaşları məsələsinə gəlincə, komitə sədri həmin şəxslərlə bağlı qanun layihəsində tənzimləyici müddəanın da nəzərdə tutulduğunu deyib: 

"Bu, yeni müddəadır. Yəni, xarici dillərdə tədris alan vətəndaşlarımız, uşaqlarımız öz dillərini, dövlət dilini mütləq şəkildə bilməlidirlər. Onlarla bir-iki sınaq müsabiqələrinin aparılması nəzərdə tutulur. Qanun layihəsində də bununla bağlı tənzimləyici yeni müddəa özünün əksini tapıb”.



Загрузка...
Həmçinin oxuyun:
Ali təhsillə bağlı qanun HAZIRLANIR

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Belə bir qanun indiyə kimi olmayıb

Belə bir qanun indiyə kimi olmayıb

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

"Ümumi təhsil haqqında" qanun layihəsinin ilkin variantı hazırlandı

"Ümumi təhsil haqqında" qanun layihəsinin ilkin variantı hazırlandı

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

“Biz bu mövzunu müzakirə etməmişik” – Deputatdan qızıl medal olayına reaksiya

“Biz bu mövzunu müzakirə etməmişik” – Deputatdan qızıl medal olayına reaksiya

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK