Xəbərlər, Müəllim
15 aprel 2021

Cəmiyyəti maariflənməyə sövq edən, inkişafa yönəldən ən aparıcı peşə müəllimlikdir

Cəmiyyəti maariflənməyə sövq edən, inkişafa yönəldən ən aparıcı peşə müəllimlikdir

 

"Fəal müəllim" rubrikasının  növbəti qonağı fəal, gənc müəllim Səltənət Qurbanovadır. 

Səltənət müəllim 14 sentyabr 1991-ci ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbində alıb. 2008-ci ildə məktəbi əla qiymətlərlə başa vurduqdan sonra 550 bal toplayaraq Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. 2012- ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək Gəncə Dövlət Universitetində magistratura pilləsi üzrə təhsilini davam etdirib. Magistr təhsili aldığı müddətdə məqalələri kitab və qəzetlərdə çap olunub. 2014-cü ildə Azərbaycan dili və ədəbiyyatın tədrisi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 
Elə həmin il MİQ müsabiqəsindən yüksək bal toplayaraq Göygöl rayon Çaylı kəndində pedaqoji fəaliyyətə başlayıb. Fəaliyyətinin ilk vaxtlarından çalışqanlığı və innovativ dərsləri ilə hər kəsin sevgisini qazanıb, dərsləri qəzet və saytlarda işıqlandırılıb. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başladıqdan sonra çalışdığı kənddə bu istiqamətdə hazırlaşan şagirdlərin sayı artıb.
 
Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü və 4-cü Qrant müsabiqələrinin qalibidir. 3-cü Qrant müsabiqəsində "Effektli öyrənmə”, 4-cü Qrant müsabiqəsində isə "Rəqəmsal zəka” layihələrinin rəhbəridir. 

Ucqar kənd məktəbində təhsil alan şagirdlərinə vətənə sevgi, təhsilə bağlılıq, düzgün fərd kimi formalaşmaq xüsusiyyətlərini aşılamaq istəyi onu kənd məktəbində müəllimlik istəyindən uzaqlaşdırmayıb və artıq 6 ildir ki, həmin kənddə çalışır.

"Cəmiyyəti maariflənməyə sövq edən, inkişafa yönəldən ən aparıcı peşə müəllimlikdir” deyən Səltənət müəllim fəaliyyəti müddətində daima öyrənməyə, yeniliyə və dərslərini müasir təlim modellərinə uyğun qurmağa çalışıb. Beynəlxalq və yerli təlimlərdə, konfranslarda iştirak edərək sertifikatlarla təltif olunub. 

Səltənət müəllim fəal təlim metodlarına əsaslanan dərsləri, keçirdiyi bilik yarışları və şagirdlərinin fəaliyyəti ilə rayon təhsilində daim diqqətdə olub və dərsləri nümunəvi dərslər kimi dinlənilib. Rayonun ictimai həyatında fəal gənclərdəndir. Dəfələrlə ictimai və təhsil sahəsində göstərdiyi fəaliyyətinə görə rayon icra hakimiyyəti, təhsil şöbəsi, məktəb rəhbərliyi və müxtəlif qurumlar tərəfindən fəxri fərman və mükafatlarla dəyərləndirilib. 
Hazırda həm də Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində çalışır.
Gənc müəllim Səltənət Qurbanovaya fəaliyyətində uğurlar arzulayırıq.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub

Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına yeni sədr seçildi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına yeni sədr seçildi

Kənd müəllimi ölkə birincisi oldu

Kənd müəllimi ölkə birincisi oldu

Respublikamızın fəxri müəllimlərindən olan Manafov Əsgər

Respublikamızın fəxri müəllimlərindən olan Manafov Əsgər

Bakı Dövlət Universiteti məzununun uğuru

Bakı Dövlət Universiteti məzununun uğuru

Müəllimlərimizi tanıyaq – Hüseynov Tural Valeh oğlu

Müəllimlərimizi tanıyaq – Hüseynov Tural Valeh oğlu

Quba rayonuna mediatur keçirilib

Quba rayonuna mediatur keçirilib

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi..

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."