Xəbərlər
06 aprel 2021
782


Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub

 

 

MDM-in Metodik xidmət şöbəsinə Nigar Əhmədzadə müdir təyin edilib. N.Əhmədzadə bakalavr təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsində alıb. 1993-1994-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 158 saylı tam orta məktəbdə tarix, 1994-2000-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 291 saylı "Araz” Ekologiya liseyində Yeni tarix, Ən yeni tarix, Azərbaycan tarixi, İnsan və cəmiyyət fənlərini tədris edib. 2001-2010-ci illərdə Bakı Kompüter Kollecində Tədris hissə müdiri, daha sonra həmin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildə Təhsil Problemləri İnstitutunda (hal-hazırda Təhsil İnstitutu) "Ümumi təhsildə fənn kurikulumu və fəal təlim” təlimi üzrə təlimçi,  2015-2020-ci illərdə "Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzində "Monitorinq və qiymətləndirmə” üzrə aparıcı mütəxəssis, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun bir çox layihələrində təlimçi, ekspert kimi çalışıb.


Aztehsil.com xəbər verir ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) Əlaqələndirmə şöbəsinə isə Elxan Nəcəfov rəhbərlik edəcək. E.Nəcəfov bakalavr təhsilini Bakı Dövlət Universitetində Filologiya  ixtisası, magistr təhsilini isə Gəncə Dövlət Universitetində "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası” ixtisası üzrə tamamlayıb. Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis, Təhsil Nazirliyində ümumtəhsil  məktəblərində istifadə ediləcək dərslik komplektlərinin qiymətləndirilməsi üçün yaradılmış "Dərsliklərin qiymətləndirilməsi şurası”nda ekspert, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun bir çox layihələrində ekspert, təlimçi, komissiya üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda, 2016-cı ildən Respublika fənn olimpiadaları çərçivəsində Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə komissiya üzvü, 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, 2019-cu ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Biznes Universitetində "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənləri üzrə müəllim kimi fəaliyyət göstərir. "Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitinin müəllifi, "Azərbaycan dili” dərs vəsaitinin həmmüəllifi,  "Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətinin” tərtibçisi və həmmüəllifi, abituriyentlər üçün nəzərdə tutulmuş test tapşırıqları və çalışmalar toplusunun həmmüəllifidir. O, həmçinin tədris dili Azərbaycan dili olan ümumtəhsil məktəblərinin 5-ci və 6-cı sinifləri üzrə nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin elmi redaktorudur.


Təhsil İnstitutunun Layihə katibliyinin rəhbəri vəzifəsinə isə Nailə Ömərova təyin olunub. N.Ömərova bakalavr təhsilini Xəzər Universitetində Regionşünaslıq ixtisası, magistr təhsilini isə Böyük Britaniyanın Bristol Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə tamamlayıb. O, Böyük Britaniyanın King’s College London Universitetində təqaüd proqramı ilə yay kursunda iştirak edib. 2015-2018-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib. 2020-ci ildən Təhsil İnstitutunun Layihə katibliyində baş mütəxəssis kimi çalışmağa başlayıb.







Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri Emin Əmrullayevin yeni kadr təyinatları

Təhsil naziri Emin Əmrullayevin yeni kadr təyinatları

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Təhsil Nazirliyindən XİN-ə transferlər - Yeni nazir kadr dəyişikliklərinə başlayıb

Təhsil Nazirliyindən XİN-ə transferlər - Yeni nazir kadr dəyişikliklərinə başlayıb

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Bakı Dövlət Universiteti məzununun uğuru

Bakı Dövlət Universiteti məzununun uğuru

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Universitetin professoru vəfat etdi

Universitetin professoru vəfat etdi

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Novruz Məmmədov prorektor TƏYİN OLUNDU

Novruz Məmmədov prorektor TƏYİN OLUNDU

Təhsil nazirinə yeni müşavir təyin olunub - FOTO

Təhsil nazirinə yeni müşavir təyin olunub - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Psixoloqların diaqnostik qiymətləndirilməsi başa çatıb

Psixoloqların diaqnostik qiymətləndirilməsi başa çatıb

Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu

Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

Təhsil  nazirinin yeni  müavini təyin edildi.

Təhsil nazirinin yeni müavini təyin edildi.

Professor Abuzər Xələfov vəfat edib

Professor Abuzər Xələfov vəfat edib

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd