Xəbərlər
19 noyabr 2019
1 977


Novruz Məmmədov prorektor TƏYİN OLUNDU

Novruz Məmmədov prorektor TƏYİN OLUNDU

 

Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunub.

Modern.az saytı xəbər verir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor vəzifəsinə gotirilib.

Xəbəri Modern.az-a Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli təsdiqləyib.

Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Yeni prorektor sabah Universitetin kollektivinə təqdim olunacaq. 

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub. 
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub.
2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.
Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib.

2007-ci ildə  Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Təhsil Nazirliyinin kollegiyasının tərkibinə kimlər daxildir?

Təhsil Nazirliyinin kollegiyasının tərkibinə kimlər daxildir?

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

Bu universitetə yeni prorektor təyin olunub

Bu universitetə yeni prorektor təyin olunub

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Yeni rektor kollektivə təqdim edilib - FOTO

Yeni rektor kollektivə təqdim edilib - FOTO

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Yeni qərar bu rektorlara şamil olunacaq? – Beş ildən artıq çalışanlar

Yeni qərar bu rektorlara şamil olunacaq? – Beş ildən artıq çalışanlar

Təhsil  nazirinin yeni  müavini təyin edildi.

Təhsil nazirinin yeni müavini təyin edildi.

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Təhsil Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq olundu

Təhsil Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq olundu

Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi