Heydər Əliyevin anım günüdür
Dekabrın 12-si dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür, onun vəfatının 14 ili tamam olur.
Aztəhsil.com saytı Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salır:
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur
Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib
ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi
“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub
Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib
BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib
Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir
ADPU-da hesabat-seçki iclası keçirilib
ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib
ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib
MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl
181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...
Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib
AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub
ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib
ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu
Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib
Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib
ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib