AzTehsil.com


Xəbərlər / Müəllim
16 mart 2021
1 251


Respublikamızın fəxri müəllimlərindən olan Manafov Əsgər



Respublikamızın fəxri müəllimlərindən olan Manafov Əsgər

 

Respublikamızın fəxri müəllimlərindən olan, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağrışa qədərki hazırlığı müəllimi Manafov Əsgər Əmirxan oğlu.

 1957ci ildə  Bakı şəhərində neftçi ailəsində anadan olub.1989-cü ildə  Moskva şəhərində 
 Şvernik  adına  Həmkarlar  Hərəkatının Ali məktəbinin  iqtisadiyyat fakültəsini bitirib. 
1988-cı ildən  İsmayıllı rayon 138 saylı texniki  peşə məktəbində pedaqoji  fəaliyyətə başlamışdır. 
1992-1998-ci   ildən İsmayıllı şəhər 3 və 4 saylı tam orta  məktəblərində   Gənclərin Çağırışaqədərki Hazırlıq fənn müəllimi işləmişdir. 
1998-ci  ildən   hal-hazıradək  Natiq  Behdiyev  adına İsmayıllı şəhər 6 saylı tam  orta  məktəbində  Gənclərin Çağırışaqədərki Hazırlığı fənn  müəllimi kimi öz fəaliyyətini davam etdirir.

1998-ci ildə   qabaqcıl   iş   təcrübəsinin   öyrənib  yayılması  İsmayıllı  Rayon   Təhsil  şöbəsində rəsmiləşdirilmişdir.Ali kateqoriyalı müəllimdir.
2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş "İlin ən yaxşı müəllimi” müsabiqəsində III dərəcəli diploma layiq görülmüşdür.Müxtəlif   illərdə  bir çox   fəxri fərmanlar,   diplomlar   və   qiymətli   hədiyyələrlə mükafatlandırılmışdır.
Onun hazırladığı komandası 2008-ci ildə şagirdi "Cəsurlar ” hərbi idman yarışında fərqləndiyinə  görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Fəxri Fərman”ı  ilə təltif olunmuşdur.

 Əsgər müəllimin "Vətənin Müdafiəsinə Hazıram” komandası Azərbaycan Respublikasının çempiyonatının yekun mərhələsində    2008-ci ildə I (birinci),  2009-cu ildə II (ikinci) yeri tutmuşdur.

2009- ci ildə "Şahin" hərbi-idman komandasi  final yarışında qalib gələrək  ölkə çempionu olmuşdur . 
2011-ci ildə "Qarabağ uğrunda qələbəyə doğru " şüarı altında keçirilən güllə atıcılğında komandası  respublikanın final  yarışında  I yer   olmuşdur. 
2012-ci ildə yaz çağrışına həsr olunmuş yarışında "Vətənin Müdafiəsinə Hazıram” komandası Azərbaycan Respublikasının çempiyonatının yekun mərhələsində I (birinci) yeri tutmuşdur.

2012 ci ildə "Gənc xilasedici  və yanğınsöndürən " komandası   Respublika   final  yarışında III  yeri tutmuşdur . 
2013 ci ildə "Gənc xilasedici  və yanğınsöndürən " komandası Zona yarışında I yeri, Respublika   final  yarışında II  yeri tutmuşdur.
2014 ci ildə "Gənc xilasedici  və yanğınsöndürən " komandası Zona yarışında I yeri, Respublika   final  yarışında II  yeri tutmuşdur.
2015- ci ildə də ” Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında I, Respublika final yarışında III yerə layiq görülüb.
2016- ci ildə də ” Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında I, Respublika final yarışında III yerə layiq görülüb
2015- ci ildə də ”Şahin " hərbi -idman yarışının Respublika final mərhələsində komandası  III yeri, kənd rayonları arasında 1 yeri  tutmuşdur.
2017- ci ildə də ” Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında I, Respublika final yarışında  IV yerə layiq görülüb

Şagirdi Rəhimov Hənnan Vidadi oğlu 2015 ci ildə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Vətənin müdafiəsinə hazıram” I Ümumrespublika rəsm müsabiqəsində IV yer tutub.

Əsgər müəllimin  işlədiyi dövr ərzində   "Cəsurlar ” , " Şahin” , "Vətənin Müdafiəsinə Hazıram” hərbi- idman komandaları  rayon turlarında mütəmadi   olaraq  I və II yerləri  tutmuşdur.     
 
 Dörd kitabın  müəllifidir.  "Gənc döyüşçülərinin məharətləndirmə hazırlığı”, "Öyrəndik ki, öyrədək”, "Vətən çağırır”, "İqtisadi biliklər zamanın tələbidir”  Əsgər müəllimə ,, Öyrədən,,   statusu   verilmişdir. 
24 sentyabr 2010- cu ildə , 25 iyun 2010-cu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi ilə Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Regionlarda yeniyetmə və gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda  maarifləndirməsi, sağlam həyat tərzinin təbliği və nəticələrin ictimai  müzakirəsinin təşəbbüsü”layihəsinin təlimçi kimi fəal iştirakına görə "Sertifikat”la təltif olunub.
18 avqust 2011 ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi ilə Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Regionlarda  gənclərin(İsmayıllı vəŞamaxı rayonları) hərbi- vətənpərvərlik tərbiyəsinin artırılmasına və ictimai müzakirəsinə dəstək”layihəsinin  təlimçi kimi fəal iştirakına görə "Sertifikat”la təltif olunub.

Əsgər   müəllimin  dərs dediyi  şagirdlərdən  82 nəfəri Ali hərbi və güc strukturlarının məktəbi bitirərək  zabit kimi vətənə xidmət edirlər.
 Gənclərin  Çağırışaqədərki   Hazırlıq  fənni  üzrə  dayaq məntəqəsinin rəhbəridir.
Azərbaycan   Respublikası   Silahlı    qüvvələrinin ehtiyyatda olan zabitlərin Şirvan regionu üzrə sədr müavinidir. 
Azərbaycan  Respublikası müəllimlər qurultayının nümayəndəsi olmuşdur.  

2011-ci ildə keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin 28 iyun 2011- ci il tarixi, 1582 nömrəli Sərəncamı ilə  "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
 2012- ci ildə Azərbaycan Respubıikası Təhsil  Nazirliyi tərəfindən Əsgər müəllim 
"Azərbaycan Respublikasının Qabaqcıl Təhsil  işçisi” adına layiq görülmüşdür.
2013 ci ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının  sərəncamı ilə Azərbaycan Respublikasının təhsilində göstərdiyi xidmətə görə"Tərəqqi" medalı ilə təltif olunmuşdur.

05 may 2014-cü il Azərbaycan Qızıl Aypara Cəmiyyətinin”Təhlükəsiz və möhkəm İcmallarının qurulmasının layihəsində  fəal iştirakına görə Qızıl Aypara Cəmiyyətinin Prezidenti  tərəfindən"Təşəkkürnamə” ilə mükafatlandırılıb.

      Manafov Əsgər Əmirxan oğluna 04.07.2016-ci ildə 450 № əmrilə Azərbaycan Respubıikası Təhsil  Nazirliyi tərəfindən "Gənclərin çağrışaqədərki hazırlığı fənni üzrə test nümunələri”adlı metodik vəsaitə nəsr hüququ (Qrif) verilmişdir.
   2015 –ci ildə Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 ci ildömü münasibətilə,Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının  fəaliyyətinin təşkilində ,inkişafında və möhkəmləndirilməsində xüsusu xidmətləri olan,habelə mülki müdafiənin  işinin təşkili, əhalinin və ərazilərin  fövqəladə hallarda qorunması və fövqaladə haların  nəticələrin aradan qaldırılması tədbirlərin həyata keçirilməsidə fəal  iştirak etdiyinə  görə "Azərbaycan Respublikasının fövqəladə Hallar Nazirliyinin 10 illiyi” Azərbaycan Respublikasının  yubiley medalı ilə təltif olunub.
2017-2018-ci tədris ilindəTəhsil Nazirliyi tərəfindən keşirilən "Elektron təhsil” müsabiqəsində "Təhsildə ən yaxşı internet resursları” nominasiyasında fərqləndiyinə görə” Diplam”la təltif olunub.

2017 ci ilində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə”Region gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılması dəstək " layihəsidə təlimçi olmuşdur.
Təhsil Nazirliyinin keçirtdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsimdə "Məktəblərdə teatr yolu ilə vətənpərvərliyin təbliği:Səhnə qəhrəmanlarındır "layihəsi qalib gəlmişdir.

     Əsgər  müəllim müxtəlif inkişafedici təlimlərdən və kurslardan keçmişdir:
1.Təhsil Nazirliyi  və "Mədət” humanitar təşkilatı içtimai birliyinin təşkilatçılığı ilə "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kursunu keçərək  Sertifikat almışdır.
2 Bakı Biznes Tədris Mərkəzin  Mikrosoft  office proqramları üzrə hazırlıq kursunu bitirərək  Sertifikat  almışdır

3.Azərbaycan Müəllimlər İnstitutun 24 iyun 2010-cı il qeydiyyat nömrəsi 7258 nömrəli  ,İB № 065522 vəsiqəyə əsasən 126 (bir yüz iyirmi altı)saat "Pedoqoji-psixoloji məsələlər”,”dünyagörüşü hazırlığı məsələləri ", "Təhsilin komputerləşdirrilməsi” və” idarəetmənin nəzəri və praktiki məsələləri” movzular üzrə təlim keçmişdir.

4.2011 ci ildə Mülki Müdafiə  qoşunların mərkəzi mülki müdafiə kursunda  iştirak etmiş və  140№ li Vəsiqəyə əsasən  hərbi rəhbərlər  kateqoriyası üzrə tam proqraml bitirmişdir.

5. 2011 ci  ildə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən Dayaq məntəqələri rəhbərləri üçün təştil olunmuş ” ÖYRƏDƏNLƏRİN ÖYRƏDİLMƏSİ". Proqramı üzrə üç mərhələli təlim kursunu bitirmiş və ona” ÖYRƏDƏN” statusu verilmişdir.

6.”Edumedia –Azərbaycan MMC-nin direktoru Elxan Əzizovun imzası ilə "PROMETHEAN” interaktiv  lövhələrindən istifadə üzrə təlim kursunda iştirak etdiyinə görə SERTİFİKAT  TƏQDİM OLUNUB.

7Azərbaycan Müəllimlər İnstitutunub25 aprel 2014 ci il tarixində keçirtdiyi "Təhsildə İnnovasiyalar” mövzusunda elmi-praktiki konfransda iştirak etdiyinə görə SERTİFİKAT verilmişdir

8.Azərbaycan Təhsil Problemləri İnstitutu  və Smart texnologiya şirkətinin 7 may 2014 cü ildə keçirtdiyi Ümumi Milli Lider Heydər Əliyevin anadan olmasının 91 –ci ildönümnə həsr olunmuş "Təhsildə interaktiv texnologiyalar-2014” müsabiqəsində  istirak etdiyi üçün SERTİFİKAT verilmişdir

9.Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasartırma təhsili haqqında İB № 139781 Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimləri üçün "Ümumi orta təhsil səviyyəsində  yeni fənn kurikulumlarının tətbiqi " II modul 60 saat proqramı miqdarında təlim keçərək Azərbaycan ”MƏDƏT” MMC –nin 16 avqust 2014 ci tarixində SERTİFİKAT verilmişdir

10.Azərbaycan Respublikası Təhsi Şurasının  "Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasına”Dəstək Proqramı” çərçivəsində  17.01.2015-24.01.2015-ci il tarixində keçirilmiş”ÖYRƏDƏNLƏRİN ÖYRƏDƏNİ” layihəsinə daxil olan "Elektron Tədsis Resurslarının hazırlanması  və tədbiqi” kursunda iştirak  edərək” TƏLİMÇİ” statusu almışdır. 

11 eTwinninq Türkiyə  2 may 2020 ci il rarixində    Fof successful completion of 3D MODELLING TOOLS     SERTİFİKATI nı almışdır   
            
12Türkiyə Anamur ÖGRETMEN EGİTİMLERİ –SINIFÇI ÖLÇIME VE DEGERLENDİRME UYGULAMALARI  vebinarında iştirak edərək SERTİFİKAT almışdır

13.Ersmus+ eTwinninq   31 may 2020 ci ildə təşkil etdiyi   Fof successful participation in Pedagogy 2.0 Online Event  SERTİFİKATInı almışdır

14. ETWİNNİNG CERTİFİCATE THİS İS CERTİFY THAT Asgar Manafov successfully participated in the T eTwinning UZAKTAN EGİTİM SÜRECİNDE PROJE YÖNƏTİMİ HOW TO MANAGE  eTwinning Projects during online education period.



Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu

Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Yeni şəraitdə yeni uğurlar

Yeni şəraitdə yeni uğurlar

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Təhsil naziri Ceyhun Bayramovun  əmri

Təhsil naziri Ceyhun Bayramovun əmri

Müəllimlərimizi tanıyaq – Hüseynov Tural Valeh oğlu

Müəllimlərimizi tanıyaq – Hüseynov Tural Valeh oğlu

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

"Fibonacci" intellektual yarışının I mövsümü yekunlaşıb

"Fibonacci" intellektual yarışının I mövsümü yekunlaşıb

Martın 13-də başlanan “Şahin” Respublika hərbi idman oyunlarının zona birinciliyi üzrə yarışları davam etdirilir

Martın 13-də başlanan “Şahin” Respublika hərbi idman oyunlarının zona birinciliyi üzrə yarışları davam etdirilir

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ