Xəbərlər
26 fevral 2020
6 722


Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də qəbul imtahanı keçirilib.

İmtahanın nəticələrinə görə, Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov və 2015-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olan Elnur Nəsibli imtahanda ən yüksək nəticə (95 bal) yığaraq ölkənin ən çox bal toplayan iki nəfəri olub. 

Oxu.Az-ın məlumatına görə, S.Rəhimov BANM-nin bakalavr pilləsinə 2015-ci ildə 678 balla qəbul olunub. E.Nəsibli isə 2009-cu ildə 631 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub.
 

 

S.Rəhimov saytımıza bildirib ki, imtahana iki ay hazırlaşıb:

"Bu müddət ərzində həm dərslərimə, həm də qəbul imtahanına hazırlaşırdım. Fikrimcə, suallar o qədər də çətin deyildi. Məntiq sualları mənim üçün daha asan idi, informatika üzrə isə nisbətən suallar qəliz idi”. 

Tələbə qeyd edib ki, imtahan verdikdən sonra ölkə üzrə ikinci olacağını proqnozlaşdırıb:

"Amma birinci olmaq mənim üçün də sürpriz oldu. Ölkə birincisi olmaq qürurvericidir. Effektiv çalışaraq qısa müddətdə yüksək nəticəyə nail olmaq mümkündür. İxtisas seçimini hələ tam dəqiqləşdirməmişəm. Bəzi detallar var, özüm üçün onları müəyyən etdikdən sonra qərar verəcəyəm”.
 

 

Rəhimov Seymur Hüseyn oğlu 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2011-ci ildən etibarən təhsilini Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə davam etdirib.

2013-cü ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "İstedadların Hazırlığı Laboratoriyası” adlı olimpiadanın respublika turunda 3-cü, 2014-cü ildə isə 2-ci yerə layiq görülüb.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində keçirilən təlimlərdə və "Üzgüçülüyün əsasları” adlı kursda iştirak edib və sertifikatla təltif olunub.

Bundan əlavə, "Peşə etikası” və "Liderlik” adlı təlimlərdə də iştirak edib və uğurla başa vurub.

Qeyd edək ki, magistraturaya qəbul imtahanlarında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Solmaz Əzimli  93 bal toplayaraq, ölkə üzrə ikinci olub.
 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Bu uğur mənə doğum günü hədiyyəsi oldu" - Ölkə birincisi olan tələbə

"Bu uğur mənə doğum günü hədiyyəsi oldu" - Ölkə birincisi olan tələbə

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

Ən yüksək bal tələb edən ixtisaslar

Ən yüksək bal tələb edən ixtisaslar

Qəbul imtahanlarında 700 ballıların ilk imtahan nəticələri necə oldu?

Qəbul imtahanlarında 700 ballıların ilk imtahan nəticələri necə oldu?

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Bakıda tələbələrə təhlükəsizlik təlimləri keçildi -FOTO

Bakıda tələbələrə təhlükəsizlik təlimləri keçildi -FOTO

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY