BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib
Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib.
Aztəhsil.com xəbər verir ki, imtahan prosesini təhsil ekspertləri, QHT təmsilçiləri, media nümayəndələri izləyiblər.
BSU-nun rektoru Nurlana Əliyeva bildirib ki, imtahanlara hazırlıq üçün universitetdə bütün lazımi şərait yaradılıb:
"Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. Artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub".
O, Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını qeyd edib.
Operativ Qərargahın rəhbəri Rafiq Novruzov bildirib ki, bu ildən etibarən universitetdə "Elektron Universitet" layihəsinin tətbiqinə başlanılacaq, imtahan sessiyasının gedişi və imtahanların yoxlanılması prosesi elektronlaşdırılacaq.
Qeyd edək ki, bu gün universitetdə 6 fakültə-tərcümə, regionşünaslıq, beynəlxalq münasibətlər, pedaqoji, jurnalistika və filologiya fakültələrində imtahan təşkil olunub.
ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı
BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib
Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər
ADU-da imtahanlar başladı
Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...
ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib
ADPU-da imtahan sessiyası başladı
Yanvarın 18də ADU-da mediatur təşkil olunub
ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub
Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir
Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır
ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir
LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı
ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...
İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC
Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"
Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib
ADU-da növbəti mediatur təşkil olunub - Fotolar
Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb
SDU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olundu
DİM-də növbəti SAT imtahanları keçirilib
Qafqaz Universitetinin ləğvetmə komissiyası işini başa çatdırıb