Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA
Balaca uşaqlarla birlikdə şəkilli kitab oxumaq həm dili, həm də beyni inkişaf etdirir.
Aztəhsil.com bildirir ki, Amerikanın Pediatr Akademiyası tərəfindən yayımlanan illik hesabatda uşağın doğulduğu gündən etibarən oxumağa və yazmağa təşviq edilməsinin vacibliyi qeyd edilib.
Hesabatda kitabı yüksək səslə oxumaqla uşaqların böyüdüyü çağda dilinin inkişafında və məktəbdə uğur qazanmasında hərtərəfli rol oynadığı bildirilib.
Beynin sol yarımkürəsi oxuyan uşaqlarda çox inkişaf edir...
Aparılan araşdırmalar zamanı 3-5 yaş arasında olan uşaqların beyin fəaliyyətləri öyrənilib. Alimlər beynin fəaliyyətində uşaqların evdə nə qədər oxuduqlarına görə dəyişdiyini müşahidə ediblər. Evdə daha çox kitab oxuduğunu deyən valideynlərin uşaqlarında beynin sol yarımkürəsində inkişafın ciddi şəkildə artdığı müşahidə edilib.
Beynin bu hissəsi səs və görüntünün daha yaxşı mənimsənilməsində əhəmiyyətli hissədir. Beynin bu hissəsi yaşca böyük olan uşaqların öz-özünə kitab oxuyarkən aktiv olduğu, ancaq balaca uşaqlarda nağıl, hekayə dinlədikləri zaman inkişaf etdiyi bildirilir. Ən maraqlı olanı isə evdə uşaqlar üçün kitab oxunanda şəkil olmasa belə onlarda təsəvvür anlayışının güclü inkişaf etməsidir.