Nazir: Vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb
“Məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmıram”.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Bildirib ki, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb:
“Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. 4 sinifə 24 müəllim düşən məktəblərimiz var. Belə olduğu halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik. Bəzən anlaşmazlıq yaranır ki, filan məktəbdə hansısa müəllim gedib, lakin yeri vakansiyaya çıxarılmayıb. Belə istisna halların izahı var. MİQ-lə bağlı vakansiyalar yay aylarının əvvəlində elan ediləcək”.