AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
28 sentyabr 2018
3 089


Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı



Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı

 

 
Cəlilabad rayonunda orta məktəb rəhbərliyi daimi müəllimi olan dərs saatlarını vakansiyaya çıxararaq qanun pozuntusuna yol verib.

Yenicag.az-a daxil olan şikayətə əsasən, qalmaqallı hadisə rayonun Alar kəndində yerləşən 2 saylı tam orta məktəbdə baş verib. Təəccüblüsü odur ki, sözügedən məktəbdə coğrafiya fənnini tədris edən daimi müəllim olmasa da, həmin fənn məktəb rəhbərliyinin müdaxiləsinəticəsində vakansiyaya çıxarılmayıb. Eyni zamanda, məktəbdə biologiya fənnini tədris edən daimi müəllimin iş yeri də qanunsuz olaraq vakant yer kimi göstərilib.



Bu barədə qalmaqallı məktəbin müəllimi Azad Dadaşov məlumat verib.

A.Dadaşov bildirib ki, məktəbin direktor əvəzi Təranə Mustafayeva kimə və ya kimlərəsəgüvənərək məktəbi özünün şəxsi biznesinə çevirib:"Buna bariz nümunə kimi saymaqla bitməyən özbaşınalıqlardan bir neçəsini diqqətinizə çatdırıram. TəranəMustafayeva məktəbin gənc müəllimi,biologiya fənnini tədris edən HicranAğayevanın 2015-ci ilin oktyabr ayından 3 illik analıq məzuniyyətinə çıxmasına baxmayaraq,onun dərs saatlarını bu il vakansiyaya çıxarıb. Bu cür ciddi qanunsuzluğa yol verib və nəticədə həmin yer yerdəyişmə zamanı başqa bir müəllim tərəfindən tutulub. NəticədəTəranəMustafayeva özbaşınalıq edərək vəzifəsindən sui-istifadə etdiyinə görə Ağayeva Hicran İbadət qızını işsiz qoyub”.

A.Dadaşovun sözlərinə görə, məktəbdə daimi coğrafiya müəllimi olmasa da, bu fənnin tədris olunması qanunsuz olaraq məktəb rəhbərliyi tərəfindən gizlədilib. Ona görə də həmin fənn 2018-ci ildə Müəllimlərin İşə Qəbulu üzrə keçirilən imtahanlarda vakansiyaya çıxarılmayıb: "Coğrafiya fənnini bizim məktəbdə daimi tədris edən müəllim yoxdur. Buna görə də, həmin fənn vakansiyaya çıxarılmalı idi. Amma gizlədiblər və özlərinin hazırladığı saxta sənədlə Təhsil Nazirliyini aldadıblar. Bu fənni 5 ildir kiməktəbin keçmiş direktoru, hal-hazırda tədris işləri üzrə direktor müavini olan 70 yaşlı HəsənağaƏliyev müqavilə yolu ilə tədris edirdi. Amma işində yol verdiyi nöqsanlara görə onunla bağlanmış müddətli əmək müqaviləsinə də xitam verilib. Lakin bizim direktorumuz H.Əliyevlə işbirliyinə girərəkonunla müqavilə bağlaması azmış kimi, hətta qanunları daha da ciddi şəkildə pozaraq coğrafiya fənninə aid olan dərs saatlarını Təhsil Nazirliyindən gizlədib. Həmin saatları vakant kimi göstərməyərək onları H.Əliyev üçün saxlayıb. Amma əslində vakant verilməli olan coğrafiya saatları olduğu halda məktəbin iki riyaziyyat-informatika və bir riyaziyyat fənnindən Diaqnostik Qiymətləndirmədən (DQ) keçmiş fizika müəllimi olmasına baxmayaraq 45 saat riyaziyyat saatından 12 saatını vakansiyaya çıxarıb”.

Riyaziyyat fənnini tədris edən A.Dadaşov bildirib ki, riyaziyyat-informatika müəllimi olmasına baxmayaraq, məktəb rəhbərliyi tərəfindən ona informatikadan dərs verməyə icazə verilmir: "Məktəbdə iki riyaziyyat-informatika müəllimi olduğu halda direktor orta hesabla 75 saat riyaziyyat-informatika dərsindən mənə cəmi 20 saat riyaziyyat dərs yükü ayırıb, informatika saatlarından isə mənim informatikadan DQ-dən keçməməyimi əsas gətirərək mənə 1 saat belə olsun informatika saatı verməyəcəyini bildirir. Lakin 12 saatlıq riyaziyyatdan verilən vakant yerə gələn müəllimə informatika saatı verilir. Bu da növbəti qanun pozuntusudur”.
 

 




Qeyd edək ki, Cəlilabad rayonunda yerləşən Alar kənd 2 saylı tam orta məktəb daha çox qalmaqalları ilə gündəmə gəlib. Bir müddət əvvəl də məktəbin sabiq direktoru Lətif Seyfullayevin müəllimlərdən 100 manat məbləğində rüşvət tələb etdiyini əks etdirən səs yazısı yayılıb. Direktorun müəllimlərdən rüşvət tələb etməsindən bəhs olunan səs yazısı ictimailəşdirildikdən sonra L.Seyfullayev direktor vəzifəsindən azad edilib və ona qarşı rayon hüquq-mühafizə orqanlarında iş başlanıb. Amma buna baxmayaraq, məktəbə yeni direktor təyin edilən Təranə Mustafayeva L.Seyfullayevi özünə müddətli müqavilə ilə təlim–tərbiyə işləri üzrə müavin təyin edib. Maraqlısı odur ki, şagirdlərinin gözü qarşısında müəllimlərdən rüşvət tələb edən sabiq direktor təlim–tərbiyə işləri üzrə müavin vəzifəsini necə icra edir?

Məsələ ilə əlaqədar olaraq açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, orta təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi qanunla tənzimlənir: "Əvvəlcə həmin orta məktəbdə müəllimlərarası dərs bölgüsü məsələsinə aydınlıq gətirilir. Bundan sonra yerdə qalan və götürülməyən dərs saatları vakansiyaya çıxarılır. Dərs bölgüsü "Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir ki, bundan sonra bir çox müəllimlər əvvəlki dərs saatlarını itirirlər”.

Ekspertin sözlərinə görə, sözügedən məktəbin direktoru müəllimin iş yerini normativ hüquqi aktlara riayət olunmadan vakansiyaya çıxardığına görə, onu inzibati cəza gözləyir: "Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır. Direktor da ümid edirəm ki, dərs saatını vakansiyaya çıxararkən normativ hüquqi aktlara riayət edib. Yoxsa, onu ciddi inzibati cəza tədbiri gözləyir”.

K.Əsədov həmin məktəbdə yaşı 70-i haqlamış şəxsin müqavilə ilə müəllim kimi işləməsinə də münasibət bildirib. Onun sözlərinə görə, dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur:"Bu mümkün olmadıqda isə həmin dərs saatları vakant kimi müsabiqəyə çıxarılması üçün təqdim edilir. 65 yaşı tamam olmuş şəxslər təqaüdə göndərilir. Amma xatırladım ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Ümid edirəm ki, 70 yaşından sonra direktor həmən şəxsi vəzifəsində saxlamayacaq. Onun yerinə gənc kadr qəbul ediləcək”.

K.Əsədov məktəbin rüşvət qalmaqalında adı hallanan sabiq direktorunun müəssisədə çalışmasından danışarkən qeyd edib ki, direktorun vəzifəsi effektiv tədris mədəniyyətini inkişaf etdirmək, tədrisin keyfiyyətinə rəhbərlik etmək, həmçinin şagirdlərin inkişafını və yüksək müvəffəqiyyət səviyyəsini təmin etməkdir: "Təəssüflər olsun ki, bu gün ölkədə fəaliyyət göstərən 4470 orta məktəbin heç də hamısının direktoru nümunəvi deyil. Kifayət qədər bu vəzifəyə laiq olmayan şəxslər hələ də orta məktəblərə rəhbərlik edirlər. Direktor öz məktəbində müsbət ab-hava yaratmalı və tədrisin effektiv üsullarının axtarışında məktəb kollektivinə kömək etməlidir ki, bu da məktəbdən sonra təhsillərini davam etdirməyi planlaşdıran şagirdlərin həvəsini artırsın. Direktorun vəzifəsi – effektiv tədris mədəniyyətini inkişaf etdirmək, tədrisin keyfiyyətinə rəhbərlik etmək, həmçinin şagirdlərin inkişafını və yüksək müvəffəqiyyət səviyyəsini təmin etməkdir. O, birgə planlaşdırma, eləcə də tədris nəticələrinin təhlili və onlara nəzarət yolu ilə təhsil prosesinin bütün iştirakçıları üçün ən yüksək gözləntilər həddi müəyyən edir. Direktor tədris prosesinin yaxşılaşdırılmasını hədəf götürən peşəkar birliyin yaradılması üzrə həmkarları ilə birgə işləməlidir. Kollektivə rəhbərlik etməklə daim ixtisasın artırılması və əks-əlaqənin qurulmasına xidmət göstərməli, yüksək peşəkarlıq standartları əldə etmələri və liderlik keyfiyyətlərinin inkişafında bütün müəllimlərə dəstək göstərməlidir. Direktor öz qabiliyyətlərini maksimum inkişaf etdirmələrində müəllimlərə dəstək göstərməli, onların hər birinə qarşı eyni dərəcədə ədalətli olmalı və onlara hörmətlə yanaşmalıdır. O, səmərəli liderlik keyfiyyətləri nümayiş etdirməli, daim özünütəhsillə məşğul olmalıdır, bütün çətinlikləri ilə şəxsi və rəhbərlik keyfiyyətlərinə olan tələblərə uyğun olmaq üçün öz sağlamlığının qeydinə qalmalıdır. Təəssüflər olsun ki, bu kimi kompitensiyalara malik olan direktorlarımız çox azdır”.

 

Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı

 





Загрузка...
Həmçinin oxuyun:
Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Nadir İsrafilov: "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Yeni qayda təhsil sisteminə nə verəcək?

Yeni qayda təhsil sisteminə nə verəcək?

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Direktor müavinlərini ən çox düşündürən suala cavab – Vəzifədən çıxarıldıqdan sonrakı aqibətləri...

Direktor müavinlərini ən çox düşündürən suala cavab – Vəzifədən çıxarıldıqdan sonrakı aqibətləri...

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?