AzTehsil.com


Xəbərlər / Valideyn
03 yanvar 2023
1 225


Ailə uşagın ilk təhsil ocagıdır




 Ailə ictimai qurumlar arasında ən mühüm və ən qədim institutlardan biridir. Ailə uşagın ilk təhsil ocagıdır. Bu ,, tarixi institut" keçmişdən bu günə qədər müxtəlif dəyişiklərə məruz  qalmışdır. Ailə nigah və qan baglılıgına söykənən , ər, arvad və uşaqlardan , onların münasibətlər məcmusundan ibarət olub cəmiyyətin ən kiçik qurumudur.

    Ailə büten toplumlarda həmişə mövcud olub, hər cəmiyhətdə özünəməxsus cizgilər daşımaqla yanaşı , ümumbəşəri və ictimai qurum sayılır.

  Ailəni bəzən insan  münasibətləri cərəyan etdiyi bir səhnəyə bənzədirlər. Uşaq bu səhnədəinsanlar arası  münasibətləri görərək, yaşayaraq, müşahidə edərək və ünsiyyətin ,, tərəf müqabili" kimi çıxış edərək öyrənir. Uşaq insanların münasibətlərində  müəyyənedici rol oynamayan  razılaşma, güzəştə getmə, əməkdaşlıq, yardımlaşma kimi müsbət cəhətləri , anlaşılmazlıq, çəkişmə , qarşıdurma kimi mənfi xüsusiyyətləridə məhz ailədə öyrənir. Ailə təhsil, iqtisadi fəaliyyətlər , asudə vaxtların dəyərləndirilmə kimi başqa qurum və təşkilatlarda yerinə yetirilən funksiyaların mənbəyini meydana gətirir.

    Ailənin aşagıdakı xüsusiyyətləri vardır;

■ Ailə uşagın sosiallaşmasına və xarakterinin inkişafına zəmin hazırlayan ilk mühitdir.

■ Ailə cəmiyyətin ilk maketidir.

■ Ailə təməlində insani duygu və hisslər dayanır. İnsanlar sevgi ehtiyaclarını  ailədə təmin edir.

■ Ailə müəyyən qaydaları ehtiva edir.

     Ailə həm də cəmiyyət həyatında  bir sıra  vəzifələr yerinə yetirir.

Bioloji vəzifə:  Nəslin davamını təmin etmək

İqtisadi vəzifə: İş bölgüsünün reallaşdırılması.

Himayədarlıq: Ailə üzvlərinin maddi və mənəvi    

                        zərərlərdən qorunması.

Psixoloji vəzifə: Ailədə sevgi , hörmət və        yardımlaşma  mühitinin formalaşması.

Dini vəzifə: Ailə üzvlərinə dini bilikkərin öyrədilməsi.

Asudə vaxtların dəyərləndirilməsi: Ailə üzvlərinin boş vaxtlarını dəyərləndirmək üçün birlikdə gəzinti təşkil etmək.

İctimai zümrəyə daxil etmək: Valideynlərin aid oldigu ictimai zümrənin ailənin bütün üzvlərini ehtiva etməsi.

Təhsil: Uşaga həyata dair biliklər verilməsi və məktəbdə əldə edilən biliklərin tamamlanaraq  möhkəmləndirilməsi.

  İnsan öz mühitin övladıdır. Dolayısı ilə ailə şəxsiyyətin formalaşmasında , fərdin sosiallaşmasında və yetkin bir insan olmasında  əsas rol oynayır. Uşaq ailə mühitində ana və atasını özünə nümunə götürür, onları təqlid edərək böyüyür. Cəmiyyəti meydana gətirən zəncirin halqaları məhz ailədə təşəkkül tapır. Cəmiyyət ailələrin meydana gətirdiyi  baglarla saglamlaşır, və bir bütövə çevrilir. Bu baglar nə qədər güclü olarsa , cəmiyyətdə o qədər güclü və saglam olar.

Təhsil elminə giriş kitabından.




Загрузка...
Həmçinin oxuyun:
Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqogika elminin yaranması və ilk yazı  haqqında

Pedaqogika elminin yaranması və ilk yazı haqqında

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK qədim xəritələrin təqdimatını keçirib

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil