Deputat uşaqlara qarşı cinsi zorakılıq törədənlərin axtalanmasını təklif edir
“Azərbaycanda 100 min nəfərə düşən intihar halları 4-5 % arasındadır. Bu rəqəmlər bizə təskinlik verməməlidir. Çünki hər intihar bir ailənin faciəsidir”.
Bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, kişilər arasında intihar halları qadınlardan çoxdur: “Qadınların intiharının səbəblərindən birincisi məhz məişət zorakılığıdır. Yeniyetmələrin intiharına gəlincə, sonradan məlum olub ki, onlar valideynlərinin münaqişəsindən yorulub intihar edirlər. Bütün bunlar tək Azərbaycanın yox, dünyanın problemidir. Bu sahədə tədbirlər daha da sərtləşdirilməlidir. Hətta hesab edirəm ki, uşaqları cinsi istismara məruz qoyanlar, pedofillər axtalanmalıdır”. Report