AzTehsil.com


Xəbərlər
25 noyabr 2022
569


Nadir İsrafilov : Çox dil bilməyin xeyrindən başqa ziyanından danışmağına dəyməz.




Ötən gün Elm və Təhsil naziri Emin Əmrullayevin “ingilis dili” ilə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub.


“İngilis dilini bilməyən şəxs müasir elmlə necə məşğul ola və keyfiyyətli nəticə əldə edə bilər?”,-deyə nazir doktorantların və gənc tədqiqatçıların konfransında çıxışı zamanı elm ictimaiyyətinə belə bir sual ünvanlayıb. Alimlərin bütün günü elmlə məşğul olmasının vacibliyini vurğulayan nazir, onların həm də ingilis dilini bilməsinin əhəmiyyətindən söz açıb.Nazirin bu açıqlaması birmənalı qarşılanmayıb.


Mövzu ilə bağlı fikirlərini Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bölüşüb. Ekspert, bildirib ki, nazirin “Necə ki, SSRİ dövründə elmlə məşğul olmaq üçün rus dili zəruri idi, eyni qayda müasir dövrdə ingilis dili üçün keçərlidir” açıqlaması heç bir halda mübahisə obyekti ola bilməz:


“Çünki yaşlı və orta nəslin bir çox nümayəndələri bilməmiş deyillər ki, bir vaxtlar rus dili əslində ikinci ana dili sayılır və orta ümumtəhsil məktəblərində II sinifdən tədris olunurdu. Elmi və kütləvi ədəbiyyatlar əsasən rus dilində idi. Təkcə ötən əsrin 70-ci illərində yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. İndi isə sadəcə vəziyyət dəyişib, rus dilini ingilis dili əvəz edib. Ümumiyyətlə, dil bilməyin əhəmiyyətini danmaq istənilən halda ədalətsizlik olardı. Dil, bir növ dünyaya çıxış qapısıdır və çox dil bilməyin xeyrindən başqa ziyanından danışmağına belə dəyməz, xüsusilə də elm sahəsi ilə məşğul olanlar üçün…”


N.İsrafilovun sözlərinə görə, elmlə məşğul olanlar öz tədqiqatlarının nəticələrini əsasən xarici dildə, xüsusilə də ingilis dilində nəşr olunan nüfuzlu jurnallar vasitəsi ilə dünyaya tanıda və universitetlərimizin beynəlxalq reytinqlərdə nəzərə çarpacaq dərəcədə irəliləyişinə nail ola bilərlər:


“Digər tərəfdən, dünyanın bir çox korifeyləri öz doğma dillərindən başqa heç bir xarici dil bilmədən. öz elmi kəşfləri ilə bəşəriyyətə misilsiz töhfələr verib, dünyanın təkərini dəyişiblər. Bu baxımdan Nazirin “yaxşı nəticələr əldə etmək istəyiriksə, istedadlı, elmə marağı olan və bu sahəni həqiqətən sevən insanları cəlb etməyə çalışmalıyıq”, fikri ilə tam razılaşmalıyıq. Yəni, dil nə qədər önəmli olsa belə, dil bilmək imkanlarından istifadə edib, plagiatçılığa yol verməməliyik. Dil baryerini əsas gətirib, elmlə məşğul olmaq arzusunda olanları elmi fəaliyyətdən çəkindirməməliyik. “Elə vaxt gələcək ki, ingilis dilini bilməyənlərə vəzifə verilməyəcək”. Bəlkə də gələcək… Ancaq, inanmıram ki, kimsə belə bir günün gələcəyini arzulasın. O ki, qaldı, Sovet dövründə rus dilini bilməyənlərə vəzifə verilməməsi ilə bağlı iddiaya, bununla qətiyyən razılaşmaq olmaz. Rus dilində bir kəlmə bilməyən yüzlərlə yüksək vəzifəlilərin adını çəkmək olar. Məsələ onda deyil… Nə qədər ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir, elmimiz, mədəniyyətimiz və incəsənətimiz də millətə xidmət etməlidir. İngilis dilini bilməyin əhəmiyyəti ayrı şeydir, ingilis dilini bilməyin zərurəti başqa bir şey…”.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən  məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .

Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Metodbirləşmələr

Metodbirləşmələr

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.