AzTehsil.com


Xəbərlər / Ekspert
11 noyabr 2022
708


Mütəxəssis: Qənaətbəxş təqaüd sistemi təyin olunmalı , müəllim heyətinin maddi vəziyyəti yaxşılaşdırılmalıdır.




“Yox, əgər bunun mümkünsüzlüyünün real səbəbləri varsa, rəsmi açıqlama verilsin ki, problemə birdəfəlik nöqtə qoyulsun.”


 Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.


 AzEdu.az xəbər verir ki, “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı bildirib ki, ali təhsil almaq istəyən hər kəsə bu şərait yaradılmalıdır. “Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil alma prosesini çətinləşdirməliyik. Hazırda isə vəziyyət əksinədir. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın”- M.Qasımlı söyləyib.


O, həmçinin vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə ön sıralarda olması üçün ölkədə tədqiqat universitetləri yaradılmalıdır: “Elmi tədqiqat sahəsində, təhsildə, dərsliklərdə sosial məsələlərdəki problemlər araşdırılmalıdır. Bunun üçün müəllim və tələbələr birlikdə araşdırmalar aparmalı, universitetlərdə dərslər interaktiv formada keçirilməlidir”.


 “Qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı təklifin neçənci olduğunu artıq unutmuşam. Neçə illərdən bəridir ki, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləmişik, ali təhsilin hamı üçün əlçatan olması kursu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələləri ilə rəqabətə başlamışıq, digər tərəfdən isə ” Ali məktəblərə qəbul attestatla olsun!”; “Ali məktəblərdə dövlət imtahanı ləğv olunsun!” və s. bu kimi çağırışlar səsləndirilir, ali məktəblərə qəbul imtahanlarının ağır şərtlərlə keçirilməsi, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanlarının özünü doğrultmadığı və bu prosesin sadələşdirilməsi kimi təkliflər səngimək bilmir.” 


Bu fikirləri isə, sözügedən məsələyə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov qeyd edib.



Ekspertin sözlərinə görə, hələ neçə il bundan öncə gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanlarının sadələşdirilməsi, indiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac olmaması, abituriyentlərə ixtisas seçimi azadlığı verilməsi, ali təhsildə liberal qaydalara üstünlük verilməsi kimi məsələlərlə bağlı geniş təkliflər paketi hazırlanmışdı.Yəqin ki, təhsillə bağlı maraqlı tərəflərin bir çoxu bilməmiş deyil ki,"İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir. Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni  dərəcədə əlçatan olmalıdır. Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.


 Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirərkən, məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı  vermək üçün 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə rəsmi açıqlama vermişdi.  Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı da qaldırılan məsələ bir neçə deputat tərəfindən dəstəklənmişdi.


Belə görünür ki, dilemma qarşısında qalmışıq.  Ya əlavə məsrəflərə yol verməmək  baxımından qəbul imtahanlarının forma və məzmununu dəyişərək sadələşdirilməlidir, ya da məsələyə lazımi vəsait cəlb edilməsi imkanlarını nəzərdən keçirmək üçün dövlət səviyyəsində müdaxilə edilməlidir. Yox, əgər təklifin reallaşmasının mümkünsüzlüyünün  bizə məlum olmayan digər obyektiv səbəblər varsa, rəsmi açıqlama verilməlidir ki, problemə birdəfəlik nöqtə qoyulsun.”




Загрузка...
Həmçinin oxuyun:
9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Texniki Universitetində “İnnovativ Univesitetlər”  mövzusunda  dəyirmi masa təşkil olunub

Azərbaycan Texniki Universitetində “İnnovativ Univesitetlər” mövzusunda dəyirmi masa təşkil olunub

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib