AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
04 noyabr 2021
2 547


Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI




Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


1. Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun adı verilsin.


2. Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilsin.

 

3. Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilsin.


4. Bakı şəhəri 47 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının   “Vətən   Müharibəsi   Qəhrəmanı”   Zaur   İsmayıl   oğlu Nudirəliyevin adı verilsin.


5. Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Əfqan Ağasəf oğlu Abdurahmanovun adı verilsin.


6. Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adı verilsin.


7. Biləsuvar   şəhəri   Uşaq   İncəsənət   Məktəbinə   Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Nadir oğlu Əkbərovun adı verilsin.


8. Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Vaqif oğlu Əliyevin adı verilsin.


9. Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbinə (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qaçay oğlu Qasımovun adı verilsin.


10. Bakı şəhəri 216 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Vaqif oğlu Qasımovun adı verilsin.


11. Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Vüqar Əhməd oğlu Ağayevin adı verilsin.


12. Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elbrus Eyvaz oğlu Bayramovun adı verilsin.


13. Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amid Rəbbil oğlu Heydərovun adı verilsin.


14. Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şixamir Oruc oğlu Qaflanovun adı verilsin.

 

15. Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elçin Elşən oğlu Mansurovun adı verilsin.


16. Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adı verilsin.


17. Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Rəşad Arif oğlu Abdullayevin adı verilsin.


18. Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nihad Akif oğlu Babayevin adı verilsin.


19. Bakı şəhəri 48 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ceyhun Aydın oğlu Həsənovun adı verilsin.


20. Biləsuvar  rayonu  Uşaq-Gənclər  İdman-Şahmat  məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adı verilsin.


21. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Veysəl Yadullayeviç Musibovun adı verilsin.


22. Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Surxay Əbdül oğlu Noçuyevin adı verilsin.


23. Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının  “Vətən  Müharibəsi  Qəhrəmanı”  İsmayıl  Məhəmməd oğlu Səmədovun adı verilsin.


24. Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Valeh Vahid oğlu Bədəlovun adı verilsin.


25. Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azad Arif oğlu Hümbətovun adı verilsin.


26. Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Adil Asəm oğlu İbrahimlinin adı verilsin.


27. Quba  rayonu  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq- Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şahin Hüseynbala oğlu Allahyarovun adı verilsin.

 

28. Salyan Peşə Liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Sübhan Rahim oğlu Cəbrayılovun adı verilsin.


29. Neftçala   şəhər   Uşaq   İncəsənət   məktəbinə   Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilsin.


30. Quba şəhəri Texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Mehrab Söhrab oğlu Niftəliyevin adı verilsin.


31. Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azər Nazim oğlu Yusiflinin adı verilsin.


32. Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının  “Vətən  Müharibəsi  Qəhrəmanı”  İntiqam  Bayram  oğlu Əsgərlinin adı verilsin.


33. Qobustan şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elyar Arif oğlu Vəliyevin adı verilsin.


34. Tovuz  rayonu  Qovlar  şəhər  İnteqrasiya  təlimli  internat  tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilsin.


35. Oğuz şəhəri 3 nömrəli məktəb-liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nail Nəriman oğlu İbrahimlinin adı verilsin.


36. Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amin Tacəddin oğlu Novruzovun adı verilsin.


37. Füzuli rayonu Horadiz şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Fəqan Amil oğlu Zalovun adı verilsin.


Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidir.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin Ali Baş  Komandanı  cənab  İlham  Əliyev  tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adları verilmişdir.




Загрузка...
Həmçinin oxuyun:
Prezident üç nəfərə Azərbaycanın Milli Qəhrəmanı adını verdi – SƏRƏNCAM

Prezident üç nəfərə Azərbaycanın Milli Qəhrəmanı adını verdi – SƏRƏNCAM

Polad Həşimovun qızı tələbə oldu

Polad Həşimovun qızı tələbə oldu

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR

Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR

Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür

Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür

Rektor şəhid polkovnik İlqar Mirzəyevin oğlu ilə görüşüb

Rektor şəhid polkovnik İlqar Mirzəyevin oğlu ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb

Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

Ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması qaydası ilə bağlı qərar verildi

Ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması qaydası ilə bağlı qərar verildi

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu imzalayıb

İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu imzalayıb

Bakıda sinif otağına şəhidin adı verilib

Bakıda sinif otağına şəhidin adı verilib