Xəbərlər / Müəllim
28 sentyabr 2021
1 571


Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb

Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğulları 30 il həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytarmış, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

27 sentyabr Anım Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi təhsil müəssisələrində də silsilə tədbirlər nəzərdə tutulub. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər planı”na və Təhsil İdarəsinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş tədbirlər çərçivəsində belə tədbirlərdən biri də Bakı şəhəri Yasamal rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbində keçirilib. Məktəb Birinci və İkinci Qarabağ müharibəsində 8 şəhid verib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaqut Əfəndiyeva cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyindən, qürur duyduğundan söz açaraq, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etmiş,  torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini, şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas vəzifə olduğunu xüsusi olaraq vurğulamışdır.

Tədbirdə məktəbin yetirməsi Qarabağ qazizi Abbaslı Abbas, İkinci Qarabağ müharibəsinin iştirakçıları olan məktəbin məzunları Nurlan Mikayılov və Nəsimi Məmmədov çıxış edərək  məktəblilərlə müharibə xatirələrini bölüşmüşlər. Sagirdlərin ifasında vətənpərvərlik şerlərindən parçalar səsləndirilmişdir. Tədbirin sonunda bir qrup müəllim İkinci Qarabağ müharibəsində şəhid olmuş Elvin Salahovun ailəsini ziyarət etmişlər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər təşkil olunacaq

Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər təşkil olunacaq

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

“Vətənin qəhrəman oğulları”

“Vətənin qəhrəman oğulları”

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Rektor şəhid polkovnik İlqar Mirzəyevin oğlu ilə görüşüb

Rektor şəhid polkovnik İlqar Mirzəyevin oğlu ilə görüşüb

Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

Vətən Müharibəsində tarix yazan tarix müəllimi - Fotolar

Vətən Müharibəsində tarix yazan tarix müəllimi - Fotolar

Sədr müavini-Məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.

Sədr müavini-Məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

Məktəb öz məzun igidləri ilə qürur duyur

Məktəb öz məzun igidləri ilə qürur duyur

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.