Xəbərlər / Qəhramanlarımız
31 avqust 2021
948


“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

 

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və "Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan "Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Bu tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Budəfəki tədbir əlamətdar bir günə - qardaş Türkiyənin  Zəfər bayramına təsadüf edib. Bu səbəbdən qərara alınıb ki, budəfəki tədbir məhz bu Zəfərə, bu əlamətdar günə həsr olunsun.  Böyük tarixi kökə malik Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Qardaş Türk xalqının öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ulu öndərimiz Heydər Əliyevin "Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” kəlamları Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən mükəmməl konsepsiyadır. Bu konsepsiya ötən il 44 günlük Vətən müharibəsində də özünü ən parlaq şəkildə göstərib.

İki qardaş ölkənin birliyini, bərabərliyini bir daha əyani nümayiş etdirən budəfəki tədbir
Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları "Zəfər marşı”nı ifa edərək tədbirə qatılıblar. Onlar üzərində atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və "Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirdə iştirak ediblər.

Şəhər gəzintisindən  sonra "Zaqulba Mangal Steak”ə gələn iştirakçılar burada səmərəli vaxt keçiriblər. Qeyd edək ki, "Zaqulba Mangal Steak”in rəhbərliyi 44 günlük Vətən müharibəsi ərzində əsgərlərimizə daim dəstək olub.

Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, xanımlarını və digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Namiq Cavadov çıxış edərək 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda döyüşlərdə türk hərbçilərinin də qəhramanlıqla döyüşərək canlarından keçdiyini, eləcə də  Türkiyənin İstiqlal savaşında azərbaycanlıların da vuruşaraq şəhidlik zirvəsinə ucaldığını vurğulayaraq deyib ki, Azərbaycan-Türkiyə  dostluğu, qardaşlığı, birliyi sarsılmazdır, əbədidir.

Bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən bölmə rəisi bildirib ki, Vətən uğrunda canından keçən oğullarımızın övladları hər birimiz üçün bir əmanətdir,  onların işıqlı gələcəyi naminə əlimizdən gələn hər şeyi etməliyik.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polis polkovnik-leytenantı Hafiz Təmirov da vurğulayıb ki, heç şübhəsiz, Azərbaycan və Türkiyə birgə addımlayaraq yeni zəfərlər qazanacaq, böyük tarixi nailiyyətlərə imza atacaqlar.

Şəhid və qazilərimizin qəhrəmanlıqları isə  xalqımız tərəfindən heç vaxt unudulmayacaq, bu cür oğullarımız var olduqca bu Vətən daim yaşayacaqdır.

Tədbirin xüsusi qonaqları olan dəyərli sənətçilərimiz  Alim Qasımov və  qızı  Fərqanə Qasımova, Zülfiyyə Xanbabayeva,  aparıcılar Leyla Quliyeva, Lalə Azərtaş şəhidlərimizin övladları ilə birlikdə olub, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşüblər.
 

 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb - VİDEO

“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb - VİDEO

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Şəhidlərin  övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

Şəhidlərin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Şəhidlərin övladları ilə görüş keçirilib

Şəhidlərin övladları ilə görüş keçirilib

Rektor şəhid polkovnik İlqar Mirzəyevin oğlu ilə görüşüb

Rektor şəhid polkovnik İlqar Mirzəyevin oğlu ilə görüşüb

Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ

Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb