Xəbərlər
04 aprel 2019
319

“BİR” könüllülərdən yeni kampaniya


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“BİR” könüllülərdən yeni kampaniya

 

 
Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının üzvləri "Şəhidimiz” kampaniyasına dəstək veriblər.

"Şəhidimiz” kampaniyası aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələrinə dəstək məqsədilə başladılıb.

Kampaniya çərçivəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib, onlarla həmsöhbət olublar.

"Şəhidimiz” kampaniyası çərçivəsində həmçinin 3 aprel tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunan tədbirdə "BİR” Tələbə-Könüllü proqramının 130-dan çox üzvi iştirak edib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğu, hörmət və ehtiramla yad edildiyi xüsusi qeyd olunub. Bildirilib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə "Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan, şəhidlərimizin ailə üzvlərinin videolarından ibarət çarxlar nümayiş olunub.

Qeyd edək ki, milli könüllü platforması kimi "Bir” Tələbə-Könüllü proqramının 20,000-dən çox üzvi var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verib.

"Bir” Tələbə-Könüllü proqramına qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun  adına təqaüd təsis edildi

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis edildi

Şəhid övladlarına hədiyyə

Şəhid övladlarına hədiyyə

Yalnız bu tələbələr təhsil haqqından azad olunurlar – Yeni qəbul olunanların nəzərinə!

Yalnız bu tələbələr təhsil haqqından azad olunurlar – Yeni qəbul olunanların nəzərinə!

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Şəhid polkovnikin xanımı məktəbə direktor təyin olundu – FOTO

Şəhid polkovnikin xanımı məktəbə direktor təyin olundu – FOTO

Aprel şəhidi

Aprel şəhidi "Murov qartalı" Raquf Orucovun oğlu universitetə qəbul oldu

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə və məktub göndərib

Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə və məktub göndərib

100 məktəbdə

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...