Xəbərlər
28 dekabr 2018
534

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis edildi

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun  adına təqaüd təsis edildi

 

 
Dekabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın təhsil aldığı fakültədə - AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində olublar və Çingiz Qurbanovun xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan guşənin qarşısına gül qoyublar.

AzTU-dan AzEdu.az-a bildirilib ki, prorektor İsa Xəlilov Milli Qəhrəman Çingiz Qurbanovun Vətən uğrunda göstərdiyi şücaətdən danışıb. Çingiz Qurbanovun özündən sonra gələnlərə böyük qəhrəmanlıq yolu miras qoyduğunu, bu yolun gənclərin vətənpərvər ruhda yetişməsinə xidmət etdiyini deyən prorektor AzTU-da Vətən uğrunda canını fəda edənlərin xatirəsinin daim uca tutulacağını vurğulayıb.

İ.Xəlilov qeyd edib ki, 2018-ci ildə AzTU-nun Elmi Şurasının qərarı ilə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis olunub. Təqaüd hər imtahan sesiyasında 1 bakalavr, 1 magistr olmaqla universitet üzrə ən yüksək nəticə göstərən 2 tələbəyə veriləcək. Təqaüdün məbləği 150 manatdir.

Tədbirdə digər çıxış edənlər də Çingiz Qurbanovun qəhrəmanlığından danışıb, yüksək hazırlıqlı tələbə olduğunu diqqətə çatdırıblar.

Sonra AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verildiyi Çingiz Qurbanov adına İxtiraçılar klubuna baxış keçirilib. Burada tələbələrin əl işləri və klubun internet saytı ilə tanışlıq olub.

Tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər muzeyində davam etdirilib.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı ildə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
 






DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Öldürülən tələbəylə bağlı açıqlama

Öldürülən tələbəylə bağlı açıqlama

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ

"XXI əsr müəlliminin kompüter əsaslı imtahanla seçilməsi doğru yoldur"...Tanınmışlar imtahan prosesini izləyiblər

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetin 4 tələbəsinə adlı təqaüd verilib

Texniki Universitetin 4 tələbəsinə adlı təqaüd verilib

AzTU-nun tələbəsi dərs zamanı ağır xəsarət aldı

AzTU-nun tələbəsi dərs zamanı ağır xəsarət aldı

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

“Azərbaycanda tələbə peyki” müsabiqəsinin təqdimatı olub

“Azərbaycanda tələbə peyki” müsabiqəsinin təqdimatı olub

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Prorektor:

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

"Təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir..." - Çingiz Abdullayev

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

"Gənclərin vətənpərvər ruhda tərbiyəsi gələcəyimizin zəmanətidir" adlı layihəyə start verdi

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

100 məktəbdə

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.