Hərf səhvini hamı edə bilər, mən də edə bilərəm.
"Sertifikasiya prosesi onu göstərir ki, bəlli bir sayda müəllimin öz tədris etməli olduğu məzmunu bilmə problemi var. Biz hələ bunu qəbul edə bilmirik. Ancaq müzakirələr hərf səhvi ətrafında gedir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin canlı yayımında deyib.
Nazir bildirib ki, ayrı-ayrı məsələlər barədə insanlar bir-birlərində hərf səhvi tutmağa çalışır:
"Hərf səhvini hamı edə bilər, mən də edə bilərəm. Məsələ burasındadır ki, 10-15 % müəllim ibtidai sinif səviyyəsində tədris etməli olduğu fənni bilmir. İnsanların bir qismi bunu qəbul edə bilmir, deyirlər, ola bilməz. Bir qismi isə deyir ki, siz özünüz də hərf səhvi buraxırsınız. Bəli, mən də həyatımda hərf səhvi buraxmışam.Suallar konkret suallardır və konkret sualların konkret cavabları var. Əgər biz bir adamı məktəbdən çıxarmağa cəsarət etməsək, başa düşməliyik ki, həmin adam yüzlərlə insanın gələcəyini əlindən alır. Bunun da günahkarı hamımız hesab oluna bilərik".Tehsil.biz