AzTehsil.com


Xəbərlər / Müəllim
11 dekabr 2020
9 260


Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib



 

Təhsil naziri Emin Əmrullayev media nümayəndələri ilə birlikdə bir sıra mühüm məqamlara aydınlıq gətirib

 "Təhsil” Televiziyası  dekabrın 5-də "Təhsil naziri ilə söhbət”in davamını yayımlayıb.  Verilişin qonağı olan Təhsil naziri Emin Əmrullayev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb,  digər bir sıra mühüm məqamlara  da aydınlıq gətirib. Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun  aparıcısı olduğu verilişdə İctimai Televiziyanın əməkdaşı Vüsalə Məmmədova və 1 news. az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı iştirak ediblər.

Təhsil  naziri ilə söhbətin  II hissəsini oxucularımıza təqdim edirik.

Valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var 

Rəhman Hacı: 

– Valideynləri narahat edən konkret məsələlər var. Misal üçün, mən həmin o sorğunu aparanda ən çox təkrarlanan suallardan biri də məktəblərdə korrupsiya ilə bağlı vəziyyət,  müəllimlərin maaşlarının kifayət qədər yüksək olmaması  və bundan irəli gələn motivasiyanın aşağı olması məsələləri  idi. Sizin fikrinizcə, bu üç məsələdə – korrupsiya, müəllimlərin motivasiyası, ümumiyyətlə,  müəllimlərin şagirdlərə münasibəti ilə bağlı etimadını  necə qaldıra bilərik?

Emin Əmrullayev, Təhsil naziri:

– Mənə elə gəlir ki, son hadisələr onu göstərdi ki,  hər şeyə rəğmən bütün narazılıqlara baxmayaraq bu gün müstəqillik dövrümüzdə  doğulan, böyüyən, məktəbi bitirən Azərbaycan gəncləri  ölkənin qarşısında duran ən ümdə məsələləri həll etmək bacarığında və qabiliyyətindədirlər.

Baxmayaraq ki, təhsilimiz haqqında  biz, ümumiyyətlə, çox narazı danışırıq,  ancaq onu da qeyd edək ki, böyük məsələlərin həlli istiqamətində uğura malikik və  dünyanın ən yaxşı universitetlərini bitirmiş kifayət qədər azərbaycanlılarımız var. Və həmin gənclərimiz haradasa, belə deyək də, xüsusi şəraitdə böyüməyiblər. Onlar da məhz bu şəraitin yetirməsidirlər. O ki qaldı sizin dediyiniz korrupsiyaya,  burada bir mənəvi, ikinci yenə də qayda məsələləri var. Mənim baxışıma görə valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, düzgün deyil. Amma eyni zamanda,  valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var  və bu o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq təsvir edə bilərəm ki, tutaq ki, bu hansısa bir irəlidə olan təhsil sistemində necə baş verir? Məsələn, adətən məktəblər hansısa məqsəd müəyyənləşdirir  və öz icmasına müraciət edir ki, biz həyətdə olan idman meydançasını təmir etməliyik. Bunun üçün isə deyək ki, on min manat  pul lazımdır. Artıq  həmin məktəb istər valideynlərə, istər həmin icmada olan biznesə, istər özünün məzunlarına, istərsə də  ölkədə idman sahəsi ilə  məşğul olan QHT-lərə müraciət edir.  O pul toplanır, hesabat verilir və nəticə etibari ilə idman meydançası təmir olunur. Və insanlar da özlərini xoşbəxt hiss edirlər. Bu, yeni terminologiyada fandreyzinq adlanır. Hətta məktəb direktorlarına  fandreyzinqin necə aparılması ilə bağlı  ayrıca təlimlər də keçirilir.

Bizim kontekstdə mənə elə gəlir ki, qeyd etdiyim ana prinsip bundan ibarət olmalıdır ki, hər hansı bir valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu səhvdir, son dövrlərdə belə deyək də, il ərzində bir neçə direktor buna görə öz işindən azad edilib. Və belə  hallar olarsa,  biz buna qarşı tədbirlərimizi  yenə davam etdirəcəyik.

Müəllim əməkhaqqısı son dövrdə ən çox artan əməkhaqlarından biridir

Müəllimlərin motivasiyası ilə bağlı  ikinci sualınıza  qısa cavab verməyə çalışacağam. Müəllimin  motivasiyası və  əməkhaqqısı arasında yəqin ki, böyük əlaqə var.
 
 
Bilirsiniz ki, son dövrlərdə  ölkə rəhbərliyinin müvafiq sərəncamları ilə təhsil işçilərinin əməkhaqqısında əsaslı dəyişikliklər edilib. Müəllimlərin əməkhaqları son dövrdə ən çox artan əməkhaqlarından biridir. Demək olar ki,   ölkə üzrə orta əməkhaqqına çatır.
 
Müəllim əməkhaqqısına, yəni onun miqdarına təsir edən faktorları düzgün başa düşməliyik.Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış  "stavka” sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər  bir çox hallarda ona görə aşağı maaş alırlar ki, onların heç saatları çox yuxarı deyil.

Mənə elə gəlir biz təhsil sistemi olaraq son illərdə  iki böyük uğura imza atmışıq. Bir Azərbaycanda şagird- müəllim nisbəti kifayət qədər yaxşılaşıb. Təxminən əvvəl 8 və ya 9  şagirdə 1 müəllim düşürdüsə, indi biz bunu 11-ə qaldıra bilmişik. Bu, nə deməkdir? Bu, müəllimlərin dərs yükünün də artması deməkdir. O cümlədən bir saata görə ödənilən  əməkhaqqı da artıb. Yəni bu istiqamətdə işlər, mümkün dərəcədə iqtisadi belə deyək də,  göstəricilər imkan verdikcə yəqin ki, davam edəcək.

Sualınızdakı digər məqama gəldikdə, müəllimin motivasiyası heç də digərlərində olduğu kimi həmişə əməkhaqqıya bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərimizə  daha çox motivasiya verə bilər.

Ən yaxşı keyfiyyəti olan məktəblər qura biləcəyik

Vüsalə Məmmədova:

– Torpaqlar işğaldan azad edildi və artıq hər kəs öz sahəsində hazırlıq işlərinə başlayıb. Müharibənin ağır illərində o əraziləri  tərk edən  övladlar təhsil hüququndan məhrum olundular  və çox ciddi bir problemlə üz-üzə qaldılar. Bu, ötən əsrin sonları idi. Məcburi köçkün məktəblərin vəziyyəti heç vaxt qənaətbəxş olmayıb, məmnun olmamışıq. Bir  keçmiş məcburi köçkün olduğuma görə bu məsələləri  daha detallı bilirəm. Bu gün vaxtilə öz torpaqlarından  məcburən didərgin düşən həmin insanlar artıq valideyn olaraq ora qayıdacaqlar. Biz həmin o qənaətbəxş olmayan məktəblərəmi geri qayıdacağıq? Və ya məsələyə nikbin yanaşsaq işğaldan azad edilən torpaqlarımızda təhsili hansı səviyyədə quracağıq ki, orada keyfiyyətli təhsilə təminat verək.

Emin Əmrullayev, Təhsil naziri:

– Sualınız iki hissədən ibarətdir. Birinci məsələ odur ki, tikinti, geri qayıdış prosesi,  bütün bu işlər  kompleks həll olunacaq. Standart olaraq əhalinin altıda bir  sayında biz məktəb tikintisini keçirdirik. Deyək ki, altı min sakini olan yerdə min nəfərlik məktəbə ehtiyac olur. Mən əminəm ki, ən yaxşı məktəblər tikiləcək. O ki, qaldı keyfiyyətlə bağlı bəlkə də kədərli bir hekayənin sonudur ki, işğal zamanı həmin torpaqlarda olan  bütün məktəblər, infrastruktur dağıdılıb. Amma məsələnin müəyyən mənada yaxşı ardı, davamı ondan ibarətdir ki, biz hər şeyi sıfırdan başlaya bilirik. Düşünürəm ki, bu proses həmin o yerlərdən olan insanlar üçün də yeni imkanlar yaradacaq. İnanıram ki, həmin yerlərdə ən yaxşı keyfiyyəti olan məktəblər qura biləcəyik.

Əvvəl məqsəd qoyulmalı, sonra ona uyğun infrastruktur qurulmalıdır

Cəsarət Valehov:

– Beynəlxalq praktikada belə deyək, hətta məktəblərin infrastrukturu  ilə bağlı  yeni yanaşmalar var. Divarsız sinif otaqları, ümumilikdə tamamilə qurğulardan inşa olunmayan məktəblər və s. Bizdə ümumiyyətlə, məktəblərin infrastrukturu ilə bağlı bəlli bir təcrübə var, yəni planlama var. Növbəti planda  bu infrastrukturda hansısa özəlliklər dəyişə bilərmi?

İkinci məsələ, mən sizi həm nazir olana qədər, həm də indi nazir olduğunuz vaxtda müşahidə etmişəm ki, ən çox ifadə etdiyiniz sözlərdən biri ölçülə bilən sözüdür. Və xatırlayıram ki, ötən ilin elə dekabr ayında sizin iştirakınızla PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələrini biz  elan etdik. Bu nəticələrdən çıxış edərək 15 yaşlı Azərbaycan gənci  öz yaşıdlarından  nədə geri qalır və ya əksinə, hansı məqamlarda  ümidvericidir?

Emin Əmrullayev, Təhsil naziri:

– Birinci sualla bağlı onu deyim ki, baxın,  biz yenə də məqsədlə alətləri bir-birindən fərqləndirməliyik. Adətən niyə məktəblərdə  yeni format, yəni, divarı götürürlər və yaxud stulları başqa cür bölürlər ? Bunlar təbii ki, kiminsə təxəyyülünə görə deyil, konkret  tədqiqatlara əsaslanır. Həmin tədqiqatlar göstərir ki, məsələn, bu, öyrənməyə müsbət təsir edir. İnsanlar bir-biri ilə nə bilim ikili partada yox, tək partada oturanda tutaq ki, fərdilik daha çox inkişaf edir. İnfrastruktur  təbii ki, büdcə ilə də bağlıdır.

Bizim kontekstdə bu, çox uğurlu bir layihə- modul tipli məktəblərdir. Biz hər il belə deyək də 30, 40, hətta bu il 60-a qədər modul tipli məktəbləri kiçik ərazilərdə tikə bilmişik. Bizim yeni məktəb modelimizdən danışanda məsələ burasındadır ki, bunlar hamısı bir-biri ilə bağlıdır. Birinci sual verirlər ki, məqsəd nədir?  Tutaq ki, məqsəd öyrənməkdirsə, məsələn, 40-42 nəfərlik sinifdə bunu eləmək olarmı? Hə, Sinqapur bunu edir. Orada standart olaraq  sinifdə ortalama 40 uşaq var. Onlar bunu edə bilirlər. Onların infrastrukturu buna uyğundur. Gələcəkdə biz də  tutaq ki, düşünürüksə ki,  daha çox böyükhəcmli siniflərlə gedəcəyik. Məsələn, 40 çox yaxşı rəqəmdir. O 2-yə, 4-ə, 5-ə və 8-ə bölünür və  siz qruplar edə bilərsiniz. 24 rəqəmi də  elədir. Məsələn,  2-yə, 3-ə, 6-ya,  8-ə bölünür və s. Yəni ilk növbədə biz nə istəyirik sualını müəyyən etməliyik,  ondan sonra məktəbimizi tikməliyik. Əvvəl məqsəd qoyulmalı sonra ona uyğun infrastruktur qurulmalıdır.

PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi proqramı bizim üçün mayak rolunu oynamalıdır

 O ki qaldı ikinci sualınıza, biz  PISA, PIRLS və TİMSS beynəlxalq qiymətləndirmə tədqiqatlarında  iştirak edirik. Məncə, bu, ölkəmizə böyük imkanlar verir ki, biz haradayıq. Çünki PISA-da soruşulan suallar insanlarda konkret bazara uyğun olan bacarıq və səriştələri ölçür. Biz isə məktəbdə daha çox hələ də özümüzün arzularımızı ölçürük ki, uşaqlar bizim arzularımıza nə qədər uyğundur yoxsa yox.
 
 
PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi proqramı bizim üçün mayak rolunu oynamalıdır və bu nəticələr Azərbaycan təhsil işçiləri, bütövlükdə təhsil ictimaiyyəti, o cümlədən işə götürənlər, xüsusilə müəllimlərimizin qarşısında çox böyük bir  vəzifələr qoyur. Biz Təhsil Nazirliyi olaraq yalnız təlimlər vasitəsi ilə onlara bu reallığı göstrməklə köməklik edə bilərik.



Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Prezident müəllimlərlə söhbət etdi: “Vətəndaşlara müraciət etmək istəyirəm”

Prezident müəllimlərlə söhbət etdi: “Vətəndaşlara müraciət etmək istəyirəm”

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Emin Əmrullayev: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” – VİDEO

Emin Əmrullayev: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” – VİDEO

İbtidai sinif müəllimi fəryad etdi.

İbtidai sinif müəllimi fəryad etdi.

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?