AzTehsil.com


Xəbərlər / Direktor
08 oktyabr 2019
2 468


“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”



 

 
Ötən gün təhsil naziri Ceyhun Bayramov Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanı tutduğu vəzifədən uzaqlaşdırıb.
Aparılan araşdırmaya görə, direktor icarə adı ilə müəllimlərdən pul yığıb.

Bu məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və belə halların digər məktəblərdə də olduğu bildirilib.

Maraqlıdır, məktəblərdəki bu cür özbaşınalığın qarşısını necə almaq olar? Günahkar tərəf yalnız direktorladır, ya ikinci tərəf də var?

AzTehsil.com xəbər verir ki, Məsələ ilə bağlı Modern.az-a danışan deputat Sona Əliyeva deyir ki, insanlar susmasınlar ki, belə problemlər qabarıb öz həllini tapsın.

"Tək təhsildə yox, hər sahədə bu cür özbaşınalığa, haqsızlığa son qoyulmalıdır. Sağ olsun ki, Ceyhun Bayramov məsələdən xəbər tutan kimi direktoru işdən çıxarıb. Elə direktor olacaq ki, bu hadisədən təsirlənəcək lakin elələri də var ki, ümumiyyətlə buna məhəl qoymayacaq. Çox yaxşı haldır ki, Təhsil Nazirliyi insanlara, mətbuata bu qədər açıqdır və öz sahəsindəki narazılıqları aktiv şəkildə aradan qaldırır”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu cür özbaşınalıq təkcə 108 nömrəli məktəbdə baş vermir.

"Məktəbdə baş verən neqativ hallar növündən asılı olmayaraq təhsilə, tərbiyəyə təsir göstərən faktordur. Əksər məktəblərdə qeyri-qanuni şəkildə vətəndaşlardan pul tələb etmək prosesi gedir, lakin məsələ qapalı qalır. Belə özbaşınalığın qapalı qalmasının iki səbəbi var. Birincisi, valideyn etinasızlığı, yəni tələb olunan məbləğin ödənilməsidir. Digər səbəb isə məktəb direktorlarını himayə edən şəxslərin olmasıdır. Bu gün Bakı, eləcə də rayonlardakı məktəbləri himayə edən vəzifəli şəxslər var. Məktəb direktorları da həmin vəzifəli şəxslərə söykənərək istənilən özbaşınalığı edirlər. Buna görə də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü kimi hesab edirəm ki, bu gün valideynlər məktəbdə neqativ hal baş verən kimi bizə də məlumat versinlər. Çünki biz həmin məsələləri təhsil naziri Ceyhun Bayramovun qarşısında qaldıra bilərik. Artıq 21-ci əsrdə yaşayırıq, dünyada məktəblər başqa yöndə fəaliyyət göstərirlər. Bu cür neqativ hal bizdəki bəzi direktorların feodal təfəkkürünün təzahürüdür. Birmənalı olaraq uşağın məktəbə pul gətirməsi ona mənfi təsir edir, məktəblə valideyn, cəmiyyət arasında qarşıdurma yaradır. Bu isə orta təhsil üçün yad bir məsələdir və belə halların kökü kəsilməlidir. Direktorun işdən çıxarılmasını təqdir edirəm”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Təhsil Nazirliyinin təhsil sahəsində baş verən hadisələrə operativ münasibət göstərməsini müsbət qiymətləndiririr:

"Ümumiyyətlə hökumət idarələrimizin bir çoxu bu məsələləri anidən diqqətə alıb araşdırır və cəmiyyətə məlumat verir. Məktəblərdən birində pul yığılması ilə bağlı xəbər yayıldıqdan sonra rtəhsiul nazirinin müavini Məhəbbət xanım ora gedib yerində hadisəni araşdıdırdı. Bu da məktəb direktorunun dəyişdirilməsi ilə nəticələndi. Bununla bir daha aydın oldu ki, məktəb yalnız təhsil verilən yerdir. Burada qeyr-qanuni hərəkət etmək, valideynlərdən pul yığmaq təhsilimizə, adımıza ləkə gətirir. Ceyhun Bayramovun da belə operativ olması göstərdi ki, məktəb təlim-tərbiyə, təhsil verən müəssisə kimi hər zaman müqəddəs saxlanılacaq”.




Загрузка...
Həmçinin oxuyun:
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı -Video

Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı -Video

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Nöqsanlara yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - Ceyhun Bayramov

Nöqsanlara yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - Ceyhun Bayramov

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Məktəb direktoru  işdən çıxarıldı

Məktəb direktoru işdən çıxarıldı

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Məktəb direktoru işdən qovuldu

Məktəb direktoru işdən qovuldu

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə

Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO