AzTehsil.com


Xəbərlər
11 sentyabr 2019
1 776


Nöqsanlara yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - Ceyhun Bayramov



Nöqsanlara yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - Ceyhun Bayramov

 

 
"10 nəfər Rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbərinə işlərində nöqsanlara görə, intizam tədbirləri tətbiq edilib. İşlərində nöqsanlara görə, 8 məktəb direktorunun müqaviləsinə xitram verilib. 29 direktor və 37 müavinə intizam tədbirləri tətbiq edilib”

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

C.Bayramov təhsildə əldə edilən uğurlardan söz açarkən Təhsil Nazirliyini narahat edən bir məqamı da nəzərə çatdırmaq istədiyini bildirib. Nazir qeyd edib ki, müşahidələrə əsasən, bəzi hallarda qəbul edilmiş normativ sənədlər, qaydalar yerlərdə tam şəkildə icra edilmir:

"1 il öncə keçirilən konfrans zamanı bu məsələnin üzərində çox dayanmadım. Bu məqamı qeyd edərkən dedim ki, Təhsil Nazirliyi olaraq ən böyük arzumuz bu məsələlərin aktual olmaması və müzakirə predmentinə çevrilməməsidir. Amma müşahidələrimiz onu göstərir ki, bir sıra istiqamətlərdə - məsələn, şagirdlərin məktəblərə elektron qeydiyyatı, müəllimlərin işə qəbulunun mərkəzləşmiş formada keçirilməsi, elektron formada şagird yerdəyişməsi və bir sıra təşəbbüslər nəticəsində neqativ halların sayı azalıb. Amma il ərzində həyata keçirilirən nəzarət tədbirlərinə baxmayaraq, bəzi neqativ halların hələ də mövcud olduğunu görürük”.

Ceyhun Bayramov xatırladıb  ki,  işlərində yol verdikləri nöqsanlara görə, 6 Təhsil Şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb. Onların əmək müqavilələrinə xitam verilib:

"10 nəfər Rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbərinə işlərində nöqsanlara görə, intizam tədbirləri tətbiq edilib. İşlərində nöqsanlara görə, 8 məktəb direktorunun müqaviləsinə xitram verilib. 29 direktor və 37 müavinə intizam tədbirləri tətbiq edilib. 80 məktəb direktorunun əmək müqavilələrinin müddəti bitdikdə növbəti dəfə əmək müqaviləsi uzadılarkən nəticələrin aşağı olması aşkarlanıb və müqavilənin uzadılmamasına qərar verilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına verilib”.

 Nazir bildirib ki, bu məsələlərə çox ciddi, həssaslıqla yanaşmalıyıq:

"Belə hallar davam edərsə, Təhsil Nazirliyi qanunvericiliyə uyğun  tədbirlər həyata keçirəcək”.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı - Yol verdiyi kobud nöqsanlara görə

Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı - Yol verdiyi kobud nöqsanlara görə

Nazir Təhsil Şöbəsinin müdirini işdən çıxardı

Nazir Təhsil Şöbəsinin müdirini işdən çıxardı

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"

Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"

Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardı

Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardı

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə

Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə

Ceyhun Bayramov idarə rəisini işdən çıxardı - Yeni təyinat

Ceyhun Bayramov idarə rəisini işdən çıxardı - Yeni təyinat

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Ceyhun Bayramovdan ƏMR

Ceyhun Bayramovdan ƏMR

“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov

“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov

Şagirdlərin dərs yükü bizi narahat edir

Şagirdlərin dərs yükü bizi narahat edir

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri Ceyhun Bayramov  əmr imzalayıb.

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Təhsilimzdən mənfəət əldə edənlər...Təhsil müəssisələrində qanun pozuntusu aşkarlandı

Təhsilimzdən mənfəət əldə edənlər...Təhsil müəssisələrində qanun pozuntusu aşkarlandı

Ceyhun Bayramov Ucarda vətəndaşlarla görüşəcək

Ceyhun Bayramov Ucarda vətəndaşlarla görüşəcək

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət