AzTehsil.com


Xəbərlər / Abituriyent
10 iyul 2019
1 914


“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov



“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov

 

 
"Ötən ildə 29 nəfər maksimum nəticə göstərmişdi və 600 bal toplayanların sayında da artım var idi.  Biz başa düşürdük ki, qəbul imtahanlarında yeni qaydaların gətirilməsi maksimum göstəricilərə təsir edə bilər”.

Bu  sözləri təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın "Pressinq” verilişində deyib.

Nazir bildirib ki, buraxılış və qəbul imtahanlarında edilən dəyişiklərin maksimum göstəricilərə təsir göstərəcəyini bilirdik:

"Qlobal əmək bazarı bu gün yeni tələblər irəli sürür. Əmək bazarında bir sıra bacarıqlar var ki, onların xüsusi dəyəri artır. Bu,  yaradıcı təfəkkürün mövcudluğu, özünü təqdim etmə,  informasiyanı təhlil etmək və ondan  düzgün nəticə çıxarmaq bacarığıdır.

Qəbul imtahanlarında yeni qaydalar tətbiq olunmadan öncə son illərin statistikasına nəzər saldıqda, maksimum bal toplayanların sayı ilbəil artırdı. Bu da təbii idi. Çünki artıq sistemə abituriyentlər öyrəşir  və ona daha yaxşı hazırlaşmaq üsullarını tapırdılar.

Tutaq ki, ötən ildə 29 nəfər maksimum nəticə göstərmişdi və 600 bal toplayanların sayında da artım var idi.  Biz başa düşürdük ki, qəbul imtahanlarında yeni qaydaların gətirilməsi maksimum göstəricilərə təsir edə bilər. Həmçinin, insanlar tərəfindən də müəyyən tənqid obyekti ola bilər. Çünki insanlar düşünə bilər ki, məzmun qiymətləndirilmə dəyişdisə, deməli, nəticə pisləşib, maksimum göstərici əldə edə bilmirik. Amma özümüz-özümüzü aldatmamalıyıq. Ona görə də qiymətləndirilməyə yenilik gətirmək lazımdır. Çünki bu yenilik nəticə baxımdan çox vacibdir. Deməli, bunu etmək labüddür”. 

Ceyhun Bayramov bildirib ki, qiymətləndirmədə edilən yeniliklər zamanla öz müsbət təsirini göstərəcək:

"Düşünürəm ki, şagirdlərimizin gələcəyinə müsbət təsir  edəcək addımları atmalıyıq. Məsələn, xarici dildə mətni eşidib onu anlaya bilməyənlər qiymətləndirmədə 100% nəticə əldə edirlərsə deməli bu problemdir. Ona görə də problemi qəbul edib bir sıra yeniliklər etməliyik. Çünki bu şagirdin problemi deyil. Ona görə ki, şagirdə qoyduğumuz tələbə uyğun 100% nəticə əldə edib. Qiymətləndirmədə xarici dil üzrə 100% nəticə əldə edən şagirdin dil bacarığında  hər hansı problemi varsa deməli bizim üçün siqnal olmalıdır. Əminəm ki, edilən qiymətləndirmədə edilən yeniliklər öz müsbət təsirini göstərəcək”.



Загрузка...
Həmçinin oxuyun:
"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

Qəbul imtahanlarının birinci mərhələsi .

Qəbul imtahanlarının birinci mərhələsi .

"Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir"

"Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir"

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərə yeni fürsət veriləcək

Diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərə yeni fürsət veriləcək

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

İki nəfər ən yüksək nəticə göstərib

İki nəfər ən yüksək nəticə göstərib

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Doktorantura təhsilində yenilik

Doktorantura təhsilində yenilik

Müəllim adı qazananların sayı açıqlandı

Müəllim adı qazananların sayı açıqlandı

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Abituriyentlərin xeyrinə dəyişikliklər edilib

Abituriyentlərin xeyrinə dəyişikliklər edilib

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

Maksimum bal toplayanlar

Maksimum bal toplayanlar

Bu günə kimi imtahanlarda 82 nəfər 700 bal toplayıb

Bu günə kimi imtahanlarda 82 nəfər 700 bal toplayıb