AzTehsil.com

Xəbərlər
25 fevral 2018
2 842

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Xalqımız Xocalı faciəsinin növbəti ildönümünü böyük ürək ağrısı ilə yad edir. Xocalı bizim sağalmayan yaramızdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə vəhşi ermənilərin törətdiyi bu soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin faciəsidir. Hər il fevral ayında ölkəmizdə və xaricdə Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunur.

Bu il də Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirilir. Təəssüf ki, tədbir xatirinə tədbir keçirən bəzi qurumlar onun mahiyyətini dərindən dərk etmədən ciddi səhvlərə yol verirlər. Xocalı bizim elə bir dərdimizdir ki, onunla bağlı çıxış edəndə, söz deyəndə, yazı yazanda səhv etmək, yaxud gözümdən qaçıb demək günahdır.

Çoxları deyəcək ki, bu mövzunu ictimailəşdirməmək olardı. Ancaq belə bir məsuliyyətli məsələdə buraxılan səhvi görməzdən gəlmək olmur axı.
 
Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Cahanpress xəbər verir ki, fevralın 23-də Azərbaycan Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitetin rektoru Səadət Əliyeva çıxış edərək Xocalı faciəsi barədə danışıb. Rektorun o tədbirdə nə danışdığından xəbərimiz yoxdur. Ancaq universitetin yaydığı və rəsmi internet saytında yerləşdirdiyi məlumatda bildirilib ki, rektor Xocalı faciəsinin yanvar ayının 26-dan 27-ə keçən gecə baş verdiyini deyib. Bəlkə də gün deyil, ay səhvi olsaydı, bunu texniki səhv kimi qiymətləndirmək olardı. Ancaq bu məlumatda faciənin baş verdiyi həm ay, həm də gün səhv yazılıb. Bəlkə də rektor belə deməyib. Bəs o zaman bu məlumat niyə belə yazılıb? Gözdən qaçıb? Bu qədər məsuliyyətli bir mövzuya, xalqımızın qan yaddaşı ilə bağlı hadisəyə də bu qədər məsuliyyətsizcəsinə yanaşarlar?

Aradan iki gün keçməsinə baxmayaraq, bu ciddi səhv hələ aradan qaldırılmayıb. Buradan belə bir nəticə çıxır ki, ya Səadət Əliyeva başda olmaqla, universitetin məsul şəxsləri Xocalı soqırımının baş verdiyi tarixi bilmir, ya da tədbir xatirinə keçirilən bu tədbir onlar üçün qətiyyən maraqlı deyil. Odur ki, Xocalı soyqırımına həsr olunan tədbirin işıqlandırılması onların vecinə deyil. Rektor o qədər biganədir ki, rəsmi saytında dərc edilən mətndəki kobud səhvdən xəbəri yoxdur. Yox əgər öz işinə biganə deyilsə, deməli Xocalının tarixindən ümumiyyətlə məlumatlı deyil. Bu isə rüsvayçılıq və rəzillikdir.

Bizi sözün əsl mənasında təəccübləndirən, hətta medianın son vaxtlar dəbə saldığı sözlə ifadə etsək, şoka salan bu məlumatın bir sıra KİV-də eynilə yayımlanması oldu.

Azərbaycanın dövlət informasiya orqanları da daxil bir çox saytlar Azərbaycan Universitetində keçirilən tədbirdən yaydığı xəbərdə bu səhvi təkrarlayıb. Həmin informasiya orqanlarında yüzlərlə işçi çalışır. O zaman diqqətli oxucu mütləq soruşacaq: Bu adamlar orada nə işlə məşğuldurlar?
 
Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Mənbə : http://cahanpress.com

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Qərb Universitetində Xocalı faciəsi anılıb

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Ağstafa təhsil şöbəsində "Xocalı soyqırımı şagirdlərin gözü ilə" adlı müsabiqə keçirilir

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

“Xocalı faciəsi şagirdlərin gözü ilə”  rəsm müsabiqəsi yekunlaşıb

Şabranda "Xocalı faciəsi gənclərin gözü ilə" inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib