BŞTİ-nin müdiri: Məktəblərdə dərslik çatışmazlığı ilə bağlı problem həllini tapıb
Sentyabr ayının əvvəlində, qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yaranmışdı. Artıq həmin məsələ öz həllini tapıb və dərslik çatışmazlığı problemi aradan qaldırılıb.
Bunu jurnalistlərə müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.