AzTehsil.com


Xəbərlər / Müəllim
22 aprel 2021
1 017


Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir



Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

 

Koronavirus pandemiyası (COVID-19) dünyada bütün sahələrin fəaliyyətinə mənfi təsirini göstərib. Pandemiyanın ilk vaxtlarından bu günə qədər onunla mübarizədə fərqlənən, vaxtında və effektiv tədbirlər görən ölkələr arasında Azərbaycan da ön sırada yer alıb. Ölkəmizdə xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığı prioritet məsələ kimi daim öndə olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər respublikamıza bu ümumbəşəri bəladan ən az zərərlə çıxmağa imkan verib. Lakin dünyanı çox sürətlə bürüyən bu virus insanlara yeni qaydalar, yeni yaşam şərtləri diktə edib. Həyatımızın bir çox sahələrində olduğu kimi təhsil sahəsində də müəyyən dəyişikliklər etmək zəruri olub. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən həkimlər kimi təhsil işçiləri də mübarizəyə qoşulub. Öyrənənlərin təhsildən kənarda qalmaması üçün dünyada tədris prosesini alternativ platformalarla əvəzləmək üçün çevik addımlar atılıb. Ölkəmizdə də tədris müəssisələrinin bağlanması ilə əlaqədar yaranmış şəraitdə məsafədən təhsilin tətbiqi yolu seçilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, COVID-19 virusunun ölkəmizdə geniş yayılması səbəbindən təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması ilk günlərdən prioritet vəzifə kimi həyata keçirilməyə başlanıb. Eyni zamanda, təhsilverənlərin və təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması daim diqqət mərkəzində saxlanılıb. Bütün bunları nəzərə alaraq, mövcud vəziyyətdə ən optimal çıxış yolu məhz distant təhsilə keçid idi.

Bu gün distant təhsil artıq yeni həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilib. Distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunma forması, müəllim və şagirdlərin (tələbələrin) bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Fikrimcə, insanların sağlamlığını düşünərək distant təhsil epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün ən səmərəli təhsil formasıdır. Düzdür, distant təhsil ənənəvi tədris prosesini əvəz edə bilməsə də, ancaq müəyyən üstünlükləri ilə fərqlənir. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, iqtisadi səmərə, məsafə, vaxta qənaət, təhsilin kütləviliyi, əhatəliliyi, müstəqil öyrənmə bacarıqlarının inkişafı, əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı və s. distant təhsilin üstünlüklərindəndir. Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlərin hər birimiz şahidiyik. Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda respublikamızda bir şagirdin belə təhsildən kənarda qalmaması Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ idi. Çətinliklərin aradan qaldırılması üçün bir neçə fərqli strategiya nəzərdən keçirildi ki, bunlardan birincisi ötən il martın 11-də "Mədəniyyət” kanalında "Dərs vaxtı” layihəsinə start verilməsi, çox keçmədən isə "ARB Günəş”in də bu təşəbbüsə qoşulması oldu. Real vəziyyətdə tədrisdəki boşluğu doldurmaq baxımından bu layihələrə alternativ variantlar tapmaq çətin idi. Digər tərəfdən, unutmayaq ki, Vətən müharibəsinin yaratdığı mövcud çətinliklər də ölkənin təhsil prosesinə mənfi təsirini göstərirdi. Bütün bunlara baxmayaraq, ölkənin ümumi təhsil müəssisələri prosesə çevik adaptasiya olundular. Çox təqdirəlayiq haldır ki, teledərslər müəllim və şagirdlər üçün öyrənmək və təcrübə toplamaq baxımından hazırda da öz aktuallığını saxlamaqdadır. "Virtual məktəb” isə "Microsoft Teams” platforması üzərindən həyata keçirilən ən səmərəli layihələrdəndir.

BŞTİ-nin müdiri qeyd edib ki, distant təhsillə əlaqədar olaraq "Virtual məktəb” istifadəçiləri üçün "Microsoft Teams” proqramının Azərbaycan dilində versiyası hazırlanıb. Bundan əlavə, 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə qəbul olmuş şagirdlərin "Virtual məktəb”də qeydiyyatdan keçmələri üçün imkan yaradılıb. Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı həyata keçirilən digər bir yenilik isə yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin "Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarətlə bağlıdır. Belə ki, yerli təhsili idarəetmə qurumlarının rəhbər heyətinə yaradılmış texniki imkanlarla "Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələrində qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları yaradır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi də "Virtual məktəb”in imkanlarından istifadə edərək vaxtaşırı paytaxt məktəblərində mövcud vəziyyətlə bağlı monitorinqlər aparır. Həmçinin BŞTİ tərəfindən "Virtual məktəbdə bir gün layihəsi”, "Ən yaxşı elektron dərs müsabiqəsi” həyata keçirilir. Əsas məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

"Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan "Virtual məktəb” platforması bir il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanlar yaradıb. "Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı "Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan çox olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib. Distant dərs keçən müəllim hər hansı mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənməsini təmin edir. Bütün məktəblər və fədakar müəllimlər əldə olan mövcud vasitə və üsullardan istifadə edərək dərslərini keçməyə cəhd edirlər. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Müəllimlər öz yaradıcı metodlarından istifadə edərək peşəkar yanaşması, fədakarlığı ilə onlayn dərslər zamanı yaranan problemlərdən də çıxış yolu tapa bilirlər. Əvvəlki dövrlərdə dövlət tərəfindən müəllimlər üçün aparılmış İKT hazırlığı təlimləri məhz bu mərhələdə özünü daha aydın şəkildə büruzə verir. Müəllimlərin İKT bacarıqları distant və onlayn dərslərdə özünü aydın göstərir, təhsilin fasiləsizliyi təmin olunur.

Təhsil Nazirliyi tərəfindən təqdim olunan operativ həll variantları, ənənəvi tədrisin müxtəlif vasitələrlə əvəz olunması, məktəblilərin təhsildən kənarda qalmaması üçün görülən işlər çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi də üzərinə düşən vəzifələri yerinə yetirir. Təbii ki, tədrisin məsafədən təşkili baxımından Təhsil Nazirliyi tərəfindən həyata keçirilən operativ tədbirlər fəaliyyətimizdə əsas istiqamətverici amil olub. Bütün resurslar səfərbər olunub ki, onlayn və ya distant təhsil imkanları daha da artırılsın.

Mövcud vəziyyətdən uğurla çıxmaq üçün məktəb və müəllimlərlə yanaşı, valideynlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində valideynlər övladlarının məsafədən təhsil almasına, müəllimlərlə ünsiyyətinə, övladlarının dərsi mənimsəyib-mənimsəməməsinə, bir sözlə, dərslərə məsuliyyətlə yanaşmasına xüsusi önəm verəcək və bu işdə müəllimlərə dəstək olacaqlar. Şagirdlərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi, teledərslərə diqqətinin artırılması üçün müəllim və valideynlərin üzərinə böyük vəzifələr düşür.

Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər təhsil sisteminin bu mərhələni də uğurla adlayacağını deməyə əsas verir. Düşünürəm ki, bu istiqamətdə atılan ən mühüm addım isə vaksinasiyadır. Pandemiyanı dayandırmaq, karantindən çıxmaq və nəhayət, şagirdlərimizi yenidən təhsil müəssisələrində görmək üçün hər birimiz vaksinasiya olunmalı, bu zəruri işdə fəal vətəndaş mövqeyi göstərməliyik”, – deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.



Загрузка...
Həmçinin oxuyun:
Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

“Virtual məktəb”in yaradılmasından 1 il ötür

“Virtual məktəb”in yaradılmasından 1 il ötür

“Virtual məktəb”in düzgün təşkilinə nəzarət məqsədilə bir sıra imkanlar təqdim olunur

“Virtual məktəb”in düzgün təşkilinə nəzarət məqsədilə bir sıra imkanlar təqdim olunur

Məhəbbət Vəliyeva: “Virtual məktəb” layihəsində təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər

Məhəbbət Vəliyeva: “Virtual məktəb” layihəsində təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Valideynlərin distant təhsil  üsyanı.  Ekspertin münasibəti...

Valideynlərin distant təhsil üsyanı. Ekspertin münasibəti...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Təltif olunan müəllimlərlə görüş keçirilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Pandemiya dövründə tədrisin təşkili

Pandemiya dövründə tədrisin təşkili

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib